Seymur Mövlayevə nədən ETİMAD GÖSTƏRİLDİ? - AXI NİYƏ?!
Sosial
Oxunub: 583
29 okt 2021 | 22:50
Seymur Mövlayevə nədən ETİMAD GÖSTƏRİLDİ? - AXI NİYƏ?!


Vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin ( KTN ) tabeçiliyində Dövlət Baytarlıq Xidməti ( DBX ) və Dövlət Fitosanitar Xidməti ( DFX ) deyilən qurumlar var idi.
Məlumat üçün bildirək ki, DBX ölkəyə idxal olunan, ölkədən ixrac olunan heyvan mənşəli məhsullara, DFX isə bitki mənşəli məhsullara nəzarət edirdi.
Təkcə onu qeyd edək ki, bazardakı ətdən, süddən, balıqdan, şordan, pendirdən tutmuş dönərə qədər hər şey DBX-nin nəzarətində idi. DBX hətta minik vasitələri olan eşşəklərin, dəvələrin, atların da sağlamlığına nəzarət edirdi.
DFX isə hətta ölkəyə gətirilən güllərə, çiçəklərə, bəzək ağaclarına, hətta taxtaya, metala nəzərət edirdi.
Düşünə bilərsiniz ki, DFX hara, metal, taxta hara ?
Həmin məhsulların üzərində bitki mənşəli böcəklər, qurdlar ola bilərdi və ölkəyə yayıla bilərdi.
Ümumiyyətlə, baytarlıq və fitosanitar xidmətləri dünyada çox ciddi qurumlar hesab olunur.
Məsələn, Rusiyanın özündə “Rosnadzor” deyilən və ayrılıqda heyvan və bitki mənşəli məhsullara nəzarət edən qurumlar var.
Məlumat üçün onu da qeyd edək ki, DBX-nin və DFX-nin hər bir rayonda idarələri və ayrıca laboratoriyaları var idi.
Biz demirik ki, bu qurumlar ideal işləyirdi. Amma..
Amması odur ki, bir neçə il əvəl kimlərinsə təklifi ilə bu qurumlar ləğv olundu və bu qurumların nəyi var idisə, bütöv şəkildə yeni yaradılan Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə ( AQTA) verildi. AQTA-nın sədri, Tibb Universitetini bitirən Qoşqar Təhməzli nə bilirdi, heyvan, yaxud bitki mənşəli məhsul nə deməkdir.
Allah qoymasa, DBX-nin və DFX-nin laboratoriyaları ləğv olundu, bazarlardakı laboratoriyalar məhv edildi, laboratoriya cihazları Qoşqar Təhməzlinin təklifi ilə AQTA-nın anbarlarına dolduruldu. Təsəvvür edirsiniz, müasir laboratoriya cihazlarını AQTA-nın anbarlarında toz basdı.
Bir müddət sonra başa düşdülər ki, bu boyda vəzifələri Qoşqar Təhməzli kimi birinə tapşırmaq millətin gələcəyi üçün çox böyük təhükədir.
Təkcə onu qeyd edək ki, bazarlarda ucuz qiymətə satılan ölmüş heyvan, at, eşşək cəmdəkləri koronavirusdan daha təhlükəlidir.
Nə isə, atalar demişkən, ziyanın yarısından qayıtmaq da…
Və Azərbaycanda KTN-nin tabeçiliyində yeni bir qurum Aqrar Xidmətlər Agentliyi ( AXA ) yaratdılar.
AXA-nın tabeçiliyinə DBX, DFX, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidməti verildi.
Soruşan yoxdur ki, bu boyda qurumları ləğv edib, 2 il sonra yenidən bunları yaratmaq nəyə lazım idi ?
Hanı o müasir laboratoriyalar ?
İndi gedin Qoşqar Təhməzlinin anbarından silib-təmizləyib yenidən gətirin.
Yaxşı, pis-yaxşı qurumları birləşdirib AXA yaratdınız.
İndi görək, cənab Kənd Təsərrüfatı naziri İnam Kərimovun hansı dostunu bu quruma rəhbər qoydular.
Bəli, vaxtilə ASAN xidmətdə çalışan və cənab nazirin yaxın dostu olan Seymur Mövlayevi AXA-ya sədr təyin etdilər.
AXA-nın funksiyalarına nələr daxildir ?
Aqrar Xidmətlər Agentliyi baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək.
İndi özünüz təsəvvür edin ki, bu boyda quruma ASAN xidmətdə çalışan və ixtisasca regionşünas olan Seymur Mövlayev necə nəzarət edə biləcək ?
Cənablar, tənqid etməyimizə baxmayın, biz də bu məmləkəti sevirik, bəlkə də sizlərdən daha çox. Amma İnam Kərimov kimilərin “qadro” siyasətinə son qoymaq lazımdır.
P.S Bilmirsiniz o kimin qardaşı oğludur? //gundelik-baku.com//
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı