Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir - VİDEOFAKT
Sosial / Video
Oxunub: 321
25 noy 2021 | 20:24
Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir - VİDEOFAKT


Redaksiyamıza M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə bağlı ("Eksperimantalnı" xəstəxana kimi tanınır.) ilginc məlumat daxil olub. Videoçəkilişin də əlavə olunduğu məlumatlarda bu səhiyyə müəssisəsində xəstələrin “soyulmasından”, müayinə və müalicələrin yazılmamış qiymətlərindən bəhs olunur...

Redaksiyamıza daxil olmuş videogörüntüdə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsas binasının birinci mərtəbəsində, 14№-li kabinetdə- kompyuter tomoqrafiyada rüşvətin alınması görüntülənib. Hadisə bu ayın 2-də saat 1200 radələrində baş verir. Həkim Gülnaz xanım (Gülya kimi tanınır.) xəstələrdən 130, 260 manat kimi müxtəlif “ödənişlər” alır. Ən dəhşətlisi də odur ki, “ödənişdə” güzəşt olunmur-deyilən məbləğ qeyd-şərtsiz verilməlidir. Etiraz edən də isə bütün dərman və preparatların özləri tərəfindən-şəxsi vəsaitləri ilə alındığını bildirir(?)

Məlumatlarla bağlı həm şöbə müdirini, həm də M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin rəhbərliyini məlumatlandırıb, mövqelərini öyrənməyə cəhd etdik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Səlahiyyət sahibləri heç nə baş verməyibmiş kimi susqunluq nümayiş etdirdilər. Həkimlərə qarşı hansısa cəza tədbiri haqqında da məlumat eşitmədik(?)

Belə məlum olur ki, nə bu həkim kontingentinin, nə də Mərkəz rəhbərliyinin son aylar həmkarları ilə bağlı hüquq-mühafizə orqanlarının atdıqları addımlardan ya xəbərləri yoxdur, ya da bilmək istəmirlər. Öz qanunlarından başqa qanun tanımaq yaddır bunlar üçün...

Olayla bağlı TƏBİB-dən də açıqlama ala bilmədik.

Azərbaycan siyasi rəhbərliyinin səhiyyə siyasəti göz önündədir- dövət ölkə insanı üçün səhiyyə xidmətini günbəgün təkmilləşdirir, dövlət milyonlar xərcləyir, bu sahədə hər gün bir yeniliyə imza atılır. Təəssüf ki, hələ də bəzi həkim və səlahiyyət sahibləri dövlətin bu nəcib siyasətinə kölgə salmaqda davam edirlər.

İctimai nəzarətin aktuallığını yaxın günlərdə cənab prezident də vurğulamışdır... Bu istiqamətdə hər bir vətəndaşın fəallığı vacibdir və davamlı olmalıdır. Bəhs etdiyimiz kimi eybəcərliklərin həlli yolu həm də ictimai nəzarətdən keçir.

Mövzu diqqətimizdədir.

Azerbaycanrealligi.com


Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir - VİDEOFAKT
Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir - VİDEOFAKT
Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir - VİDEOFAKT
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi