Bakıda QNET FIRILDAĞI... - Vətəndaş NARAZILIQ EDİR
Sosial
Oxunub: 214
5 okt 2021 | 17:42
Bakıda QNET FIRILDAĞI... - Vətəndaş NARAZILIQ EDİR


Abşeron r-nu Xırdalan şəhər, R.Behbudov 61 Mənzil 56 da yaşayan Salmanov Eldəniz tərəfindən Moderator.az-ın redaksiyasına üvanladığı şikayət məktubunda “QNET” firması tərəfindən aldadıldığını bildirir.

Şikayətçi müraciətində yazır:

“Yazıb sizə bildirirəm ki, “QNET” şirkətinin nümayəndəsi Poladova Ayla Ramiz qızı tərəfindən oğlum Salmanzadə Taleh Eldəniz oğlu şirkətin ofsinə dəvət olunub və 5 may 2021-ci ildə də 1142 AZN ödəyərək 5 illik qüvvəsi olan tur paket alaraq həmin şirkətə üzv olub.Daha sonra Taleh Salmanzadə öz anası Günay Salmanova Seyfi qızını həmin “QNET” şirkətinə dəvət edib. Həyat yoldaşım Günay Salmanova da həmin şirkətə 24 may 2021-ci ildə 1142 AZN verərək 5 illik qüvvəsi olan tur paket alıb və “QNET” şirkətinə üzv olmuşdur.

Daha sonra məni həyat yoldaşım Salmanova Günay “QNET” şirkətinə dəvət etdi həmin şirkətə üzv olmağımı təklif etdi. Mən də fikirləşdim ki, ailəmə dəstək üçün yanlarında olum və üzv oldum. Yoldaşım Salmanova Günay və mən Salmanov Eldəniz birlikdə dəfələrlə həmin “QNET” şirkətinə dəvət olunduq. Şirkətin nümayəndəsi Murad Sərhadlı bizimlə uzun-uzadı söhbət edirdi. Bizə şirkət haqqında videolar göstərərək işin doğruluğu barədə məlumat verirdi ki, hökmən üzv olun qazanın. Bizim də şirkət haqqında anlayışımız olmadığına görə aldanıb üzv olduq. men15 İyul 2021-ci ildə “QNET” şirkətinin saytında göstərilən qızıl-zinət əşyaları sifariş verdim və buna görə 1405 AZN pul ödəyərək, şirkətə üzv oldum. Sentyabrın 25-də mənə Murad Sərdarlı xəbər verdi ki, sifariş verdiyiniz məhsul gəlib və gəlin şirkətdən götürün.

27 sentyabr 2021 tarixində “QNET” şirkətinə gedərək Murad Sərhadlıdan məhsulu təhvil aldım. Onu da bildirim ki, biz şirkətə üzv olmaq üçün oğlum, mən və həyat yoldaşım o pulu borc almışdıq. O borcu qaytarmaq üçün aldığım qızılı satmaq qərarına gəldim və qızıl mağazalarına üz tutdum. Amma hansı mağazaya getdimsə, zərgərlər dedilər bu qızıl deyil, sizi aldadıblar.
Ondan sonra üz tutdum şirkətə. Amma nə məhsulu geri aldılar, nə də pulumu qaytardılar. Biz ailəlikcə aldanmışıq və xahiş edirəm bizə köməklik edin”.

Qeyd edək ki, E.Salmanov problemiylə bağlı Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova da yazılı şəkildə müraciət edib.

E.Hüseynov isə saytımıza açıqlamasında artıq şirkətlə əlaqə saxladığını bildirib. Onun sözlərinə görə şikayətçinin məktubunu tərcümə edilərək baş ofisə göndərəcəklər. Buna görə də şikayətçi bir neçə gün gözləməli olacaq. Əgər müsbət cavab almasa, E.Hüseynov məsələylə bağlı aidiyyatı qurumlara müraciət edəcək.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı