Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanası: Gəncənin kolxoz bazarı bunun yanında dincəlir ŞİKAYƏT
Sosial
Oxunub: 643
7 dek 2021 | 22:22
Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanası: Gəncənin kolxoz bazarı bunun yanında dincəlir ŞİKAYƏT


Bəzi pasiyentlər iddia edirlər ki, bu tibb müəssisəsində təyin olunan bütün çoxsaylı və lazımsız müayinə və təhlillərdən keçdikdən sonra xəstənin artıq dərman almağa belə pulu qalmır

Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlət tərəfindən müəyyən edilmiş əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Sevindirici haldır ki, bu proses təkcə paytaxt Bakıda deyil, həmçinin rayon və bölgələrimizdə də sürətlə gedir. Digər tərəfdən də ölkənin Səhiyyə sistemində həyata keçirilən önəmli kadr islahatları ayrı-ayrı tibb müəssisələrinin işində dönüş yaradılmasına yeni imkanlar açır.

Lakin bütün bu mütərəqqi proseslərin və dinamik inkişafın fonunda təəssüflər olsin ki, hələ də bəzi səhiyyə müəəssisələrinin köhnə qaydalarla işləməyə davam etdiklərini müşahidə edə bilirik. Aydındır ki, istənilən bir müəssisənin işində dönüş yaradılması bilavasitə bu müəssisəyə rəhbərlik edən şəxsin öz işinə münasibətindən də çox asılıdır. Əgər müəssisənin rəhbəri məsuliyyətlidirsə, dövlət tərəfindən onun və rəhbərlik etdiyi kollektivin qarşısında qoyulmuş tələb və vəzifələri düzgün qiymətləndirə bilirsə və ən əsası, çalışdığı sahədə dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləyirsə, bu zaman bütün işlər də qaydasında olacaq. Əks halda isə...

Etiraf olunmalıdır ki, bu gün baş həkim Hafiz Abdullayevin rəhbərlik etdiyi Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasının fəaliyyətində müşahidə olunan bəzi neqativ hallar da bu müəssisənin ölkəmizin səhiyyə sistemində gedən ümumi inkişafla, həyata keçirilən müasirləşdirmə və təkmilləşdirmə yönümlü islahatlarla ayaqlaşdığını söyləməyə imkan vermir. İlk növbədə diqqəti çəkən xoşagəlməz məqamlardan biri budur ki, xəstəxananın otaqları (palatalar) demək olar ki, tam təmirsiz bir vəziyyətdir. Halbuki, bu məqsədlər üçün dövlət tərəfindən Gəncənin bütün digər tibb müəssisələri kimi, 2 saylı Birləşmiş Uşaq xəstəxanasına da kifayət qədər vəsait ayrıldığı məlumdur. Bəs görəsən belə olan halda xəstələr, həm də xəstə uşaqlar niyə təmirsiz və şəraitsiz otaqlarda qalmalı və müalicə almalıdırlar?

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasının fəaliyyətilə bağlı yaranan və bu müəssisənin əksər pasiyentlərini narahat edən suallardan biri də müayinə prosedurları ilə bağlıdır. Aydındır ki, hər hansı bir xəstənin düzgün müalicə olunması üçün ilk növbədə onun müəyyən müayinələrdən keçməyi, bəzi analizlər verməyi tələb olunur. Bu müayinələri də həkim təyin etməlidir. Əlbəttə ki, məqsədyönlü şəkildə. Razıyam, bu sətirlərin müəllifi tibb sahəsi üzrə mütəxəssis deyil, bununla belə düşünmürəm ki, həkimə qulaq ağrısı ilə müraciət edən xəstənin ağ ciyərlərinin rentgen müayinəsi və yaxud da deyək ki, təngnəfəsliyi olan birinin kəllə beyninin tomoqrafiyası lazım olmuş olsun (bu müqayisələr sözgəlişi istifadə edilib – red.). Bu gün Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına müraciət edən xəstələr də həkimlər tərəfindən həddindən çox müayimə və analizlərin təyin oluduğundan narazıdırlar. Bəzi hallarda bu müayinələrin açıq-aşkar lüzumsuzluğu heç kimdə şübhə doğurmasa da uşaqlarının səhhətindən əmin olmaq istəyən valideynlərin əksəriyyəti buna etiraz edə bilmirlər. Həkimlər isə bu həssas məqamdan istədikləri kimi yaralanırlar. Nəticədə isə, maliyyə vəsaitləri tükənmiş bəzi valideynlər artıq müalicə prosesini “axsatmalı” olurlar. Bəzi dərmanlar ixtisara salınır, bəziləri gecikdirilir, bəziləri də daha ucuzları ilə əvəz edlir ki, bütün bunlar da uşaqların tam sağalmasını ləngidir və ya ümumiyyətlə sual altına qoyur.

Ümid edək ki, Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasının baş həkimi Hafiz Abdullayev də bu sətirləri oxuyacaq və göstərilən nöqsanların aradan qaldırılması yönümündə lazım olan təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edəcək.

Yenikirpi.az
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər