"Dövlət sizə maaş verir, gedin formanı alın, mənim üstümə gəlməyin!" - Şahmar Paşayevdən Prezidentə şikayət olundu
Sosial
Oxunub: 699
29 okt 2021 | 18:50
"Dövlət sizə maaş verir, gedin formanı alın, mənim üstümə gəlməyin!" - Şahmar Paşayevdən Prezidentə şikayət olundu


Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları rəisləri Şahmar Paşayevdən ölkə başçısına şikayət edib.
Teref.az bildirir ki, şikayətçilər Criminal.az saytına ünvanladıqları şikayət məktubunda əvvəllər də İlham Əliyevə müraciət etdiklərini, lakin bundan sonra kirayə və ezamiyyət pullarını vermək əvəzinə onlara hədə-qorxu edildiyini bildiriblər:

"Hərbi hissəyə çağirib xidmət rəisi, general mayor Şahmar Paşayev hədələyici tonda danışır. Deyirlər ki, mətbuata niyə deyirsiz? Mətbaut sizə pul verəndir? Bizə halal pulumuz vermirlər. Pulun ilin sonunda veriləcəyini vəd edirlər. Bizlər çətin vəziyyətdə kirayədə yaşayırıq. Mağazalarq çoxlu borcumuz var. Boğularaq övladlarımızın üzünə baxa bilmirik. Biz dərdimizi kimə deyək?

Rəisimiz Şahmar Paşayevi aylarla görmürük. Çox zaman özünün şəxsi biznesi ilə məşğul olur, göydələnlər tikdirir. Olduqca çıxılmaz vəziyyətdəyik. Şahmar Paşayevin yanında alay komandiri polkovnik Xəlilli Məmməd, qərargah rəisi mayor Seyidəhməd Nurayev də bizi mətbuata şikayət ünvanladığımız üçün hədələyirlər.

Hərbi hissədə bizləri toplayıb məlumatı paylaşanı müəyyən edəcəkləri və işdən çıxaracaqlar ilə hədələyirlər. "Biz onu tapıb sındıracağıq, xidmətdən qovacağıq” deyirlər. Polkovnik Mustafa Rəcəbov, kadrlar şöbəsinin rəisi Elxan Həmidov, polkovnik leytenant Çingiz Hüseynov xidmət rəisi kimi bizləri hədələyirlər”.

Şikayətçilər qeyd edib ki, onlara ildə iki dəfə geyim verilməlidir, amma xidmətin təhcizat şöbəsinin rəisi mayor Elyazov Rəşad formaları vermir:

"Xidmət rəisinin göstərişi ilə formalar bizə satılır. Etiraz bildirəndə Elyazov bildirir ki, 500 manat maaş alırsız, dövlət sizə maaş verir, gedin formanı alın, mənim üstümə gəlməyin! Deyir göstərişi Şahmar Paşayev verib. Xidmət rəisinə söz deyəni də işdən çıxarır, təqib edirlər.

Elyazov Rəşad xidmət rəisinin yaxın adamıdır. Zabit və gizirlərin kirayə qaldığı evlərə zorla soxulmaqdan belə çəkinmir. Bu adamlara dur deyən yoxdu. Şəxsi heyətə qarşı kobudluq edənlərdən biri də mayor Axudlu İntiqamdır. Şəxsi heyətlə söyüşlə danışır, təhqir edir. Etiraz edəni də aşağılayır. Zabit və gizirləri istirahət günləri belə idarəyə çağırıb zabitə, gizirə yaraşmayan işləri gördürürlər. Bir sözlə xidmət çox bərbad gündədir.

Cənab prezident, ümidimuz sizə qalib. Bizim kirayə, ezamiyyət pullarımızı vermirlər. Vəziyyət çox pisdir, dolana bilmirik. Halal haqqımızı ala bilmirik”.
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO