Rəşad Nəbiyevlə bağlı İLGİNC İDDİALAR... - Belə deyirlər...
Sosial
Oxunub: 813
21 okt 2021 | 21:43
Rəşad Nəbiyevlə bağlı İLGİNC İDDİALAR... - Belə deyirlər...


Vaxtilə Sumqayıt şəhərində məşhur simalar var idi. Az qala hərəsi bir sahədə at oynadırdı.
Ulu Öndər Heydər Əliyev cənablarının 2003-cü ildə Sumqayıt səfərində keçirdiyi müşavirə “bütün daşları öz yerinə qoydu”.
Bəli, mərhum Prezident Sumqayıtda keçirdiyi müşavirədə hər kəsi öz adı ilə çağırdı, hər kəsin layiq olduğu qiymətini verdi. Sumqayıtın o zamankı icra başçısı Təvəkkül Məmmədovun da, digərlərinin də…
Heç kimə sirr deyil ki, hələ sovet dövründə Sumqayıtda söz sahiblərindən biri də əslən Qubadlıdan olan vəzifə sahibi Mamed İsgəndərov olub.
Sumqayıtda mühüm vəzifə və səlahiyyət sahiblərinin bir çoxu məhz Mamed İsgəndərovun qohumları idi.
Bunlardan biri də “ Sumqayıtda “çörək Tofiq” kimi tanınan çörək zavodunun sahibi, Milli Məclisin sabiq deputatı Tofiq Hüseynov idi.
O, 1982-ci ildə Sumqayıt çörək-qənnadı kombinatında sex rəisi işləyib, 1992-ci ildə bu müəssisənin bazasında yaradılan səhmdar cəmiyyətin sədri seçilib.
O zaman Tofiq Hüseynov “Mətanət” şadlıq evi, “TERM” istirahət və idman kompleksi və dəbdəbəli villalara və mənzillərə sahib olub.
“Çörək Tofiq” bir müddət deputat olsa da sonradan etimadı doğrultmadı. Daha doğrusu, 90-cı illərin çörək məsələsində Tofiq Hüseynov müəyyən problemlər yaradırdı.
Ulu Öndər Sumqayıtdakı müşavirədə Surət Hüseynovun adını əbəs yerə çəkmədi.
Bəli, Sumqayıtdakı bəzi imkanlı şəxslər o zaman Surət Hüseynovun toruna düşmüşdülər.
Mamed İsgəndərovun Sumqayıtdakı qohumlarından biri də Sumqayıtdakı Qubadlı camaatının ağsaqqalı hesab edilən Nəbi Nəbiyevdir.
Vaxtilə Nəbi Nəbiyevə də etimad göstərilmişdi. O, uzun müddət Sumqayıt Şəhər Qaz İstismar İdarəsinin rəisi olub. Sonra o da vəzifəsindən uzaqlaşdırıldı.
Deməli, Mamed İsgəndərovun qohumları tədricən etimadı doğrultmadıqları üçün vəzifələrindən kənarlaşdırıldılar.
Amma…
Amması odur ki, etimadı doğrultmayan Nəbi Nəbiyevin oğlu Rəşad Nəbiyevə yüksək etimad göstərildi. Və Rəşad Nəbiyev Rabitə və Yüksək Texnologiyalar naziri postuna gətirildi.
Onu da nəzərə almalıyıq ki, Rəşad Nəbiyev həm də “gözdən düşmüş” kadr olan Tofiq Hüseynovun kürəkənidir.
Deməli, ata vurulmuş, qaynata oyundankənar, amma Rəşada bu boyda post tapşırılır.
Onu da qeyd edək ki, Rəşad Nəbiyevin karyerasında maliyyə naziri Samir Şərifovun və sabiq rabitə naziri Əli Abbasovun da xidməti xeylidir. Eyni zamanda Rəşad Nəbiyev həm də nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun kadrı hesab olunurdu.
Onu da qeyd edək ki, çörək Tofiq hökümətin qazını, işığını, suyunu uzun illər havayı işlədib.
Nəbi Nəbiyevin adı isə kriminal aləmlə hallanıb.
Rəşad Nəbiyev isə nazir olandan sonra öz qohumlarını vəzifələrə cəlb edib. Məsələn, yaxın qohumu Natiq Dadaşovu departament sədri təyin edib. Avtovağzaldakı işləri Qoşqarla qardaşı aparır. Qoşqarın qardaşı isə Əlizamindir. Hansı ki, Əlizamin daş karxanası məsələsinə görə həbs olunub. Qoşqar QAİ-dən təqaüdə çıxaraq Avtovağzala gəlib. Və Avtovağzala gələndə piyada gəlirmiş, amma indi müxtəlif CİP-lərlə gəlir.
Çörək Tofiq isə öz adamlarını kürəkəni vasitəsilə nazirlikdə müxtəlif vəzifələrə yerləşdirir.
P.S. Mamed İsgəndərovun qohumlarının bu hakimiyyətə sədaqətinə inanan tapılarmı..?
Bu barədə növbəti yazıda. //gundelik-baku.com//
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı