İki il keçsə də, AZAL biletlərin pulunu qaytarmır - GİLEY
Sosial
Oxunub: 410
30 okt 2021 | 18:20
İki il keçsə də, AZAL biletlərin pulunu qaytarmır - GİLEY


Bir qrup vətəndaş 2 ildən çoxdur ki, Nyu-York-Bakı istiqamətinə alınan yüzlərlə biletin ödənişlərinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən geri qaytarılmadığını bildirir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən şəxslər bildirib ki, koronavirus pandemiyası səbəb kimi göstərilərək sərnişinlərə ödənişin qaytarılmaması üçün müxtəlif bahanələr gətirilir: “Deyirlər ki, bir başqa istiqamətə uçuş vauçeri verə, yaxud da şirkət bütün beynəlxalq uçuşları bərpa etdikdən 60 gün sonra ödənişləri geri qaytara bilər. Biz isə bilirik ki, bu, çox absurd və gülünc yanaşmadır. Çünki dünyanın heç bir ölkəsində aviaşirkətlərdən alınan biletlərin bu şərtlərlə geri qaytarılması təklif olunmur. Aviaşirkət uçuşu ləğv edirsə, sərnişinə biletin ödənişini ən qısa zamanda, əksər hallarda 3-5 iş günü ərzində geri qaytarmalıdır”.

“Qafqazinfo” vətəndaşların müraciəti ilə bağlı AZAL şirkətinə sorğu ünvanlayıb. Şirkətdən saytımıza cavab olaraq bildirilib ki, hazırda davam edən COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlı olduğu dövrdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın tələblərinə riayət etməklə yalnız bir sıra istiqamətlər üzrə xüsusi reyslər həyata keçirir: "Bu reyslərə Nazirlər Kabineti yanında Operativ Qərargah və digər ölkələrin aviasiya hökumətləri tərəfindən də xüsusi icazələr verilir və onlar müntəzəm uçuşlar hesab edilmir.

Daha öncə sərnişinlərə məlumat verildiyi kimi, epidemioloji vəziyyət əlverişli olduğu halda və dövlətlərarası hava nəqliyyatında məhdudiyyətlər aradan qaldırıldıqdan sonra müntəzəm uçuşlar başlanandan 60 gün sonra sərnişinlərin aviabiletlərin dəyərinin qaytarılmasına başlanacaq.

Qeyd etmək istərdik ki, hal-hazırda bütün sərnişinlər aviabiletlərini xüsusi reyslərin həyata keçirildiyi bütün istiqamətlərə çox rahatlıqla dəyişə bilirlər”.
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU