Adam nəhayət ki, akademiyanı siyasi oyunbazlıq mərkəzinə çevirməyi bacardı... - Milli Elmlər Akademiyası və Ramiz Mehdiyev...
Sosial
Oxunub: 540
7 okt 2021 | 19:19
Adam nəhayət ki, akademiyanı siyasi oyunbazlıq mərkəzinə çevirməyi bacardı... - Milli Elmlər Akademiyası və Ramiz Mehdiyev...


Onun haqqında yazmamağa söz vermişdim. Fikirləşdim ki, "qatığını" daha çıxarmaq olmaz. Lakin baxıram ki, özü hələ də qatıqlamaqla məşğuldur. Məhz buna görə məcburən bu yazını qələmə alıram. Adam AMEA-ya prezident təyin olunan gündən oranı şəxsi kontoruna, daha doğru ifadə edəriksə, siyasi qalmaqallar bazarına çevirib. Artıq iki ildir ki, burada elmdən başqa hər şey baş verir. Ölkənin ağır vaxtlarında belə Elmlər Akademiyasına yönəlik həmlələr baş tutmadı, qapısına qıfıl vura bilmədilər. Ramiz Mehdiyevin intiriqan idarəetmə metodologiyası isə qısa zaman içərisində akademiyanı elə bir kökə saldı ki, danışılası deyil. İndi bağlanmasına cəmiyyət üzvlərinin böyük əksəriyyəti demək olar ki, razı olar. Amma maraqlı bir məsələ var, elmi kollektiv niyə susur, nədən bu qaranlıq mühitdə ömür çürütməyə dözür!? Mehdiyevin başının tüklərini birər-birər yolub yerində turp əkməyə hazır olan akademiklər, professorlar niyə danışmırlar!? Çox qəribədir... Arxa qapıda giley-güzar etməyin nə bir faydası, nə də təsir imkanları olmur.

Adını çəkməyəcəyəm, keçən bazar günü şəxsiyyətinə, elmi yaradıcılığına hörmət etdiyim EA-nın müxbir üzvlərindən biri ilə Gənclik parkında çay içərkən məlum mövzuya da toxunduq. Həmən bu dostumun həqiqi üzv seçilməsini iki dəfə məhz "boz kardinal" qərəzli olaraq əngəlləyib. Hiss edirdim ki, alim dostum səksəkə içindədi, gözləri döyükür. Rahatlıq tapa bilmirdi. Soruşdum ki, nədən həyacanlısan!? Cavabı bilirsiniz necə oldu!? Onun hər yerdə adamları var, xəbər çatdırsalar ki, səninləyəm, vəssəlam, günümü qara əskiyə büküb məni birtəhər edər, ürəyim də ağrılıdı,-dedi. Başıma sanki göydən bir vedrə qaynar su tökdülər. Ani susqunluqdan sonra ayağa durdum və taksi ilə onu evlərinə yola saldım. Görün əzizlərim, AMEA-da hansı vəziyyət, yaradıcı(?)mühit hökm sürür!?Təəssüflər! Çox-çox təəssüflər ki, Azərbaycan elminin flaqmanı olan o boydalıqda ocağı Ramiz Mehdiyevə etibar etdilər. Ölkənin nömrə bir "filosof alimi" də özünü burada o qədər müstəqil bilir ki, atını sağa-sola, hara gəldi çapır. Bəs nə vaxta qədər?! Fikrimcə, AMEA-nı bu cür qorxu və təhdid altında saxlamağa biganə qalmaq tamamilə yolverilməzdir. Ürəyi kimi istəyir ona hər şəraiti düzəldir, istəmədiyini isə AMEA-dan üzü aşağı fırladaraq xəndəyə tullayır. Axı ora onun yeri deyildi. Bütün mənalarda yeri deyildi. "Heydər Əliyev" ordeninə haqq etmədiyi halda dövlətin bu ali mükafatına layiq görülərək Azərbaycanın elm məbədinə yola salınmamalı idi. Bu yüksək adı daşımağa həm də mənəvi haqqı çatmırdı. O, nə Heydər Əliyevə, nə də İlham Əliyevin özünə qəlbən bağlı birisi olmayıb. Mən belə eşitmiş, belə də görmüşəm.

Ümumiyyətlə, idarəçilik sistemində kollektiv rahatçılıq, həmrəylik, şəxsiyyətə hörmət kimi anlayışlar Ramiz Mehdiyevin xarakterinə yad əlamətlər sırasındadər. Bu gün də AMEA-nı həmin ruhla idarə edir. Elmi innovasiyaların inkişafını siyasi spekulyasiyaların və şəxsi maraqların üstələməsi Ramiz Mehdiyevə məxsus bir xətdir. Ziddiyyətli siyasi-mənəvi hadisələr üzərində kodlaşan 90-nı haqlamış bir qocanın düşüncə tərzini və insanlara yanaşma xarakterini əbundan sonra dəyişdirməsi mümkün deyil.

Adam nəhayət ki, akedemiyanı siyasi oyunbazlıq mərkəzinə çevirməyi bacardı...

Təfərrüatlara varmadan onun siyasi fəaliyyətinin güzgüsü olan bir məqamı ictimai diqqətə çatdırmaq məncə bu yerdə yerinə düşər. Zamanında ölkədə baş verən bir çox siyasi problemlərin Ramiz Mehdiyev tərəfindən yaradılmasına, sonra isə düzüb-qoşduğu problemlərin onun özü tərəfindən aradan qaldırılmasına sübut və faktlar kifayət qədərdir. Bu yolla o, hakimiyyətin zirvəsinə gücünü və nüfuzunu çatdırmaqla yanaşı başlıca niyyəti həm də onunla hesablaşmaq niyyətini güdüb, güdməkdə indi də davam edir. 44 günlük müharibəni xatırlayın. Hər şey baş verə bilərdi. Bu bir ay on dörd gündə Ramiz Mehdiyevin Ali Baş Komandanımıza dəstək verəcək beş-üç kəlməlik hansısa ciddi açıqlamasına rast gəldinizmi!? Yoxdu belə bir şey. Əvəzində öz şəxsi maraqlarının müdafiəsi məqsədilə EA-nı siyasi tribunaya çevirərək arzuladığı məqamın gəlişini səbirsizliklə gözləmək yolunu tutdu. Sonda qaralanmış və ləkələnmiş arzusu içindəcə yanıb külə döndü...

Adamın məndən beş-betər başı, əl-ayağı bir yerdə durmur, lakin buna baxmayaraq stoldan bərk-bərk yapışıb. Beyin hüceyrələrinin 84 faizi ölüb, qalıb 16 faizi!!! 16 faizlə necə akademiyanı idarə edir, lap məəttəl qalmalı işdir. İki il ərzində AMEA-da Azərbaycan elminini inkişafı üçün kiçik də olsa yaddaqalan bir tədbir keçrildiyinə şahidlik edən varsa, çıxsın danışsın. Nə qədər ki, Mehdiyev burada prezidentdir, AMEA-da hansısa ürəkaçan bir işin baş verəcəyinə ümid etmək olmaz. Əvəzində isə hər gün, hər həftə bir siyasi bəyanat və palaz açıqlama ilə AMEA-nın ictimaiyyətlə əlaqələr mərkəzində çıxış etməyi ənənəyə çevirib. Bu azmış kimi özünə yaxın adamları başına toplayaraq gizlin-açıq şəkildə alimlər arasında ikitirəlik yaradır və bundan da şəxsi məqsədlərini reallaşdırmaq üçün istifadə edir.

Bir sözlə, Mehdiyevin simasını söküb-dağıdan, onu biabırçı hala salan həqiqətlər bitib-tükənmək bilmir. Az qala hər gün ya özü, ya da ailə üzvlərindən biri barədə yeni məlumatlar sosial mediada müzakirəyə çıxarılır. Adam görsənir ki, elmdən, ziyalılıqdan qeyri hər şeyin mahir ustasıdır. Baxın akademiyanın prezidenti nə işlə məşğuldur!? Ev alqı-satqısı, mənzil bazarı ilə!!! Vallahi-billahi ayıbdı... Bütün bunları yaxın adamı olan yeni işlər idarəsi rəisinin vasitəsi ilə həyata keçirir, lazım bildiklərinə hər cür şərait yaradır, düşmən saydıqlarına isə zülm edirlər. Əliəyriliyə, bədxahlığa alışmış adam üçün tövbənin də heç bir faydası yoxdur. Yəni bundan sonra tövbə etmək xəyalına düşsə belə onun tövbəsinin vaxtı, zamanı keçdiyindən qəbulu müşküldür. Bütün hallarda Ramiz Mehdiyevin bağladığı qapıların taleyini Böyük Allah bilir və görür... Vaxtı-vədəsi yubansa da, amma ilahi bir deyim var: "ALLAH BELƏLƏRİNƏ GEC ELƏYİR, AMMA SONUNDA GÜC EYLƏYİR". Bu qədər sadə, bu qədər aydın!!!

Nəyahət, Ramiz Mehdiyev AMEA-da çox qorxulu bir mühit yaradıb. Allah qəni-qəni rəhmət eləsin dahi Heydər Əliyevə. Vaxtı ilə Baş Prokorurluqda dəyişiklik edərkən onun dediyi müdrik sözlər yadıma düşdü: "Açın orada pəncərələri, qoyun üfunətli hava bayıra çıxsın." Bu gün də eyni vəziyyət AMEA-da tüğyan edir. Akademiyadakı çirkli və natəmiz havanın təmizlənməsi görəsən gecikmirmi?!Əks halda Ramiz Mehdiyev buranı da viranxanaya çevirib bu müqəddəs elm məbədi yaman günə qoyacaqdır. Kimin nə həddi var ki, onun hər hansı göstərişini birə-iki eləsin. Ya həmin şəxsi ömürlük çörəyə möhtac qoyar, ya da elə vurar ki, qamətini bir də qəbirdə düzəltməyə imkanı yetər. Bax belədir bizim "akademik-filosof" Ramiz Ənvəroviç!!!

Eldar Sabiroğlu //moderator.az//
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı