Baku City Hospital Şəhid ailəsinin üzvünü qarşı ədalətsizliyini davam etdirir - SƏNƏDLƏR
Sosial
Oxunub: 582
29 noy 2021 | 22:22
Baku City Hospital Şəhid ailəsinin üzvünü qarşı ədalətsizliyini davam etdirir - SƏNƏDLƏR


Sabunçu rayonu Anaşkin küçəsi 26A ünvanında yaşayan Cəfərov Vasif Ağamusa oğlu tərəfindən

MÜRACƏİT

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri. Baku City Hospital Şəhid ailəsinin üzvünü qarşı ədalətsizliyini davam etdirir!

Məlumat üçün bildirim ki, 19.04.2021 tarixində aeropot yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı qızım və nəvəm həyatını itirdi. Hadisə zamanı ağır xəsarət alan digər qızım Cəfərzadə Fidan Vasif qızı isə 3 saylı şəhər xəstaxanasına yerləşdirildi. Vəziyyətinin ağırlığını nəzərə alaraq, xüsüsi təcilli tibbi yardım maşını vasitəsi ilə qızımı Baku City Hospitala yerləşdirdik. Xəsdəxanada olduğu müddətdə bu tibb müəssəsinə 21 min manat civarında pul ödəmişəm. Dəriman vasitələrinin alınmasına isə 12 min manat miqdarında pul xərcləmişəm. Bu Hospitala gətirdikdən sonra Vicdanlı həkimlərin səyi nəticəsində (xüsusəndə Asif Şərifovun) övladım kritik vəziyyəti adlaya bildi. Amma, müalicə müddətində Baku City Hospitalın maliyyə bölməsindən aldığım maliyyə hesabatlarında dəfələrlə artıq məbləğin yazıldığının şahidi oldum. Hər dəfə müraciətdən və uzun izahatlardan sonra haqlı olduğum aydın oldu və artıq məbləğlər hesabdan silindi. Ancaq bu hospitalda olan özbaşınalıq bununla bitmədi. Övladım ağır kəllə-beyin travması aldığından nəfəs almanı rahatlaşdırmaq məqsədi ilə planlı traxeostomiya əməliyyatının aparılması qərarına gəlindi. 28.04.2021 tarixində əməliyyat aparıldıqdan sonra, nəfəs vermə təmin edildi. Amma bu müddətdən sonra mənə ətraflı məlumat verilmədi. Yalnız 19.05.2021 tarixində əməliyyat zamanı səfən qida borusunu zədələdiklərini etiraf etdilər. 19.05.2021 tarixində bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskop edildi. Lakin bu günə qədər bu müayinələrin cavablarını gizlədirlər. Qeyd edim ki, əməliyatda baş vermiş səf nəticəsində qızımın 19.05.2021-05.06.2021 aralıqında əlavə olaraq, reanimasiyada yatması aparılıb. Bu xəstəxanın səhvinə görə əlavə olaraq qızım reanimasiyada yatırdılıb.

Baku City Hospitalın rəhbərliyindən əməlliyatda səfə yol vermiş cərrahın cəzalandırılmasını və vurduğu ziyana görə qızımın öz hesablarına əməliyyat etdirmələrini tələb etdim. Əvvəlcə Baku City Hospitalın direktoru Bayram Qorçiyev əməliyyata kömək edəcəklərini bildirsə də, sonradan telefon zənglərinə cavab verməyərək tələblərimi qulaq ardına vurdu. Qızımın həyatı təhlükəsini nəzərə alaraq, 05.06.2021 tarixində həmin hospitaldan çıxarmaq qərarına gəldim. Bir müddət bu əməliyyatı edə biləcək həkim axtarışı etdim və Bakı Sağlamlıq mərkəzində qida və nəfəs borularının bərpası əməliyyatını etdirdim. 18.06.2021 tarixində edilən əməliyyata isə 12 min manat miqdarında ödəniş etmişəm.

Bütün bu ittihamlara cavab vermək üçün Baku City Hospitalın rəhbərliyinə 14.06.2021 tarixli rəsmi müraciət ünvanladım. Amma hospital rəhbərliyi Vətandaşların Müraciəti Haqqında Azərbaycan Respublikasının qanunlarını pozaraq rəsmi cavab vermədi.

Bütün bunlardan sonra Nərimanov Rayon Prokrorluğuna əməliyyatı icra etmiş həkimə qarşı cinayyət işinin açılması üçün ərizə ilə müraciət etdim.

Həmçinin, Nərimanov Rayon Məhkəməsində mənə dəymiş ziyanın ödənilməsi və əməliyyatı düzgün icra etməyən həkimə qarşı cinayyət işinin açılması üçün xüsusi qərardar çıxarılması barədə məhkəmə iddiası qaldırdım. Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova işin gedişində məhkəmə-tibbi ekspertiza keçirilməsi barədə qərardad verdi. Ekspertiza rəyindən də görünür ki, Kəmalə Əmirxanova məhkəmə tibbi eksperti qarşısında kifayyət qədər tələb qoymayıb. Eyni zamanda, verilən maddi sübutların ekspertizası təmin edilməyib. Eyni zamanda tibbi ekspertizanın keçirilməsi barədə verilən qərardad uzun müddət gizlədildi.

AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİNİN 97-ci maddəsinin tələblərinə müvafiq olaraq, ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməm üçün tələb olunan müddət bitdiyindən ekspertiza barədə qərardadadan şikayət verə bilmədim. Məhkəmə qərardadının gizlədiyi haqqında dəfələrlə müxtəlif qurumlara müraciət etməmə baxmayaraq, qərardad elektron kabinetdə vaxtında yerləşdirilmədi və məktub vasitəsi ilə göndərilmədi. Kəmalə Əmirxanova ekspertiza haqqında qərardad verildikdən və ekspertiza təqdim olunduqdan sonra təqdim etdi.

Mən məhkəmə iddiası qaldırılan zaman bütün faktları məhkəməyə tədim etdim. Həmin faktlar arasında Baku City hospitalın 05.06.2021 tarixli epkirizi, EGE Hospitalda hospitalın 14.06.2021 tarixli Endoskopiya rəyi də var idi. Hansı ki, Baku Saqlamlıq Mərkəzində aparılan qida borusunun bərpası əməliyyatı Aqil Ağakişiyevin bu rəyi əsasında aparılıb. EGE hospitalda verilən Endoskopiyası rəyindən və qida borusunun zədələndiyi rəsmən təsdiqlənib.

Eyni zamanda iddia ərizəsi qaldıran zaman Baku City Hospitalda 19.05.2021 tarixində aparılan bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskopiyanın nəticələri gizlədiyi barədə də məlumat vermişdim. Həmçinin bu nəticələrə gərə ödəniş qəbzlərini təqdim etmişdim. Hansı ki, bu fakt hospital tərəfindən gizlədilir və hakimdən bu nəticələrin alınmasını xahiş etmişdim. Amma hakim bütün bunlara məhəl qoymadan ekspertiza rəyinə təsir edəcək faktları tibbi ekspertizaya təqdim etmədiyi məlum olur.

Əvvəldə qeyd etdiyim kimi, Nərimanov Rayon Məhkəməsində qaldırdığım iddia ərizəsi ilə yanaşı, Nərimanov Rayon Prokrorluğunda da cinnayət işinin başlanılması üçün müraciət etmişdim. İşin araşdırılması prokrorluğun müstəntiqi Cənab Fəhmin Həsənova tapşırıldı. Cənab Fəhmin Həsənov işin davam etdirlməsi üçünü tibbi ekspertiza təyin etmişdi. Bu iş üzrə 30.08.2021 tarixli 686/KEŞ saylı ekspert rəyi verildi. Rəydə hörmətli ekspertlər qida borusunun qəzada zədələndiyi qərarına gəlmişdi. Halbu ki, hazırda Bakı Ağır Cinayyətlər Məhkəməsində müvafiq yol nəqliyyat hadisəsi ilə bağlı 210050273 nomrəli cinnayyət işi davam edir. Cinayyət işinə əlavə olunmuş materiallardan da göründüyü kimi qızımın qəza zamanı qida borusu zədələnməyib. Bu işə əlavə olunan 10.06.2021 tarixli 601 nömrəli məhkəmə-tibbi ekspertiza rəyində də bir daha təsdiqini tapır. Nərimanov Rayon Prorkrorluğunun müstəntiqi Fəhmin Həsənovun qərarından Nərimanov Rayon Məhkəməsində şikayət verdim. Tural Ələkbərovun hakimlik etdiyi 6(605)-104/2021 nömrəli iş üzrə yekun qərardad verildi. Nəticədə Fəhmin Həsənovun işə düzgün yanaşmadığı və düzgün qərara gəlmədiyi məlum oldu. Müstəntiqin ekspertiza qarşısında düzgün suallar qoymadığı və düzgün faktlar təmin etmədiyi ortaya çıxdı.

Nərimanov Rayon Məhkəməsidə aparılan 2(005)-4025/2021 iş üzrə Kəmalə Əmirxanova 01.09.2021 tarixində məhkəmə-tibbi ekspertizanın keçirilməsi barədə qərardad verdi. 17.11.2021 tarixli 3797 saylı ekspert rəyini oxuyan zaman məlum olur ki, bu rəy verilən zaman lazimi faktlar təmin edilməyib. Bu rəydə Baku City hospitalın 05.06.2021 tarixli epkirizi, EGE Hospitalda Aqil Ağakişiyevin verdiyi 14.06.2021 tarixli Endoskopiya rəyi nəzərə alınmayıb.

Eyni zamanda iddia ərizəsində tələb etdiyim Baku City Hospitalda 19.05.2021 tarixində aparılan nəticələri gizlədilən bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskopiyanın nəticələri ekspert qrupuna təqdim edilməyib.

Ekspertiza rəyində ekspert qrupu qida borusunun zədələnmə səbəbi kimi, xəstənin uzun müddət komatoz vəziyyətdə almasını göstərib. Əvvəldə də qeyd etdiyim kimi, 210050273 nomrəli cinnayyət işinin materillarına əlavə edilmiş ekspertiza rəyindən və 3 saylı xəstəxananın verdiyi epikirizdən göründüyü kimi qəzada qızımın qida borusu zədələnməyib. Qida borusunun zədələnməsi 28.04.2021 tarixində əməliyyatından sonra yaranıb. Eyni zamanda iddia ərizəsində tələb etdiyim Baku City Hospitalda 19.05.2021 tarixində aparılan nəticələri gizlədilən bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskopiya zamanı qida borusunda zədə üzə çıxıb.

Bütün bunlar sübuta yetiri ki, ekspert qrupunun rəy düzgün deyil və 28.04.2021 tarixi ilə 19.05.2021 tarixi arasında o qədərdə uzun müddə yoxdur. Bir məqamı da diqqətinizə çatdırım ki, əməliyyatı icra etmiş Rəşid Əliyev mənimlə sövbəti zamanı əməliiyatı düz icra etdiyini bildiridi. Amma qida borusunun zədələnməsinin Baku City Hospitalda xəsdəyə qulluq zamanı yarana biləcəyini də qeyd edirdi.

Bütün bunları nəzərə alaraq, təqdim etdiyim faktlar əsasına AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİNİN tələblərinə və Ekspertiza haqqında qanunun tələblərinə müvafiq olaraq təkrar ekspertiza təyin edilsin və ekspertiza qarşısında aşağıdakı suallarin qoyulması üçün vəsatət qaldırdım. Qeyd edim ki Baku City Hospitalin 05.06.2021 tarixli 432 nömrəli epikirizi, EGE Hospitalda Aqil Ağakişiyevin verdiyi 14.06.2021 tarixli Endoskopiya rəyi, Baku City Hospitalda 19.05.2021 tarixində aparılan nəticələri gizlədilən bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskopiya nəticələri.19.05.2021 bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskopiyanı təsdiq edən qəbz qoşmada verilb.

Qeyd edim ki, yuxarıda sadaladığım faktlar məhkəmə-tibbi ekspertizanın ədalətsiz aparıldığına faktlardır.

Baku City hospital 19.05.2021 bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskopiyanın rəyini gizlədir. Bütün bu faktlar City Hospitalda baş verən ədalətsizliklərə və vətəndaşların aldadılmasına dair faktlardır. Faktları rəsmi olaraq Sizlərə təqdim edirəm.

Diqqətinizə çatdırım ki, qızım Şəhid ailəsinin gəlinidir. Yoldaşı da həyat yoldaşı da Hərbiçidir. İnanıram ki, şəhid ailəsinin haqqına girənlər qanunqarşısında cavab verəcəklər.

İnanıram ki, ədalətin bərpa olunmasında səylərinizi əsirgəmiyəcəksiniz.

İmza: Cəfərov V.A 27 noyabr 2021
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...