Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə nə ehtiyac var?.. - HƏQİQƏTƏN DƏ...
Sosial
Oxunub: 455
2 dek 2021 | 21:18
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə nə ehtiyac var?.. - HƏQİQƏTƏN DƏ...


Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəarnda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirib. Seminarda nə danışılıb, nə deyilib deyə bilmərəm, bircə onu deyı bilərəm ki, dini qurum uzun illərdir ki, bölgələrdə belə seminarlar təşkil edir. Məqsəd gənclərə din, radikalizm, ekstremizim və s. haqqında məlumat verməkdir. Ancaq belə seminarlar vasitəsilə gənclər nə öyrənə bilər ki?
Rayon turlarının "arasında" seminarlar təşkil etmək əvəzinə gənc deyilən qrupların daha çox istifadə etdiyi resurslarda onların anlayacağı mətn və vizual materiallarla təbliğat aparmaq daha faydalı olardı. Çünki hamımız bilirik ki, uzun-uzun mühazirələr, çıxışlar kimliyindən asılı olmayaraq hamıya yuxu gətirir. Bəlkə zalda kimsə, maraqla dinləyirmiş kimi görünə bilər, amma o şəxsi kənara çəkib, seminarın nə ilə bağlı olduğunu soruşsanız, gözlərini döyüb üzünüzə baxacaq. Çünki bu gün sizin fəaliyyətiniz ,müasir gənclər üçün köhnəlmiş bir üsuldur. Saatlarla hansısa zalda oturub, kiminsə mühazirələrini dinləmək indiki gənclər üçün deyil. Seminarlarda iştirak edən gənclər belə, bəlkə də kiminsə "tapşırığı" ilə həmin seminarlara qatılır. Bu tip hadisələrə az şahid olmamışıq. Büdcə vəsaitini belə tədbir və seminarlara xərcləmək, bəlkə də ən asan üsuldur.

DQİDK belə şablon seminarlar əvəzinə 5-10 gəncə deyil, yüzlərlə gəncə istiqamət verən şəxslərin vasitəsilə maarifləndirici təbliğat apara bilər. Ancaq görünən odur ki, dövlət qurumunun fəaliyyəti bölgələrdə tədbirlər keçirib, KİV-lərdə bununla bağlı press rezlizlər yaymaqdan ibarətdir. Bir də bölgələrdə yemək-içmək tədbirləri təşkil etmək... Hamımız yaxşı bilirik ki, bölgələrdə təşkil edilən bəzi tədbirlər hansı formada təşkil edilir.

Bu günə kimi DQİDK, fəaliyyəti çərçivəsində nə ilə yadda qalıb? Ümumiyyətlə, belə bir quruma ehtiyac varmı?

Radikalizm və eksterimizm təhlükəsindən gəncləri qoruyaq deyirsiniz, bu istiqmaətdə tədbir keçriməkdən başqa nə iş görürsünüz? Keçirdiyiniz tədbirlər nə qədər gəncə çata bilir? Bu tədbirlər sayəsində nə qədər "beyni yuyulmuş" gənc, istiqamətini əks tərəfə çevirməyi bacarır? Və ya sizin fəaliyyətiniz, bu gənclərə hansı bacarığı verir? Ya da siz bunu bacarırsınızmı?

Mətbuata açıqlamalar vermək və tədbir press-relizləri göndərmək, "fəaliyyətimiz var" demək deyil. Fəaliyyəti şəffaf şəkildə cəmiyyətə təqdim etmək lazımdır. “Bu həftə Lənkəranda seminar var” prinsipi ilə keçirilən tədbirlər, boğazdan yuxarı deyilən və mədədən səslənən fikirlərin nəticəsidir ki, Azərbaycanda dövlətə qarşı çıxan və din adı altında fəaliyyət göstərən şəxslər hələ də var. Ki, bunların qarşısının alınmasında rolunuz şübhə yaradır.

Qısacası, standart mətnlərlə doldurulmuş press-reliz yaymaq fəaliyyətini bir kənara atıb real iş görülərsə, bəlkə "fəaliyyət" göstərdiyiniz qurum hansısa işə yarayar? Yoxsa, DQİDK niyə var ki?

Bizimyol.info
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO