LASSA-nın tələsinə düşən vətəndaş Mikayıl Cabbarovdan KÖMƏK İSTƏDİ... - Rəsmən özbaşınalıqdır...
Sosial
Oxunub: 514
3 dek 2021 | 18:50
LASSA-nın tələsinə düşən vətəndaş Mikayıl Cabbarovdan KÖMƏK İSTƏDİ... - Rəsmən özbaşınalıqdır...



DİA.AZ: "18.09.2021 ci il Xocəsən yolunda “ LASSA “ mağazasından 4 ədəd, hər birinin qiyməti 97 manata nəzərdə tutulan, Çin istehsali olan təkər aldım və təkəri alanda mənə dedilər ki "aparın balans edin... vurun, bir problem olsa, gətirib dəyişdirərsiniz". 4 gündən sonra mən həmin təkərləri "balansirovka" elətdirib maşınıma vurdum. 2 ci günü hiss elədim ki maşını sürərkən 120 km/s sürətdən sonra təkər balansa uyğun deyil, maşın əsir". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza Əsgərov Yusif Mehralı oğlu adlı vətəndaş şikayətində qeyd edir.

Daha sonra narazı vətəndaş bildirir: "Və həmin mağazaya yaxınlaşdım kı təkərlər balansa uyğun deyil ya dəyişin, ya da başqa təkər verin... Əlavə pul lazimdırsa ödəməyə hazır olduğumu da bildirdim. Onlar dedilər ki, biz bunu edə bilmərik .

Mən baş ofisə getdim, orda da dedim ki təkərlər belədir... Onlar da bunu bildirdilər: "Biz "kitay" təkərlərinə zəmanət vermirik!

Və nə təkərləri dəyişdilər, nə də ki şirkət özü balans edib təkərləri maşınımın üzərinə vura bilmədi. Halbuki əvvəlindən demişdilər ki, problem olarsa, dəyişəcəklər.

Mənə də dedilər ki "əlinnən gələni beş qaba çək, yəni nə edirsən et... bu təkərlərə zəmanət yoxdur, dedilər.

Onda belə çıxır ki, bu təkərləri Bakıya gətirən bu şirkət vətandaşları aldatmaq və cibinə girməklə məşğuldur...

Mən DİA.AZ saytı vasitəsilə İqtisadiyyat Naziri Mikayıl Cabbarov cənablarından kömək istəyirəm. Hər halda, ölkədə istehlakçıların hüquqlarının qorunmasına birbaşa cavabdeh məhz Mikayıl müəllimdir".

Onu da qeyd edək ki, DİA.AZ-ın əməkdaşı şikayətlə əlaqədər həmin şirkətin baş ofisinə zəng edib. Elə əməkdaşımıza da eyni cavab verilib ki, həmin təkərlərə şirkət zəmanət vermir.

Hər halda şikayətçi tərəf ilk başdan şirkətin dəyişdirilmə vədi verdiyini iddia edir.

Bundan əlavə, ölkənin qanunları da BUNU TƏLƏB EDİR Kİ, vətəndaş 14 gün ərzində məmnun qalmadığı məhsulu dəyişdirsin və yaxud da onu almaqdan birdəfəlik imtina etsin.

Mövzu diqqətimizdədir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Tale İsmayıl
DİA.AZ

LASSA-nın tələsinə düşən vətəndaş Mikayıl Cabbarovdan KÖMƏK İSTƏDİ... - Rəsmən özbaşınalıqdır...
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Dünən, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Dünən, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Dünən, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Dünən, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Dünən, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Dünən, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Dünən, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Dünən, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Dünən, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Dünən, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Dünən, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür