Sabiq və indiki vəzifəlilərin ailə üzvləri vergilərini vaxtında ödəmirlər - SİYAHI
Sosial
Oxunub: 725
13 okt 2021 | 20:49
Sabiq və indiki vəzifəlilərin ailə üzvləri vergilərini vaxtında ödəmirlər - SİYAHI


Vaxtı ilə Azərbaycanada yüksək vəzifə sahibi olan sabiq məmurların və eyni zamanda da hazırda yüksək postlarda əyləşən şəxslərin ailə üzvləri tərəfindən onlarla şirkət təsis olunub.
Yeniavaz.com xəbər verir ki, bu şirkətlərin rəbərləri bir çox hallarda məmur yaxınlarının himayəsindən yararlanaraq böyük gəlirlər əldə ediblər.
Lakin, böyük gəlirlər əldə etmələrinə baxmayaraq dövlət büdcəsinə ödəməyə borclu olduqları vergiləri vaxtında ödəməyiblər.
Vergilərini vaxtında ödəməyən şirkətlərin bəzilərini təqdim edirik:
- Prezident Adminstrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən Ramiz Mehdiyevin həyat yoldaşı, BDU-nun professor Mehdiyeva Qalina Yuriyevnanın da təsisçi olduğu “Fireland Vineyards” MMC –nin (VÖEN- 1301263921) dövlət büdcəsinə 451 min 128 manat 51 qəpik vergi borcu var.
- 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunan və onun yaxın qohumları tərəfindən idarə olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin (VÖEN- 1600019501) hazırda dövlət büdcəsinə böyük həcmdə - 9 milyon 529 min 324 manat 92 qəpik vergi borcu
- Uzun illər Vergilər naziri Fazil Məmmədovla adı ilə birgə hallanan Azərbaycanın ən böyük holdinqlərindən biri olan “Synergy Group” MMC-nin (VÖEN- 1701078891) dövlət büdcəsinə 26 min 771,56 manat vergi borcu var. Hazırda “Synergy Group” MMC –yə Binəqədi rayonunun sabiq İcra başçısı Xaləddin İsgəndərovun oğlu, eyni zamanda da sabiq nazirin bacısı oğlu Elnur Xaləddin oğlu İsgəndərov rəhbərlik edir.
- Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə məxsus olduğu bildirlən “GALS” MMC (VÖEN- 1701354961 ) və “SQ-Future” MMC-nin (VÖEN-1700495641) dövlət büdcəsinə 16 min manatdan çox vergi borcu var. “GALS” MMC-nin 17 min 227 manat 96 qəpik, “SQ-Future” MMC-nin isə 4 min 38 manat vergi borcu var.
“GALS”-ın sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəs, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarət olduğu deyilir.
- Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkovun təsisçisi olduğu “Keystone” MMC-nin (VÖEN: 1302308941) dövlət büdcəsinə 539 min 608 manat 16 qəpik vergi borcu var.
- “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva tərəfindən təsis olunan “Gazelli Group” MMC-nin də (VÖEN: 1401571551) dövlət büdcəsinə 83 min 305,16 manat vergi borcu var.
- Vaxtilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan və əsasən “Gilan” adı ilə fəaliyyət göstərən şirkətlərə rəhbərlik edən Cəmil Tahir oğlu Muradovun direktor olduğu “Vita Farm TN” MMC –nin (VÖEN: 1401565291) dövlət büdcəsinə 15 min 195,94 manat vergi borcu var. Uzun illərdi mətbuatda Cəmil Muradovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu (xalası oğlu) olduğu barədə məlumatlar yayılır və bu məlumat bugünə kimi təkzib olunmayıb.
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”