Ekologiya və təbii sərvətlər nazirliyi bir qrup saxtakara xidmət edir
Sosial
Oxunub: 728
25 sen 2021 | 16:36
Ekologiya və təbii sərvətlər nazirliyi bir qrup saxtakara xidmət edir



Son vaxtlar ölkədə ekologiyanı əhatə edən bütün sahələrdə ciddi problemlərin oldığına dair kifayət qədər faktlar medya vasitələrində dərc olunub.
Qeyd olunan problemlər konkret harada, hansı ərazidə baş verir kimi sualların yaranmasına imkan vermir.Çünki baş verənlər o,qədər şəffaf,o qədər açıqdır ki,bunu körpə uşaq da görə,dərk edə bilər.
Yəni ki, ekologiya sahəsində cərəyan edən proseslər bir başa nazirlik tərəfindən himayə və kordinasiya olunur.Meşələrin qırılması, qanunsuz kömür istehsalı, meşə təsərrüfatı mərkəzlərinin ərazilərinin məhv olunaraq işbazlara ayrı-ayrı məqsədlər üçün verilməsi və sair qanunsuz əməlləri durdura biləcək bir şəxs,stop deyəcək bir təşkilat tapılmır.
Ekologiya və təbii sərvətlər nazirliyinin rəhbər şəxsləri açıq şəkildə ölkə təbiətinə qənim kəsilib.Nazir müavinləri,departament rəhbərləri və sairlərin adları müxtəlif maxinasiyalarda hallanır.Hətta deyilənlərin həqiqiliyinə kölgə salacaq bir fakt belə tapmaq mümkün deyil.Başqa bir fakt budur ki, regional ekologiya və meşə təsərrüfatı mərkəzlərinə qohum-əqrəba mafiyasının fəaliyyəti üçün münbit şərait yaradılıb.Eyni zamanda həm nazirlik səviyyəsində,həm də yerlərdə təhsilsiz və qeyri ixtisaslı şəxslərin meşə və ekologiya sahəsinə yerləşdirilməsi elə gələcəkdə meşələrin daha maneəsiz talan olunmasına hesablanıb.
Məsələn.Ekologiya və təbii sərvətlər nazirliyinin meşələrin mühafizəsi və inkişafı xidməti departamentinin rəisi Namik Xıdırov bu vəzifəyə kənd təsərrüfatı nazirliyindən gətirilib.Namik Xıdırov kənd təsərrüfatı nazirliyində işləyən zaman işindəki ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və açıq şəkildə bu dövlət qurumundan qovulub.Ancaq çox keçmədən qeyd olunan şəxs ekologiya və təbii sərvətlər nazirliyində yeni,həm də yüksək bir posta təyinat alıb.Fikir verin,belə bir insana ölkə təbiətini etibar ediblər.Əlhəttə ki,nəticə də belə olacaq.Namik Xıdırov həm də bu sahəyə uyğun olmayan, qeyri-ixtisaslı kadrdır.
Namik Xıdırov regional ekologiya idarələrinə və meşə təsərrüfatı mərkəzlərinə öz dost-tanış və qohumlarını yerləşdirib.
Məsələn.5 saylı regional ekologiya idarəsinin rəisi əmisi oğlu Qabbar Xıdırov.Buna görə ərazidə ekoloji vəziyyətin gərgin olduğunu demək tam asandır.Quba-Qusar meşələrinin talan olunmasına görə Qabbar Xıdırov da məsuliyyət daşıyır.
Baxın Pərviz Amrullayev hərbidə müddətdən artıq hərbi xidmət sahəsində çalışıb,ancaq indi Quba meşə təsərrüfatı mərkəzinin Quba rayonu üzrə meşə mühafizəsi mühəndisidir.
Hüseyn Abdulhüseynov,Alpan,Quba,obasının meşəbəyisidir.
Tərlan Rzayev əməyin mühafizəsi üzrə baş mütəxəssis və həmkarların sədridir.
Bu şəxslərin hamısı Elvin Baxışovun dostlarıdır və meşələri istədikləri kimi, istismar edirlər.Bu adamların hamısı qeyri-ixtisas və təhsili olmayan şəxslərdir.Bu adamlar Quba meşə təsərrüfatı mərkəzinin rəhbəri Şahların dostları olduğu üçün onlara yaşıl işıqdır.
Namik Xıdırovun Lənkəran regional meşə təsərrüfatı mərkəzinin ərazisi olan Haftoni ərazisindəki meşələri məhv elətdirərək beta-tea çay şirkətinə verməsində də kifayət qədər qanunsuz əməlləri ortaya çıxdı.
Lerik meşələrinin məhv olunması"Razvandoband"meşəbəyliyində baş verən qanunsuzluqları, kütləvi qırıntılar barədə bütün faktların ortaya qoyulmasına baxmayaraq heç bir tədbir görülmədi.Əksinə,Namik Xıdırovun dostu "Razvandoband" meşəbəyliyinin baş meşəbəyi si Nazir Orucov ərazidə olan qanunsuz əməllərinə baxmayaraq vəzifədən azad olunmadı, əksinə ərazidə olan jurnalisti nazirliyin əməkdaşlarının gözü qarşısında döyərək təhqir etdi.Baxmayaraq ki, haqqında 3 dəfə DİN qaynar xətt 102-yə şikayət olundu,bu günə kimi araşdırılmamış saxlanıldı.Bütün bu qanunsuzluqların başında ekologiya və təbii sərvətlər nazirliyinin mötəbər şəxsləri dayanır,şəxsən Namik Xıdırov ölkə boyunca meşələrin qırılmasına səbəb olur.
Namik Xıdırovun əmisi Şəmistan Xıdırov İsmayıllı rayonunda Ruşan,Vəng meşəbəyliyində baş meşəbəyidir və həmin ərazidə artıq bir dənə də olsun böyük ağac tapmaq mümkün deyil.Çünki hamısı doğranılıb və qonşu rayonlara və sair satılıb.Namik Xıdırovun dostu və kəndçisi Əfqan Qəribov Şamaxı regional meşə təsərrüfatı mərkəzinin rəisidir.Doğrudur ki, Əfqan Qəribov bu əraziyə rəis təyin olunan vaxtadək sabiq rəis İlqar Qəribov meşələri məhv etmişdi.Ancaq real vəziyyət budur ki, regional meşə təsərrüfatı mərkəzlərinə rəis vəzifəsinə təyin olunan şəxslərin hamısı Departament rəisi Namik Xıdırovun yaxın çevrəsinə daxil olan şəxslərdir.
Ümumiyyətlə,bu sahədə ciddi qanun pozuntuları mövcuddur,ancaq rəhbərlik yerində olmadığı üçün tədbir görülmür.İdarə rəisləri və nazir müavinləri,nazir Muxtar Babayevi saxta məlumat və statistika ilə aldadırlar.Qeyd olunan sahə ilə bağlı araşdırmalarımız davam edir.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Araşdırma qrupu.
[b][/b]
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu