İnam Kərimovun bərbad AQRO-KADRLARI... - İTTİHAM
Sosial
Oxunub: 304
15 noy 2021 | 22:50
İnam Kərimovun bərbad AQRO-KADRLARI... - İTTİHAM



Məlumdur ki, 2005-2020-ci ilərdə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC adı ilə fəaliyyət göstərən dövlət şirkətinin adı keçən il dəyişdirilərək “Aqroservis” oldu.
Axı, ad dəyişməklə nəsə dəyişirmi ?
Daha dəqiq desək, “Aqrolizinq” 4-5 il İqtisadiyyat Nazirliyinin tabeçiliyində olub, 2009-da KTN-ə verilib.
Qurumun bir nazilikdən alınıb o birinə nazirliyə verilməsi ilə də heç nə dəyişmədi.
Birincisi, görək, “Aqrolizinq” nə üçün yaradılmışdı ?
Bu qurum öz funksiyasını yerinə yetirə bildimi ?
Məlumat üçün bildirək ki, ölkəni postneft, yəni neft tükənəndən sonrakı dövrə hazırlamaq, qeyri-neft sektorunu, aqrar sahəni inkişaf etdirmək üçün “Aqrolizinq” yaradılmışdı. Yəni dövlət aqrar sahəyə, fermerlərə, loru dildə desək kəndliyə dəstək olmaq üçün bu qurumu yaratmışdı və milyonlarla vəsait ayrılmışdı. Ki, fermerlərə gübrələr, texnika, damazlıq heyvanlar, tinglər, toxumlar ucuz və güzəştli verilsin ki, ölkədə ərzaq bolluğu yaransın.
Amma damazlığı kəsilmiş bəzi məmurlar dövlətin ayırdığı milyonları öz aralarında bölüşdürüb aqrar sahəni bərbad günə qoydular.
Təsəvvür edirsiniz qurumun rəhbərləri hərəsi özü üçün bir şirkət yaradaraq həmin şirkətlər vasitəsilə ölkəyə ucuz gübrə, damazlıq heyvan, texnika, kombayn, traktor, toxum gətirmək adı ilə dövlətin milyonlarını mənimsədilər.

Təsəvvür edirsiniz bu qurumun Allah qoymasa, hər rayonda öz filialı, filialın direktoru, katibəsi, sürücüsü və daha nələr. Hamısı da dövlətdən maaş alır ki, kəndliyə kömək edirik, fermerlərə dəstək oluruq.
Qurumun Bakıda Mərkəzi Təchizat Bazası, Gəncədə, Şəkidə, Şirvanda, Ucarda, Xaçmazda və s rayonlarda təchizat bazaları.
İndi təsəvvür etdinizmi nə boyda həngamə.
Qayda belə idi: “Aqrolizinq” DÖVLƏT BÜDCƏSİ hesabına alınmış texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verməli, gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmalıdır.
Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov bütün müşavirələrdə Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
Bunu başa düşdük. Bəs sən aqrar sahəni nə günə qoydun, ey sabiq nazir ?
“Aqrolizinq”in fəaliyyətində dəfələrlə böyük korrupsiya, mənimsəmə, yeyinti halları aşkarlandı, bir neçə dəfə ASC-nin rəhbərliyi dəyişdirildi, neçə rayonun və regional şöbələrinin rəhbərləri həbs olundu, mənimsənilən dövlət vəsaitinin məbləği 100 MİLYONU keçdi və Heydər Əsədov damazlıq şöbəsinin müdirinə ŞİDDƏTLİ TÖHMƏT verdi.
Bəli, 100 milyonlar damazlığı kəsilmiş məmurların cibinə getdi.
Heydər Əsədovdan sonra yeni gənc kənd təsərrüfat naziri Əli İnsanovun müavini Samir Kərimovun qardaşı oğlu İnam Kərimov isə kresloya oturan kimi dostu Seymur Mövlayevi “Aqrolizinq” ASC-yə sədr təyin etdi.
Bir soruşan olmadı ki, ASAN XİDMƏT-də çalışan Mövlayev hara, Aqrolizinq hara ?
Bəli, 2 ildə cənab Seymur Mövlayev özünə və dostu nazir İnam Kərimova yaxın şirkətləri varlandırmaqla məşğul oldu. Və bir müddət əvvəl Allah qoymasa, Aqrolizinq-i xaraba qoyub getdi Aqrar Xidmət Dövlət Agentliyinə rəhbər. İndi də oranı xaraba qoyacaq.
İnam Kərimovdan soruşan olmadı ki, ixtisasca regionşünas olan dostun Seymur Mövlayev nə bilir aqrar xidmət nədir, baytarlıq nədir ?
Bu barədə ötən yazımızda bəhs etdiyimiz üçün əlavə nəyəsə ehtiyac görmürük.
Bəli, təzə nazir Aqrolizin-lə guya kəndliyə dəstək verir. Amma bazarda pamidorun, xiyarın, turpun qiyməti göylə gedir.
Deyəsən, nazir İnam Kərimov aqrar sahənin başında turp əkir... //gundelik-baku.com//
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO