190 manatın verilməsi ilə bağlı şok səs yazısı: “Cənab nazirin tapşırığıdır, bu gün bitirməliyik” – AUDİO
Sosial / Video
Oxunub: 837
11 okt 2021 | 21:47
190 manatın verilməsi ilə bağlı şok səs yazısı: “Cənab nazirin tapşırığıdır, bu gün bitirməliyik” – AUDİO


İctimai fəal Bəxtiyar Hacıyev Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədr müavini Cəmaləddin Quliyevə aid olduğunu iddia etdiyi səs yazısı yayıb.

Yayılan səs yazısında Cəmaləddin Quliyev olduğu iddia edilən səsin müəllifi səsli ismarıclarla qarşısındakılara bir sıra təlimatlar verir. Sözügedən təlimatların isə pandemiya səbəbilə işsiz və işaxtaranlar üçün nəzərdə tutulmuş 190 manat birdəfəlik ödəmə ilə bağlı olduğu bildirilir.

Belə ki, səsin müəllifi qarşısındakılara rayon məşğulluq mərkəzlərində işsizlik statusunda olanların siyahısının tərtib olunması ilə bağlı tapşırıq verir. Lakin o, sözügedən prosesin həmin gün saat 21:00-a kimi tamamlanmalı olduğunu və bunun “cənab nazir”in tapşrığı olduğunu bildirir: “Kuratorların nəzərinə, rayon məşğulluq mərkəzlərinə bir daha deyin, bu gün axşam saat 9-a kimi status verdiklərini versinlər, status verə bilmədiklərinin qarşısına yazsınlar “torpaq payı ehtimal olunur”.

O siyahını qaytarsınlar Adil Hüseynova. Bunu bütün məşğulluq mərkəzlərinə bir-bir tapşırın, çox təcilidir, cənab nazirin tapşırığıdır, bu gün bitirməliyik. Bu gün bunu bitirəndən sona bu məsələlər bitir, ondan sonra başlayırıq öz işlərimizə”.



İddialarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov məsələyə münasibət bildirməkdən imtina edib:

“Qərəzli mövqedən böhtan və təhqirlərə yol verən şəxsin hər hansı bir açıqlamasına münasibət bildirmirik”.

Xatırladaq ki, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 6 dəfə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilib. Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrasına dair rəyində 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi üçün dövlət büdcəsindən 447,9 milyon manat ayrıdlığı qeyd olunur.

Qeyd edək ki, birdəfəlik ödənişlərin verilməsindən sonra xeyli sayda vətəndaş mətbuat vasitəsilə müraciət edərək, müxtəlif bəhanələrlə onlara 190 manatın verilmədiyini bildirmiş, bununla bağlı aidiyyəti qurumlara müraciət etsələr də nəticənin dəyişmədiyini qeyd etmişdilər.
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı