Sabiq deputat Mirəzəcan Xəlilov qanunsuz torpaq zəbt edib -ŞİKAYƏT
Sosial
Oxunub: 578
15 okt 2021 | 16:42
Sabiq deputat Mirəzəcan Xəlilov qanunsuz torpaq zəbt edib -ŞİKAYƏT


Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilovun oğlu Vüsal Xəlilov Sabirabad Kommunal Müəssisələri Kombinatına məxsus xeyli daşınmaz əmlakı mənisəyib və torpaq sahəsini zəbt edib...

Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilov 15 ildir ki, Sabirabad Kommunal Müəssisələri Kombinatının ərazilərini zəbt edib və həmin ərazidə Şadlıq evi tikib. Bu barədə “Muğanın səsi” qəzetinə Sabirabad Kommunal Müəssisələri Kombinatının direktoru Hüseynxan Məlikov məlumat verib.

Başlarına gələnləri danışan və ictimailləşməsini istəyən H.Məlikov bildirib ki, Sabirabad şəhəri Heydər Əliyev prospekti 45 ünvanda yerləşən “Gülüstan” mehmanxanası 2005-ci ilin iyunun 22-dək Sabirabad Komunal Müəssisələri Kombinatının balansında olub. Həmin tarixdə 0,34 ha torpaq sahəsi olan adı gedən mehmanxana kombinatın bir qrup işçisi tərəfindən özəlləşdirilib və bir müddət sonra isə Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova satılıb. Ancaq Vüsal Xəlilov qeyd olunan ərazi ilə yanaşı satın aldığı mehmanxanaya aid olmayan, kombinata məxsus 0,81 ha torpaq sahəsini və balans dəyəri 12871,04 manat olan daşınmaz əmlakı da zəbt edib.

Hüseynxan Məlikovun sözlərinə görə Xəlilovlar “Gülüstan” mehmanxanasının arxa hissəsində kombinata məxsus 0,81 ha torpaq sahəsini və onun üzərində olan mal-materialı ələ keçiriblər. Az bir müddətdə Kombinatın balans dəyərində olan qazanxananı (1847.88 manat), su hövuzunu (5231.88 manat), qülləli su çənini ( 1674.62 manat) sökərək və 121 kv.m asfalt sahəsini(4116.66 manat) dağıdaraq “Kür-Araz” şadlıq sarayı inşa etdiriblər.

Hüseynxan Məlikov bildirib ki, qazanxananın baca borusunu doğratdırıb şadlıq sarayının tikintisində istifadə ediblər. Kombinatın “Qülləli çən”ini də bu gün də onların xidmətindədir.

Hüseynxan Məlikov qeyd edib ki, dəfələrlə Mirzəcan Xəlilova, bu məsələ ilə bağlı digər aidiyyəti təşkilatlara müraciət etsə də, onun müraciəti bu günədək nəticəsiz qalıb.

Qeyd edək ki, 1954-cü ildə Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən Mirzəcan Xəlilov seçkidə məğlub olub. 2006-cı ildə təkrar seçkidə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib. Hakimiyyətin yuxarı qatlarında nədənsə bu şəxsə qarşı bir inamsızlıq hiss edilib. Onun 2010-cu il parlament seçkilərində də 65 saylı Sabirabad dairəsindən də mandat almaq ümidləri doğrulmayıb.

2015-ci il parlament seçkilərində də Mirzəcan Xəlilovun adı hakim partiyanın namizədləri siyahısına daxil edilməyib. Mirzəcan Xəlilov YAP-ın üzvü olsa da fərdi qaydada namizədliyini 41 saylı Sumqayıt Seçki Dairəsindən irəli sürüb. Baxmayaraq ki, YAP-ın siyahıdan kənarda fərdi qaydada namizədliyini irəli sürən YAP üzvlərinə qadağası elan edilmişdi. Nədənsə bu qadağanı pozan Xəlilov partiyadan çıxarılmadı. Əksinə, 41 saylı Sumqayıt seçki dairəsindən YAP-ın vahid namizədi, həmin dairənin deputatı Leyla Abdullayeva seçkilərdən qəfil geri çəkildi. M.Xəlilov deputat mandatına məhz bundan sonra sahib ola bilib.

Mirzəcan Xəlilov 2020-ci il Milli Məclisə keçirilən seçkilərdən isə kənarda qalıb. KİV-dən o da məlumdur ki, “Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq nə işdirsə məhz Mirzəcan Xəlilovun rəhbərlik etdiyi “Azərsutəchizattikinti” ASC milyonlarla manatlıq tenderlərin qalibi elan olunur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"