“Meliorasiya və Su Təsərrüfatı” ASC-də iki xalaoğlunun talanı – Quliyev və Nuriyev kimdirlər?
Sosial
Oxunub: 459
7 okt 2021 | 17:25
“Meliorasiya və Su Təsərrüfatı” ASC-də iki xalaoğlunun talanı – Quliyev və Nuriyev kimdirlər?


“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin xalası oğlu Elman Nuriyevin Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsində hansı əməllərin sahibi olması haqda iddialar var. Cumhuriyyet.net xəbər verir ki, 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, 2006-cı ildə isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini təyin olunanda yaxın qohumu-xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib. Bu idarədə KORRUPSİYANIN MİQYASINI aydın təsəvvür etmək üçün onu da qeyd edək ki, bu idarəyə respublikamızın Gürcüstanla sərhədlərindən başlayaraq Xəzər dənizinə kimi 1595 kilometr uzunluqda axan Kür çayı boyunca bəndlərinin istismarı, təmiri, möhkəmləndirilməsi, çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi aiddir.
Bu məqsədlə hər il dövlət büdcəsindən külli miqdarda vəsaitlər ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti idarədə təyinatı üzrə xərclənmir.Yəni, müəyyən işlər üçün ayrılan dövlət vəsaitləri bilərəkdən şişirdilir, israfçılığa yol verilir ki, nəticədə də Elman Nuriyev rayonun, hətta respublikanın ən varlı adamlarından birinə çevrilib.E.Nuriyev Kür çayı boyunca bəndlərin istismarı, təmiri, möhkəmləndirilməsi, çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi məqsədi ilə hər il dövlət büdcəsindən külli miqdarda vəsait mənimsəyir. O, hər il çay yataqlarının lildən təmizlənməsinə ayrılan milyonlarla vəsaitləri təyinatı üzrə xərcləsəydi Kür ətrafında daşqınların miqyası bu dərəcədə olmazdı. Bildirilir ki, Elman Nuriyev bəndlərə vurulan torpaqları elə bəndin yanından götürür, bu isə su bəndlərinin davamlılığını azaldır və daşqınlar baş verir. Bundan əlavə,
Nuriyev vəzifəyə təyin olunan qohum-əqrəbasını Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsində işlə təmin edib. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib. Yəni, bu idarədə çalışanların tam əksəriyyəti rayonun Cavad kəndindəndir.Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib. Elman Nuriyev idarəyə məxsus texnikaların ehtiyyat hissələrini əksər hallarda qardaşı Saleh Nuriyevə məxsus mağazadan alır. Büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait, məhz idarə rəisinin qardaşına məxsus mağaza üzərindən nağdlaşdırılır. Bundan əlavə idarəyə verilən ehtiyyat hissələri, yanacaq və sürtgü yağları, “solyarka” satılaraq Elmanın cibinə gedir. İddialara görə, idarənin işçilərinə sənədlərdə 800 manat maaş yazılsa da, 400 manat verilir. Onun avtomobillərinin nömrəsi 422 ilə başlayır, marketləri, Sabirabadda “ mağazaları var.
Elman Nuriyev Cavad yolunun üstündə özünə ŞAMLIQ şadlıq sarayı tikdirib. Özü də bu restoran-şadlıq sarayını 44 günlük müharibə dövründə, şəhidlərimizin qanı axan zamanda tikdirib.
Zakir Quliyevlə xalası oğlu Elmanın Çuxuryurddakı qoşa villaları isə milyonlara başa gəlib. Bir sözlə, Zakirin və Elmanın Sabirabadda, Cavadda, Bakıda evlərinin, obyektlərinin sayı bilinmir.
Zakir Quliyevin rayondakı fermaları, qoyun sürüləri, balıq vətəgələri isə başqa bir yazının mövzusudur.
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB