Havar Məmmədovun batırdığı TƏHSİL OCAĞI... - Və ya rüşvət ənənəsinin ağrılı transferi
Sosial
Oxunub: 296
7 dek 2021 | 17:43
Havar Məmmədovun batırdığı TƏHSİL OCAĞI... - Və ya rüşvət ənənəsinin ağrılı transferi


Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, 2000-2016-cı illərdə, yəni 16 il Azərbaycan Texniki Universitetinə rəhbərlik etmiş Havar Məmmədovun Bakı Mühəndislik Universitetinə ( keçmiş Qafqaz Universiteti ) rektor təyin olunması təhsil tariximizə ironiyadır.
Niyə ?
Ondan başlayaq ki, Fətullah Gülən, FETO məsələsini bir kənara qoysaq ( bu siyasi məsələdir ), Qafqaz Universiteti Azərbaycanın təhsil tarixində ən səviyyəli, ən nümunəvi təhsil ocağı idi.
( Kimin şübhəsi varsa, buyurub Qafqaz Universiteti ilə bağlı dövlət rəhbərlərimizin, nazirlərimizin dediyi fikirlərin videosuna baxa bilərlər).
Əslində Qafqaz universitetinin rüşvətdən uzaq, yüksək təhsil ocağı olmasına kimsənin şübhəsi də yoxdur.
Bəli, biz də razıyıq ki, Türkiyədə yaşanan olaylardan sonra Azərbaycanda da Fətullah Gülənə yaxın təhsil müəssisəsi olan Qafqaz Universitetinin fəaliyyətinə birdəfəlik xitam verildi.
Əlbəttə, qardaş Türkiyənin istəyinə də anlayışla yanaşmalı idik. Bunlar hamısı normal. Amma...
Əmması odur ki, 1 manat rüşvətin olmadığı universitetə 16 il Texniki Universiteti rüşvət yuvasına, sözün həqiqi mənasında bazara çevirən Havar Məmmədovu rektor qoymaq...çox dəhşətli məsələdir. Bu elə bil “bazarkom”u mənəvi-təlim-tərbiyə ocağına rəhbər qoymaqdır.
Axı, əslində əslən İmişlidən olan Havar Məmmədov heç vaxt elm adamı olmayıb, daha çox “komsorq”, “partkom”, təlimatçı-instruktor kimi fəaliyyət göstərib. Belə bir adamı nəinki Qafqaz Universitetinə, hətta Texniki Universitetə də rektor qoymaq olmazdı.
Bəli, Qafqaz Universiteti ləğv olunanda bir müddət Bakı Ali Neft Məktəbinin tabeçiliyində oldu ( bu daha məqsədə uyğun idi ), sonra necə oldusa, ayrıca universitetə çevrildi – Bakı Mühəndislik Universiteti oldu, rektoru da Havar oldu.
Nə isə...4 ildir ki, Havar Məmmədov BMU-ya rəhbərlik edir.
Biz əbəs yerə yazmadıq ki, Havar Məmmədovu nəinki rektor təyin etmək, əksinə onu istintaqa cəlb edib əməllərinə görə layiq olduğu cəzanı vermək lazım idi.
Bəli, Havar Məmmədov Texniki Universitetdə axşam və qiyabi təhsil üzrə prorektor olanda tələbələrin hesabına nələr qazanmadı?
16 il il ATU-da rektor olduğu müddətdə milyonlar qazanıb, oliqarxa çevrildi.
Təsəvvür edirsiniz rektorun marketləri var. Adama deyərlər ki, rektor hara, market hara ?
Bu adamdan soruşan yoxdur ki, Xocahəsəndəki dəmir beton zavodunu hansı pulla almısan ?
Bəs 4 milyonluq villanı necə?
Əlbəttə, universitetin təmirinə ayrılmış pulların hesabına Novxanıda özünə villa tikdirdin.
Bəlkə Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidəki 6 milyon dəyəri olan 3 mərtəbəli villanın hesabını soruşaq ?
Bax, istintaq Havar Məmmədovdan bunları soruşmalıdır .
Biz hələ “kafi”, “yaxşı”, “əla” qiymətləri neçəyə yazması, it boğuşdurmaqdan qazandığı pullar barədə yazmırıq, çünki bunlar “xırda summa”lardır.
Yuxarıda qeyd etdiyimiz suallara aydınlıq gələndən sonra hamıya bəlli olacaq ki, Havar kimi birisini Qafqaza rektor qoymaq həqiqətən də ironiyadır. //gundelik-baku.com//
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest