Zəngəzur dəhlizi, türk dünyası ölkələrinin iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq
Sosial
Oxunub: 487
29 okt 2021 | 11:34
Zəngəzur dəhlizi, türk dünyası ölkələrinin iqtisadi birliyi  üçün yeni imkanlar yaradacaq


Torpaqlarımızı işğaldan qurtarmaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün məqsədyönlü daxili və xarici siyasət yürüdərək Zəfər tarixini yazan Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ən mühüm, tarixi nailiyyətlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. İqtisadi inkişaf mərhələsinin vacib amili olan Zəngəzur dəhlizi, türk dünyası ölkələrinin iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq, region ölkələrinin maraqlarına tam cavab verərək regionda nəqliyyat kommunikasiyalarının açılması ilə qarşılıqlı dialoq, etimad mühiti formalaşdıracaq. 10 noyabr Bəyanatı bu dəhlizin açılmasına hüquqi əsas verir və bu ideyanın reallaşması çox uzaqda deyil.

Qitənin nəqliyyat xəritəsini təkmilləşdirməklə yanaşı, Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək Zəngəzur dəhlizinin həm regional, həm də beynəlxalq əhəmiyyəti çox böyükdür. Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq.

Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla, xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq.

İnşa edilən Füzuli-Horadiz-Ağbənd yolu nəqliyyat kommunikasiyasını Zəngəzura qədər gətirib çıxaracaq ki, sonrakı mərhələdə dəhlizdən keçən ərazidə də yeni dəmir yolu və avtomobil yolunun inşasına başlanacaq. Hava və quru əlaqəsi yalnız İran və ya Türkiyə vasitəsilə mümkün olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yollarının tezliklə bərpa edilərək istifadəyə verilməsi Naxçıvanı Azərbaycan və eyni zamanda, Türkiyə ilə də birləşdirəcək. Zəngəzur yolu bütovlükdə regionun siyasi, iqtisadi mənzərəsini dəyişəcək, regionda inteqrasiyanı təmin edəcək. Naxçıvanla birbaşa nəqliyyat əlaqəsinin yaradılması ümumilikdə işğaldan azad olmuş ərazilərimizin dirçəlişi üçün unikal imkanlar açacaq.

Zəngəzur dəhlizinin açılması ilə təcrid şəraitindən azad olunaraq ölkə iqtisadiyyatına tam inteqrasiya edə biləcək Naxçıvan həm də hərtərəfli iqtisadi inkişafa nail olacaq, uzun illər blokadada olmuş muxtar respublika blokadadan çıxacaq. Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə, Çin, Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Bu da Türk dünyasının birləşməsi deməkdir. Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq.

Dəhlizin iqtisadi əhəmiyyəti ilə yanaşı, onun reallaşması bölgədə sülh və təhlükəsizliyin qorunub saxlanmasına da töhfə verəcək. Region üçün sülhün, sabitliyin, inteqrasiyanın qarantına çevriləcək Zəngəzur dəhlizi türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına səbəb olacaq, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək.

Xalidə Qurbanova,

Salyan rayon Qarabağlı-1 saylı tam orta məktəbin müəllimi
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı