"Sabina xanım, sizin atanız mənim həyatımı puç edib" - Sabiq baş prokurorun qızına SƏRT REAKSİYA
Sosial
Oxunub: 229
27 okt 2021 | 20:43
"Sabina xanım, sizin atanız mənim həyatımı puç edib" - Sabiq baş prokurorun qızına SƏRT REAKSİYA


Sabina xanım, sizin atanız minlərlə insan kimi mənim də həyatımı puç edib, gəncliyimi, sağlamlığımı əlimdən alıb – həm də haqsız yerə, siyasi düşüncələrim, baxışlarım fərqlidir deyə…

Mən övladlarımın necə böyüdüyünü görmədim, bilirsiniz? Mən onları əzizləyə, nazlarını çəkə, öpüb-sevə bilmədim. Onlar mənim qayğımı və nəvazişimi hiss etmədən böyüdülər.

Elə bil dünən olub… hamısını xatırlayıram… 25 il bundan öncə sizin atanız cəza çəkdiyim türməyə gəlmişdi – mənimlə görüşmək üçün. Səbəb o idi ki, ağzıma 4 yerdən tikiş vuraraq, aclıq aksiyasına başlamışdım. Qanunsuz həbs edilməyimə və heç bir prosessual qaydaları gözləmədən apardıqları istintaqa etiraz edirdim. Mən sizin atanıza izah edə bilmədim ki, millət vəkili kimi toxunulmazlıq hüququm var, toxunulmazlığımı götürün, sonra məni həbsdə saxlamaqda davam edin. Atanızın cavabı bilirsiniz nə oldu? Dedi, sən bizim rejimə qarşısan, məhz bu fakt səni bir ömürlük həbsdə saxlamağımıza yetər də, artar…

Mən atanızın təkliflərini, ələlxüsus da quru aclığı dayandırmaq təklifini qəbul etmədiyimə görə, onun göstərişi ilə karserə salındım. Bilirsiniz sonra nə etdilər? Topuğuma çatana qədər su ilə doldurdular karseri və suya xlor əlavə etdilər. Sıfır dərəcə temperaturu olan bir şəraitdə məni 17 gün saxladılar. Təzyiqim 60/40-a qədər düşdü, çəkim isə 37 kq. olmuşdu. Mən sadəcə iradəm hesabına ayaqda qala bildim!

Ancaq mənim də dözümüm bir yerə qədərdi, mənim də vücudum ətdən və sümükdən ibarətdi, sonunda mən də huşumu itirib yıxıldım…

Gözümü açanda başımın üstündə türmənin rəisi Elxan müəllimi gördüm – şəkili Elxan Sadıqovu. Üzüm tər-təmiz qırxılmış, əynimə təzə paltarlar geydirmişdilər. Elxan müəllim (mən ondan hər zaman razı qalmışam) dedi ki, Avropadan gələn var, mənimlə görüşmək istəyir. Görüşdük! Bu, bir siyasi məhkumun insan haqları üzrə beynəlxalq institutların nümayəndəsilə ilk görüşüydü. Ona cavabım bilirsiniz nə oldu? Dedim ki, mənim öz dövlətimdən heç bir şikayətim yoxdu, mən özüm öz hüquqlarımı müdafiə edərəm, siz gedin mənim qaçqın həyatı yaşamaq məcburiyyətində olan bir milyon soydaşımın hüquqlarını müdafiə edin. Bəli, mən ahu-zar edib, dövlətimdən yadellilərə şikayət vermədim, bu prinsipimi sonrakı həbs həyatı yaşadığım proseslərdə də qorudum. Çünki şikayət yazısı olsam, şikayəti sizin atanız və onun kimi qanəmici məmurlara qarşı yazmayacaqdım. Prosedur gərəyi iddia Azərbaycan dövlətinə qarşı qaldırılmalıydı. Mən isə qurulmasında əməyim olan, ən az canım qədər sevdiyim dövlətimin adına sizin atanız Eldar Həsənov kimilərə görə ləkə düşməsinə razı ola bilməzdim. Ona görə heç bir zaman yaşadığım həbs həyatına görə (tam 6 dəfə həbs olunmuşam) Avropa Məhkəməsinə heç bir şikayət verməmişəm.

Son olaraq onu bildirim ki, atanız sayəsində o 17 günlük karser yaşantım öz izlərini sağlamlığıma əbədi olaraq qoydu – sonradan 5 dəfə əməliyyat oldum, iki dəfə infarkt keçirdim, sağlamlığım pozuldu, bütün həyatım tar-mar oldu. Bu gün hələ ayaqdayamsa, bunu yalnız iradəmə və heç bir vaxt pozmadığım prinsiplərimə borcluyam.

Sabina xanım, lütfən, əlinizi vicdanınıza qoyun və səmimi şəkildə deyin: atanız Eldar Həsənov hazırkı durumunu haqq etmirmi? Məncə, haqq edir. Hətta bundan daha pisini haqq edir!
Fərəməz Novruzoğlu //konkret.az//
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB