Azərbaycan Vətən müharibəsindən sonrakı vəziyyətlə bağlı ilk hesabatını BMT-yə təqdim edib
Sosial
Oxunub: 259
2 okt 2021 | 15:00
Azərbaycan Vətən müharibəsindən sonrakı vəziyyətlə bağlı ilk hesabatını BMT-yə təqdim edib


30 sentyabr-1 oktyabr 2021-ci il tarixlərində BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 70-ci sessiyası çərçivəsində “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” üzrə Azərbaycan Respublikası Hökumətinin dördüncü dövri məruzəsinin virtual formatda təqdimatı keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi hökumət nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadin və Uşaq problemləri uzrə Dövlət Komitəsi, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri daxil olub.

Təqdimat zamanı açılış nitqi ilə çıxış edən X.Xələfov Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində əsas beynəlxalq sənədlərə tərəf olduğunu və bu xüsusda, BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.
Çıxışında X.Xələfov Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan hökumətinin həyata keçirdiyi və təşəbbüskarı olduğu tədbirlər barədə məlumat verib. Nazir müavini 2013-2018-ci illəri əhatə edən dördüncü dövri məruzədə əksini tapmış və eləcə də, hazırki dövrədək ölkədə qəbul edilən əhəmiyyətli tədbirlərə yönəlmiş iqtisadi, sosial və mədəni hüquqların təmin edilməsi üçün mövcud hüquqi baza və dayanıqlı inkişaf sahəsində atılan praktiki addımlar barədə müfəssəl məruzə edib.

Dördüncü dövri məruzə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müqavilə qurumları qarşısında təqdim etdiyi ilk hesabat olub.

X.Xələfov regionun iqtisadi, sosial və mədəni inkişafına əsas maneə olan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalına 44 günlük Vətən müharibəsi nəticəsində son qoyulduqdan sonra regionun və burada yaşayan insanların rifahının daha da yaxşılaşdırılması və əməkdaşlıq üçün yeni reallıqların yarandığını vurğulayıb. Bu, bir milyona yaxın qaçqın və məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün imkan yaradıb. Bu qayıdış qaçqınların və məcburi köçkünlərin pozulmuş haqlarının bərpa edilməsinə və müdafiəsinə böyük töhfədir.

Nümayəndə heyəti rəhbərinin təqtimatından sonra Beynəlxalq Paktın 1-15-ci maddələrini əhatə edən 4 bölmə üzrə konstruktiv və qarşılıqlı anlaşma şəraitində interaktiv dialoq aparılıb. İnteraktiv dialoq zamanı çıxış edən BMT-nin müvafiq Komitəsinin üzvləri tərəfindən səsləndirilən sahəvi sualları Azərbaycanın aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri geniş cavablandırılıb.

18 dövlətin nümayəndəsinin daxil olduğu BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsi cari ilin 15 oktyabr tarixinədək Dövri məruzə və interaktiv dialoqa dair öz tövsiyələrini Azərbaycan hökumətinə təqdim edəcəkdir.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı