Ali Məhkəmə üçün HANSI ÜSTÜNDÜR: Konstitusiyamız, yoxsa... - NARAZILIQ!
Sosial
Oxunub: 377
13 noy 2021 | 20:24
Ali Məhkəmə üçün HANSI ÜSTÜNDÜR: Konstitusiyamız, yoxsa... - NARAZILIQ!



"12 noyabr 1995-ci ildən başlayaraq Azərbaycanda Konstitusiya günü kimi tarixə düşüb. Anadolulu qardaşlarımızın Ana Yasa , bizim Ana Qanun adlandırdığımız Konstitusiyanın 147 – ci maddəsinə görə, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ƏN YÜKSƏK VƏ BİRBAŞA HÜQUQİ QÜVVƏYƏ MALİKDİR. Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsası olan Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə görə , MƏHKƏMƏ İCRAATI HƏQİQƏTİN MÜƏYYƏN EDİLMƏSİNİ TƏMİN ETMƏLİDİR. Ana Qanunun 127-ci maddəsi hakimlərin yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olmalarını doğrulayır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bütün Məcəllələrdə olduğu kimi, İnzibati və Mülki Prosessual Məcəllədə də yazılıb ki, Azərbaycan Respublikasının Konstitusiyasının normaları ilə məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda , Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Bunları vurğulamaqda amacımız məhkəmə hakimlərinin, hətta Ali Məhkəmənin özünün Konstitusiyaya yox, qıraqdan qeyri-prosessual sifarişə tabe olduqlarını diqqətə çatdırmaqdır. Təsəvvür etmək belə çətindir, amma fakt budur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarovun köhnə tarixə qəbul etdiyi 15.02.2019-cu il tarixli iddianın mümkün sayılmaması haqqında QƏRARDADInı Bakı İnzibati Məhkəməsi (hakim Elvin Əliyev) , Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən və məruzəçi hakim Xəyalə Cəmilova, hakimlər Namiq Cəfərov və Vahid Sadıqov) və hətta Ali Məhkəmə (sədrlik edən və məruzəçi hakim Səyyad Kərimov, hakimlər Rahib Nəbizadə və Zakir Quliyev) də DİN-in NÜMAYƏNDƏSİ VƏ VƏKİLİ (?-M.B) Əlirza Həbilovun qeyri-prosessual göstərişi ilə Konstitusiyadan üstün tutub! (?) Belə getsə, Konstitusiya Məhkəməsi də iddianın mümkün sayılmaması ilə Qarabağ qazisinin Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən məhkəmə təminatı hüququna qadağa qoyan Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadını Konstitusiyadan üstün tutacaq! (?) Görürsünüz, Azərbaycanda Konstitusiya necə ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir ?!

İlqar Cabbarovu, Elvin Əliyevi, hələ gəncdirlər, Xəyalə Cəmilovanı , ölkəmizdə tanınmayan saxta Yujdaq diplomu ilə “irəli çəkilib” , bir qırağa qoyaq, bəs təcrübəli, “ən vicdanlı hakim” kimi xarakterizə edilən Namiq Cəfərovun , Vahid Sadıqovun “peşəkar vicdanı” harada yatıb qalıb ? Bəs dünənə kimi Milli Məclisin dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini kimi sözügedən mübahisə ilə bağlı DİN başçısı başda olmaqla qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi barədə müraciətlər edən hakim Səyyad Kərimov qanunvericiliyin tələbini və andını nə tez unutdu? Azərbaycan Bayrağı önündə yüksək hakim adını şərəf və ləyaqətlə daşıyacağına, yalnız Konstitusiyaya tabe olacağına and içən “ali” hakim, necə oldu , Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadını Ali Məhkəmədən, Konstitusiyadan da üstün tutdu? Əlirza Həbilovun DİN-in nümayəndəsi və vəkili kimi işə heç bir müqaviləsi olmadan çıxıb, qeyri-prosessual basqılarının altında əzilən hakimlər bəlirləyə bilmir ki, bu şəxsin işə vəkil çıxması haqqında müqaviləsi yoxdur və ona görə özünü həm də nümayəndə kimi sırıyır? Bu yekəlikdə Ali Məhkəmə də bilmir ki, Əlirza Həbilov DİN-in nümayəndəsidirsə, dövlət orqanının nümayəndəsinin vəkillik fəaliyyəti ilə məşğul olması qadağandır? ! Bəs Vəkillər Kollegiyası və onun sədri də bunu bilmir, DİN-in nümayəndəsini hətta intizam komissiyasının üzvü təyin edib? ! Bu nümayəndə və vəkilin bir çağlar hansısa xüsusi ittiham qaydasında eks-nazir Ramil Usubovun vəkili olması barədə orderi məhkəmələrə göstərib , DİN-in adından vəkillik etməsinə kim hüquq qiyməti verməlidir? Əlirza Həbilov VK-dakı vəzifəsindən sui-istifadə edərək Qarabağ qazisinin kassasiya şikayətinin yazılmasına da qadağa qoyub. Keçmiş həmkarı İlqar Cabbarovu hazırda “ən yüksək hüquqi qüvvəyə malik olan” 15.02.2019 tarixli qərardad qəbul etməyə şirnikləndirib vadar edən qeyri-prosessual sifarişçi vəkil və icraçı hakim unudublar ki, 15.02.2019-cu ildə heç bir iclas olmadığını məhkəmə zalındakı kameradan başqa “e-məhkəmə” portalı da yaddaşına yazıb : “ 15.02.2019-cu ildə İCLAS NÖVBƏTİ TARİXƏ TƏYİN EDİLDİ” . Nə Şəki

Apellyasiya Məhkəməsi ( Rövşən Rəfiyev , Mübariz Hüseynov və Gündüz Abbasov ) 11.04.2019-cu ildə , nə Qarabağ qazisini kamera görüntüləri ilə şantaj edərək danışmağa qoymayan Bakı Apellyasiya Məhkəməsi (Xəyalə Cəmilova, Namiq Cəfərov və Vahid Sadıqov ) 2 il sonra 14.04.2021-ci ildə qərardadın saxtalığı barədə təqdim edilən “e-məhkəmə” portalından çıxarışa baxıb . Şəki Apellyasiya Məhkəməsinin 11.04.2019 tarixli qərardadından kassasiya şikayəti verməyə də vəkil 6 aydan sonra ayrılıb və Əlirza Həbilovun göstərişi ilə ayrılan vəkil şikayəti 3 aydan sonra yazıb. Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov da vəkilin şikayəti gec yazmasına görə kassasiya şikayətini mümkün saymayıb. 20.02.2020 tarixli bu mümkünsüzlük qərardadı hələ də 2 ilə yaxındır iddia tərəfinə verilməyib ki, Konstitusiya Məhkəməsinə şikayət etsin . Axı, vəkilin şikayəti gec yazmasına görə, (əlilliyi olan) şəxsi məhkəmə təminatı hüququndan məhrum etmək Konstitusiyaya qarşıdır! İndi isə Ali Məhkəmə (hakim Səyyad Kərimov) 06.10.2021 tarixli qərarını verməkdən imtina edir! Yəqin, aşağı instansiyanın “qərardad” ilə “qətnamə”ni eyni sayması (?) ali səviyyədə “qərar”la “qərardad”ı eyni edib. Göz dəyməsin, belə “ali savad”la lap sədr kürsüsünə də oturmaq olar. Amma Ali Məhkəmənin sədri Vəkillər Kollegiyasını “qərar”la, “hökm”ü , “qərardad”ı ayıra bilməməkdə suçlayırdı. .. Elə (“ali”) hakimlər də savadsızlıqda vəkillərdən geri qalmır.

Konstitusiya 26 ildir ölkədə ən yüksək hüquqi qüvvəyə malikdirsə, niyə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli saxta qərardadını ( saxta olmasaydı, eldə deyildiyi kimi , yenə dərd yarı idi) məhkəmə hakimiyyəti ən yüksək hüquqi akt kimi tətbiq edir ? Ritorik səslənsə də, cavabını elə Konstitusiya Məhkəməsinin , dövlət hakimiyyətinin hər üç qolunun verməsini Konstitusiya diqtə edir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO