Bakı məktəbində “Kurtlar vadisi”: kimsənin xəbəri olmayacaq!” — VİDEO,
Sosial
Oxunub: 1 466
26 okt 2015 | 07:55
Bakı məktəbində “Kurtlar vadisi”: kimsənin xəbəri olmayacaq!” — VİDEO,









Bakı şəhəri Lökbatan qəsəbəsindəki musiqi məktəbində adətən “Kurtlar Vadisi” kimi seriallarda gördüyümüz olaylar vaqe olur

Lökbatan qəsəbəsindəki Cabbar Qaryağdıoğlu adına 9 saylı uşaq musiqi məktəbinin bir qrup müəllimindən direktor Dadaşov Əfrasiyab haqqında şikayət daxil olub.
Şikayətdə bildirilir ki, Dadaşov Əfrasiyab vəzifəsindən sui-istifadə edərək şagirdlərdən rüşvət alır. Belə ki, 13 yaşından kiçik şagirdlərin dövlət hesabına təhsil almasına mane olaraq onlardan əlavə olaraq rüşvət tələb edir. Valideynin qarşısına iki təklif qoyan direktor qəbul üçün 150-250 AZN arası məbləğ tələb edir. Valideyn bununla razılaşmadıqda isə, qabiliyyət imtahanından sonra onun qarşısına daha bir şərt qoyulur. Bu dəfə o, ayda 55 AZN ödəməlidir ki, uşağı təhsil ala bilsin. Əgər valideyn bu iki şərtin heç biri ilə razılaşmasa, övladı təhsil ala bilməyəcək.
Bundan əlavə şikayətdə daha bir ilginc fakt ortaya qoyulub. Belə ki, müəllimlərin iddiasına görə, direktor onların rrrarasına nifaq toxumu səpir. Onların arasını vuraraq bir-biri ilə düşmənə çevirir. Sübut kimi redaksiyamıza göndərilən videoda bildirilir ki, direktor iclasların birində yenə öz ampluasında olaraq müəllimlərin arasını vurub. Və aranın qızışdığını görəndən sonra davanı öz mobil telefonu ilə “ölümsüzləşdirir”. Videoda göründüyü kimi hadisəni çəkdikdən sonra direktor polisə zəng edərək onları köməyə çağırır.
Şikayətdə ən maraqlı məqam isə direktorun dövlət müəssisəsi olan bir qurumda öz otağının qapısına “Telefonla içəri daxil olmaq qəti qadağandır” yazması olub. Bildirilir ki, direktor rüşvət və digər qanunsuz məsələlərə dair söhbətləri öz otağında apardığı üçün bu yola əl atıb. Bununla o, içəridəki söhbətlərin bayıra çıxmasını əngəlləyir. Yəni, kimsənin əlində bir sübut olmur.(olke.az) Məsələni diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?