İnam Kərimovun müşaviri nazir müavini İlham Quliyevi niyə döydü ?
Sosial
Oxunub: 497
4 dek 2021 | 20:46
İnam Kərimovun müşaviri nazir müavini İlham Quliyevi niyə döydü ?


Ötən il, yəni 2020-ci ilin iyul ayında saytlarda sensasiya kimi yayılan bir xəbər 20 dəqiqə sonra “təmizləndi”.
Söhbət Kənd təsərrüfatı naziri İnam Kərimovun müşaviri Elçin Zeynalovun nazir müavini İlham Quliyevi nazirliyin karidorunda möhkəm döyməsindən gedirdi.
Müşavirlə nazir müavini arasında əlbəyaxa davada İlham Quliyevin gücü çatmadığı üçün müşavir tərəfindən möhkəm əzişdirilmişdi. Hətta xəbərdə nazir müavini İlham Quliyevin ciddi xəsarət aldığı, burnunun sındığı da qeyd olunurdu. Davanın səbəbi isə İlham Quliyevin uzun illər subsidiyalardan qazandığı milyonların məsələsi olub.
Sözün qısas, xəbər yayılan kimi, kimlər ortaya düşmədi, Baş prokurorluqdan, Daxili İşlər nazirliyindən və daha haralardan zənglər, xahişlər, hətta hədə-qorxular...və xəbər silindi.
Sonra İlham Quliyev sağalandan sonra deyirlər ki, məlum olub ki, ortada “gənc xanım” söhbəti olub.
Ümumiyyətlə, İlham Quliyev hara gedirsə, orda mütləq bir iz qoymalıdır.
Bəli, İlham Quliyev kresloya o qədər öyrəşib ki, vəzifəsiz qala bilmir. Və bir müddət əvvəl xəbər yayıldı ki, İlham Quliyev indi də Azərsu-da idarə rəisinin müavinidir. Və təzə iş yerində də yenə nə iləsə məşğuldur.
Ümumiyyətlə, İlham Quliyevin məqsədi Azərsu-da müavin-zad olmaq deyil, onun strateji məqsədi Qorxmaz Hüseynovdan sonra başsız qalan Azərsu-nun rəhbəri olmaqdır.
O gün bir tanışımız deyir ki, axı İlham Quliyevin sudan başı çıxmır, texniki su ilə içməli suyu ayıra bilmir-filan, ona görə də ondan “Azərsu”ya şef olmaz.
Dostlardan biri o qədər güldü və dedi...
Guya İlham Quliyevin maliyyədən, təftişdən başı çıxırdı ki...?
Amma o boyda nazirlikdə uzun illər Nəzarət-Maliyyə-Təftişin rəisi oldu.
Bəli, sabiq Baş prokuror Zakir Qaralovun yaxın qohumu olan və 1960-cı ildə Gürcüstanda doğulan İlham Quliyev güc-bəla ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda “Sənaye və mülki tikinti” ixtisası üzrə təhsil alıb.
Yəni İlham Quliyev “prorab” olub.
Bir müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin direktoru olaraq milyonları mənimsəyib.
1994-1999-cu illərdə Kənd Təsərrüfatı Nazirliyinin Nəzarət-Təftiş idarəsinin rəisi vəzifəsində çalışıb.
1999-2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi olub.
2005-ci ildə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib və 2020-ci ilin avqust ayında vəzifəsindən azad edilib.
İndi gördünüzmü, maliyyədən anlayışı olmayan İlham Quliyev necə nazir müavini olub, necə təftiş aparıb və s.
Siz də deyirsiniz ki, İlham Quliyevin sudan başı çıxmır.
İlham Quliyevin başı çox şeydən çıxır….
Bu adamın keçmişi də çox qaranlıq və dəhşətlidir.
Bu adam hara gedirsə, birinci işi katibələrlə olur.
Sözün düzü, beləsini rəhbər vəzifəyə qoymaq özü cinayətdir.
Həm də nəzərə almaq lazımdır ki, Zakir Qaralov da öz başının hayına qalıb, heç AKKORD-un pulunu verə bilmir…
Nə isə İlham Quliyevin dostları deyir ki, İlham hər gün güzgünün qabağından çəkilmir, Mustafa müəllim kimi öz-özünə çıxış edir, deyir məni Azərsuya rəhbər təyin edəndə danışmalıyam axı, qoy indidən oyrənim. Biz isə öz növbəmizdə deyirik, ay İlham Quliyev 40-da öyrənən gorunda çalar.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılmış iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...