Prezidentin ev və maşın bağışladığı qazinin pensiyasını kəsiblər - GİLEY
Sosial / Video
Oxunub: 371
14 okt 2021 | 18:50
Prezidentin ev və maşın bağışladığı qazinin pensiyasını kəsiblər - GİLEY


Yusifov Elbrus o qazilərdəndir ki, Prezident İlham Əliyev tərəfindən ev və maşınla təmin olunub. İndisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun pensiyasını kəsib.
Reportyor.info-ya müraciət edən qazi bildirir ki, I Qarabağ savaşında iştirak edib və Tərtər döyüşlərində yaralanıb. O, 2021-ci ilin martına kimi müharibə əlili kimi pensiya alıb.
2009-cu ildə prezident şəxsən özü ona mənzilin açarlarını təqdim edib, 2014-cü ildə isə maşınla təmin edilib. E.Yusifov buna görə prezidentdən yerdən göyə qədər razıdır, dövlətin dəstəyindən məmnundur. Ancaq deyir ki, nazir Sahil Babayevin rəhbəri olduğu qurum onu indi qazi hesab etmir.
“II Qarabağ müharibəsində də iştirak etmək üçün könüllü Tərtərə getmişdim, ehtiyac olmadığı üçün bizi müharibəyə buraxmadılar. İndi Sahil Babayevin qoçuları deyirlər ki, sənə qazilik düşmür.
Bu ilin mart-aprelindən komissiyaya çağırırlar, guya müayinə edirlər, amma onlara heç həkim də demək olmaz. Mənim ağrılarım var, izah edirəm, başa düşmürlər, telefon yoxlamaq olar? Dedilər ki, yox, imtina… sən qazi deyilsən”, – deyə Yusifov bildirir.
Onun sözlərinə görə, belə çıxır ki, prezidenti aldatmışam: “Sahil Babayevin qəbuluna getmişəm, qoçuları buraxmır. Qazi qazidir, necə fərq qoya bilirsiniz? Bəs biz dərdimizi kimə deyək?
Bu adamlar Prezidentin verdiyi təqaüdü saymırlar, qazilərdə dövlətdən narazılıq yaradırlar. Əlillərin Bərpa Mərkəzi departamentə göndərir, ora bura yolayır, get-gələ salırlar. Bəs prezident mənə niyə ev və maşın verib? Mən çox xahiş edirəm ki, dövlət başçısı səsimi eşitsin, mənim şikayətimə baxılsın, pensiyam bərpa olunsun”.

Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR