Qələbənin sirli izləri
Sosial
Oxunub: 262
7 dek 2021 | 14:21
Qələbənin sirli izləri


DogruXeber.az: - 2020-ci ilin sentyabr ayının 21-dən, noyabr ayının 8-nə qədər - cəmi 44 gün ərzində vətənimizin igid, qeyrətli oğulları öz qanları, alınlarının təri ilə tarix yazdılar. 30 ildir ki, önümüzə əyilən başımızı yuxarı qaldırıb, 30 ildir alnımızdan axan "xəcalət təri"ni və gözlərimizdən axan həsrət yaşını sildilər.

Bütün bunlar onların qanı, canı, sağlamlığı bahasına və ağılları, zəkaları sayəsində başa gəldi.
Bu gün Qarabağımızın hər qarışında şəhidlərimizin, torpağı azad edərkən ayaqlarını, əllərini - bir sözlə sağlamlıqlarını itirən ərənlərimizin izləri var.

O izlər artıq, hər istədiyimizdə bizi Qarabağa güvənlə götürür.

Qarabağ torpağı ruzili, bərəkətli torpaqlardır. Hər zaman o, torpaqlar dadlı meyvələr yetişdirib, biri-birindən gözəl, ətirli çiçəklər bitirib. Eyni zamanda Qarabağ torpağı igid, qəhrəman oğullar, ziyalı, savadlı, istedadlı insanlar da yetişdirib.

Qarabağın yetişdirdiyi ziyalılardan biri olan tanınmış jurnalist, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri, el-obamın, Cəbrayılımın dəyərli oğlu Anar Cəbrayıllı da işğaldan azad olunmuş əraziləri ziyarət edib. O ziyarət zamanı lentə aldığı bir neçə dəqiqəlik süjetdə ərənlərimizin göstərdiyi şücaətlərdən danışıb, Hadrutu azad edərkən qət etdikləri yüksəkliklərdən, həmçinin Hadruta gedən, qəhrəmanların izləri ilə zəngin olan "ağ yol"dan bəhs edib. Hansı ki, Anar Cəbrayıllı özü də doğma yurdları ziyarətə bəhs etdiyi "ağ yol" üzərindəki izlərlə gedib.



O izlər güvənin, mərdliyin, ərliyin, cəsurluğun, qeyrətin tarix boyu silinməyəcək izləridir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza can sağlığı versin.

Amin.

Kamal Əsgərov
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR