“Meliorasiya və Su Təsərrüfatı” ASC-də iki xalaoğlunun talanı – Quliyev və Nuriyev kimdirlər?
Sosial
Oxunub: 498
10 dek 2021 | 22:50
“Meliorasiya və Su Təsərrüfatı” ASC-də iki xalaoğlunun talanı – Quliyev və Nuriyev kimdirlər?


Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin xalası oğlu Elman Nuriyevin Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsində hansı əməllərin sahibi olması haqda iddialar var.

Teref.az Cumhuriyyet.net-ə istinadən xəbər verir ki, 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, 2006-cı ildə isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini təyin olunanda yaxın qohumu-xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib. Bu idarədə KORRUPSİYANIN MİQYASINI aydın təsəvvür etmək üçün onu da qeyd edək ki, bu idarəyə respublikamızın Gürcüstanla sərhədlərindən başlayaraq Xəzər dənizinə kimi 1595 kilometr uzunluqda axan Kür çayı boyunca bəndlərinin istismarı, təmiri, möhkəmləndirilməsi, çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi aiddir.
Bu məqsədlə hər il dövlət büdcəsindən külli miqdarda vəsaitlər ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti idarədə təyinatı üzrə xərclənmir.Yəni, müəyyən işlər üçün ayrılan dövlət vəsaitləri bilərəkdən şişirdilir, israfçılığa yol verilir ki, nəticədə də Elman Nuriyev rayonun, hətta respublikanın ən varlı adamlarından birinə çevrilib.E.Nuriyev Kür çayı boyunca bəndlərin istismarı, təmiri, möhkəmləndirilməsi, çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi məqsədi ilə hər il dövlət büdcəsindən külli miqdarda vəsait mənimsəyir. O, hər il çay yataqlarının lildən təmizlənməsinə ayrılan milyonlarla vəsaitləri təyinatı üzrə xərcləsəydi Kür ətrafında daşqınların miqyası bu dərəcədə olmazdı. Bildirilir ki, Elman Nuriyev bəndlərə vurulan torpaqları elə bəndin yanından götürür, bu isə su bəndlərinin davamlılığını azaldır və daşqınlar baş verir. Bundan əlavə, Nuriyev vəzifəyə təyin olunan qohum-əqrəbasını Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsində işlə təmin edib. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib. Yəni, bu idarədə çalışanların tam əksəriyyəti rayonun Cavad kəndindəndir.Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib. Elman Nuriyev idarəyə məxsus texnikaların ehtiyyat hissələrini əksər hallarda qardaşı Saleh Nuriyevə məxsus mağazadan alır. Büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait, məhz idarə rəisinin qardaşına məxsus mağaza üzərindən nağdlaşdırılır. Bundan əlavə idarəyə verilən ehtiyyat hissələri, yanacaq və sürtgü yağları, “solyarka” satılaraq Elmanın cibinə gedir. İddialara görə, idarənin işçilərinə sənədlərdə 800 manat maaş yazılsa da, 400 manat verilir. Onun avtomobillərinin nömrəsi 422 ilə başlayır, marketləri, Sabirabadda “ mağazaları var.
Elman Nuriyev Cavad yolunun üstündə özünə ŞAMLIQ şadlıq sarayı tikdirib. Özü də bu restoran-şadlıq sarayını 44 günlük müharibə dövründə, şəhidlərimizin qanı axan zamanda tikdirib.
Zakir Quliyevlə xalası oğlu Elmanın Çuxuryurddakı qoşa villaları isə milyonlara başa gəlib. Bir sözlə, Zakirin və Elmanın Sabirabadda, Cavadda, Bakıda evlərinin, obyektlərinin sayı bilinmir.
Zakir Quliyevin rayondakı fermaları, qoyun sürüləri, balıq vətəgələri isə başqa bir yazının mövzusudur.
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest