"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
Sosial
Oxunub: 215
5 okt 2021 | 19:49
"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY


Redaksiyamıza "Vəlioğlu" mebel şirkəti ilə bağlı şikayət daxil olub.

Sonxeber.az-ın verdiyi məlumata görə, Amaliya adlı şikayətçi şirkətdən ilk öncə mətbəx üçün mebel sifarişi verib. Borc-xərclə evinə əşyalar alan xanım dələduzların toruna düşüb.

O bildirir ki, pullarını alıb qaçan dizaynerlə şirkətin rəhbərləri əlbirdir:

"Mart ayının əvvəllərində qızım mətbəx mebeli almaq üçün "İnstagram"dan "velioglu_mebel_fabriki" adlı bir səhifə tapdı. Biz onlarla əlaqə saxladıq, sifariş etmək istədiyimizi bildirdik. Evə gəldilər, ölçü götürdülər. Gələn dizayner bizi tələsdirdi ki, guya 8 marta yaxın bir vaxtdır, özəl endirim olacaq. Danışdıq. Emin Əliyev adlı şəxs xüsusi dizayn proqramı ilə mətbəx mebelinin dizaynını çəkdi, dolabların ölçülərini götürdülər, rəngləri seçdik, 4000 manat qiymət dedilər. Bacım Leyla Qacarovanın adına müqavilə bağladıq, daha sonra ilkin ödəniş üçün məbləğin 50 faizini istədilər. Evdə 1000 manat var idi, onu ödədim. Sonra bacımgildən də 1000 manat borc alıb, ilkin ödənişi tamamladım.

Mebeli 10 gün ərzində təhvil verəcəklərini dedilər. 9-cu gündə zəng edib hazır olduğunu bildirdilər. Mən işdə olanda onlar anamla bacımın müşayiəti ilə mebeli gətirib quraşdırıblar. Daha sonra ödənişin geri qalanını da tələb etdilər, 1500 manat ödədik.

Məni məcbur etdilər ki, mərmər edək, mən də metlağın üzərindən tökə biləcəklərini söylədim. Dizayner olan Emin adlı şəxs israr edib dedi ki, yaxşı görünməyəcək, metlağın, kafelin üstündən mərmər - ikisi bir rəngdə, bütöv olsun. Guya o cür daha yaxşı görünəcək. Amma yenə də söz verdikləri vaxtda gəlmədilər.

Mən eyni zamanda başqa bir yerdən divan almışdım. Emin divanın üzərində ləkə olduğunu gördü, "Biz bu işə də baxırıq, düzəldirik, hər cür mebel yığırıq" dedi. Ən son bizdən divan və yataq mebeli sifarişi götürdü, 5000 manat qiymət dedi. Yenidən ilkin ödəniş istənildi. Səhəri gün yaxın adamdan borc aldım, 2500 manat ödədim. Həmin vaxtdan sonra adam yoxa çıxdı. Bu şirkətin rəhbərləri, səhv etmirəmsə, naxçıvanlı Ziya və Zəki adlı qardaşlardır. Özlərinin dediyinə görə, Ziya hüquqşünas, Zəki isə polis işçisidir. Mart ayında Emin yoxa çıxdıqdan sonra bu rəhbərlər axtarışa başladılar. Aprel ayının ortalarında Ziya adlı şirkət rəhbəri mənə zəng etdi ki, guya Emini tapıblar, yaxşıca döyüblər, o da and-aman edib ki, guya Bərdədə evi var, onu satıb, pulları geri qaytaracaq.

Ziyanın sözlərinə görə, guya həmin şəxs onlara 40 min manatdan çox ziyan vurub. Sonra isə bəlli oldu ki, bu Emin adlı dələduz insanlardan oğurladığı pullarla özünə mebel sexi açıb. Ziya mənə nömrəsini verəcəyini dedi və ayrı müştəri kimi zəng edib onu tutdurmamı istədi. Mən də onlardan xəbər gözləyəcəyimi dedim. Amma artıq may ayı da gəldi, onlardan xəbər çıxmadı. Zəng edib məsələnin nə yerdə olduğunu soruşdum. Bidirdiklərinə görə, müstəntiq "O türmədə sizin pulları necə qaytaracaq? Getsin, pul tapsın" deyib. Bunların biri hüquqşünasdır, biri polisdir. Cinayətkarı pul gətirməsi üçün necə buraxarlar? Bu, çox gülünc və şübhəli gəldi. Baxdım ki, bunlar heç də dedikləri qədər dürüst insan deyillər. Artıq Ziya da telefonlara cavab vermir. Mən düşünürəm ki, onlar əlbirdirlər".

Qeyd edək ki, məsələ ilə bağlı adı çəkilən şirkətin rəhbəri Ziya bəylə əlaqə saxladıq. Bizə açıqlama vermək istəmədiyini, şikayəti olduğu kimi dərc edə biləcəyimizi bildirdi.

"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
"Həmin vaxtdan sonra adam yoxa çıxdı..." - GİLEY
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı