“Bir böyrəyim yoxdur, əlillik dərəcəmi kəsiblər” - GİLEY
Sosial
Oxunub: 493
26 noy 2021 | 19:19
“Bir böyrəyim yoxdur, əlillik dərəcəmi kəsiblər” - GİLEY


“Bir böyrəyimi illər əvvəl aldığım travma nəticəsində kəsib götürüblər. O biri də qüsurludur, daş karxanasını xatırladır. 3 ildir stent qoyulub, amma imkansızlıqdan müalicə etdirə bilmirəm. Səhhətimdə ciddi ağrılar var. Bu vəziyyətdə II qrup əlil kimi aldığım pensiyanı da kəsiblər”.

Bu iddia ilə “Qafqazinfo”ya Biləsuvar rayon sakini Mirzəyev Mehman Bəyiş oğlu müraciət edib. Onun sözlərinə görə, 20 il Biləsuvarda Suvarma İdarəsində motorist işləyib və işdə travma alıb. Böyrəyi kəsiləndən sonra 2010-cu ildən ona II qrup əlillik təyin olunub: “Mənə qrup təyin olunduqdan sonra 20 il çalışdığım işimdən kənarlaşdırıldım. Bundan sonra ailəmin, 2 övladımın dolanışığı aldığım pensiyanın hesabına təmin olunub. Ailə ehtiyaclarının böyük olmasına görə öz səhhətimi tamamilə yaddan çıxarmışam. 2018-ci ildə böyrəyimdə olan narahatlıq bir az da artdı, Bakıda müayinələrdən sonra həkimlər qanda zəhərlənmənin miqdarının yüksək olduğunu bildirdilər. Böyrəyə stent qoydular, dedilər ki, zəhərlənmənin miqdarı azalsın, 15 gündən sonra yenidən müalicə üçün qayıdım. Lakin maddi çətinliklər səbəbindən o vaxtdan müalicəni davam etdirmək üçün geri qayıda bilməmişəm. Bu ilin martından isə əlillik pensiyamı dayandırdılar. TSEK sənədlərimə imtina verdi”.

“Bir böyrəyim yoxdur, əlillik dərəcəmi kəsiblər” - GİLEY
“Bir böyrəyim yoxdur, əlillik dərəcəmi kəsiblər” - GİLEY


Şikayətçi bildirir ki, bundan sonra bu il iyunun 2-də əyani baxış üçün sənədlərini Bakı şəhərində Tibbi Sosial Ekspert Komissiyasına təqdim edib. Ona bildirilib ki, Respublika Uroloji Xəstəxanasında müayinə olunub akt almalıdır. Sadalanan prosesdən sonra yenidən əlilliyin təyinatı ilə bağlı sənədlər alt sistemə daxil edilsə də, yenə ona imtina verilib: “Yenidən Bakıya – TSEK-ə gəldim, bu dəfə isə məni qəbul edən həkim komissiyasından mənə, ümumiyyətlə, pensiya düşmədiyini bildirdilər. Dedilər ki, böyrək çatışmazlığı olan xəstələrə pensiya təyinatı aparılır. Bəs bir böyrəkdə kifayət qədər fəsadların olmasını ixtisaslaşmış səhiyyə müəssisəsi təsdiqləyirsə, “böyrək çatışmazlığı” dedikdə TSEK nəyi nəzərdə tutur? Əgər doğrudan mən sağlamamsa, onda mənə sağlamlıq arayışı verilsin. Yenidən əvvəlki işimə qayıdıb işləməyə hazıram, heç olmasa ailəmin ehtiyaclarını ödəyə bilim”.

Şikayətlə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov “Qafqazinfo”ya Mehman Mirzəyevin müraciətinin tibb müəsissəsi tərəfindən göndərilən göndəriş əsasında qiymətləndirildiyini bildirdi: “Göndərişdə qeyd edilən soltərəfli nefrektamiya diaqnozu üzrə əlillik təyinatının aparılması qanunvericilikdə nəzərdə tutulmayıb. Ona görə də M.Mirzəyevə əlillik təyin edilməsindən imtina qərarı verilib. Digər böyrəyinin funksional vəziyyəti də nəzərə alınmaqla əlilliyinin qiymətləndirilməsi üçün isə o, yenidən tibb müəssisəsinə müraciət etməli, həmin böyrəyin ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi də diaqnoza əlavə edilməklə e-sistemə yeni göndəriş daxil edilməlidir. Bu barədə ona məlumat verilib”.
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...