“Ömür” klinikasında nələr baş verir ?- Niyə susursunuz, xanım Tansu Məmmədzadə ? VİDEO
Sosial / Video
Oxunub: 800
25 sen 2021 | 16:31
“Ömür” klinikasında nələr baş verir ?- Niyə susursunuz, xanım Tansu Məmmədzadə ? VİDEO


Belə davam etsə, səsiniz Avropa Məhkəməsindən gələcək

Məlumat üçün qeyd edək ki, Azərbaycanda “Özəl tibb fəaliyyəti haqqında” qanun 1999-cu ildə qəbul olunub. Və həmin ildən ölkəmizdə özəl klinikalar fəaliyyətə başlayıb.
Bizdə özəl deyən kimi hamı düşünür ki, özümün şəxsi klinikamdır, nə istəsəm edə bilərəm. Əslində belə deyil.
Problemin ciddiliyini nəzərə alaraq Avropa Məhkəməsinin qərarını oxucuların diqqətinə çatdırırıq:

“İnsan haqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 2-ci maddəsi üzrə pozitiv öhdəliklər DÖVLƏTDƏN TƏLƏB EDİR ki, xəstəxanaları pasiyentlərin həyatını qorumaq üçün zəruri tədbirlər görməyə MƏCBUR EDƏN edən hüquqi aktlar qəbul etsin. DÖVLƏTİN BORCUDUR ki, xəstəxanalarda baş verən ölüm hallarının səbəbini və tibb işçilərinin məsuliyyətini müəyyən etməkdən ötrü səmərəli məhkəmə sistemi təşkil etsin”.
Başa düşdünüzmü, cənab Tansu Məmmədzadə ?
Özünüz də Avropada təhsil almısınız.
Məlumata görə, “Ömür” klinikasının direktoru, həkim-ginekoloq Tansu Məmmədzadədir. O, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüdür. Gənc həkim-ginekoloq Almaniyada təhsil aldıqdan sonra ölkəmizdə klinikanın direktor vəzifəsinə yüksəlib.
Digər bir məsələyə diqqət edək.
Bu klinikanın sahibi kimdir ? Niyə gizlənir ?
Əlbəttə, klinikanın real sahibi Tansu Məmmədzadə deyil. Çünki gənc xanımda bu qədər pul haradandır ki, klinika üçün ən bahalı avadanlıqları alsın, bina götürsün və digər xərcləri ödəsin. Əlbəttə, klinika hansısa məmura məxsusdur.
Bu məsələni də buraxaq müvafiq orqanların öhdəsinə.
“Ömür” klinikasında qiymətlərin hətta Avropa ölkələrindən bahalı olması və digər problemlər barədə çox yazılıb.
Hətta pasiyentlərə ödədikləri yüksək xidmət haqqına görə çeklərin verilməməsi də ciddi problemdir.
Görəsən, Vergilər Dövlət Xidməti hara baxır ?
Klinikada “qara mühasibatlığın” olması da heç kimə sirr deyil.
Bəs bu çox bahalı qiymətə uyğun tibbi xidmət niyə göstərilmir ?
Bu klinikada xidmət ən aşağı səviyyədədir.
Adı “Ömür” olan klinika təkcə xəstələrin cibini deyil, həm də ömrünü kəsir.
Bəli, hansısa rüşvətxor məmur, yaxud nazir xaricdən bahalı avadanlıqlar alıb klinikaya yerləşdirib. Amma...
Amması odur ki, həkimlər savadsızdır, burada həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi böyük şübhələr doğurur.
Bəli, “Ömür” klinikasında çalışan həkimlər peşəkar, təcrübəli deyillər. Bu klinikada qoyulan diaqnozlara hamı gülür, əslində ağlamalıdır.

Şübhəniz varsa, buyurun FAKTLA tanış olun.
Deməli, vətəndaş bir şirkətə işə düzələndə ondan sağlamlıq haqda arayış istəyiblər. O da “Ömür” klinikasında müayinədən keçib və ona təhlükəli “Hepatit C” aşkarlanması barədə arayış verilib.
Təsəvvür edirsiniz xəstə və ailə üzvləri hansı hala düşüb ? Daha sonra vətəndaş Sumqayıtda Gigiyena və Epidemiologiya Mərkəzinin Bakterioloji Laboratoriyasında təkrar analiz verib. Məlum olub ki, onda belə bir virus yoxdur.
Bir daha əmin olmaqdan ötrü vətəndaş “Sağlam Ailə”də də yoxlanıb. Yenə də ona bu virusun daşıyıcısı olmaması haqda arayış verilib.
Və vətəndaş məhkəməyə üz tutub. Bu məhkəmə çəkişməsi il yarıma qədər davam edib.
İndi vətəndaşın bu il yarım ərzində çəkdiklərini, mənəvi zərbəni, maddi itkilərini təsəvvür edin.
Buna nə deyirsiniz, xanım Tansu Məmmədzadə ?
Bəlkə, başqa bir rüsvayçı hala nəzər salaq ?
Şikayətçinin sözlərinə görə, 8 aylıq hamilə olan qızı bir neçə aydır yaşadığı ərazi üzrə dövlət klinikasında qeydiyyatdadır. Hər ay yoxlamadan keçib və hamiləliyin gedişində heç bir fəsad aşkarlanmayıb. Çox gözəl.
Ancaq qızı qohumla nikahda olduğunu görə ana qızını müasir avadanlığı olan klinikalardan birində də müayinədən keçirmək qərarına gəlib və…
Yazıq ana “hər gün özünü reklam edən “Ömür” klinikasına gəlib.
“Ödənişlə bağlı heç bir çek vermədilər. Klinikada dopler müayinəsi etdilər. Və guya 8 aylıq dölün beynində şişlər var, beyin mayesi normal deyil”.
Tibb elmində belə uşaqlar şikəst doğulur və doğuş məsələhət deyil.
İndi gənc ailənin durumunu təsəvvür edin.
Və digər iki müxtəlif müayinələr göstərib ki, döl normaldır və heç bir problem yoxdur.
Vətəndaş bu rüsvayçılıqla bağlı “Ömür” klinikasına müraciət edəndə ona nə cavab versələr yaxşıdır?
Gedin hara istəyirsiniz şikayət edin, bizim Milli Məclisdə də, Səhiyyə Nazirliyində də adamımız var.
Bax, budur sənin klinikan cənab baş həkim Tansu Məmmədzadə.
İndi isə keçək rəngi qurumamış fakta.
Cənab Tansu Məmmədzadə !
Bir həftədir ki, ölkə mediasında rəhbəri olduğunuz klinika ilə bağlı video yayılır.
Vətəndaş bildirir ki, klinikanın rəhbərliyi məndən uşağımı müalicə etmək üçün 20 min manat pul alıb və sonda müalicə edə bilməyib, bayıra atıb.
Videoda vətəndaş klinikanın içərisindən canlı olaraq qeyd edir ki, məni klinikanın rəhbərliyi qəbul etmir. Hətta Hüseyn həkim də xəstəyə deyir ki, get kimə istəyirsən şikayət elə..
Xanım Tansu Məmmədzadə !
Yazının girişində Avropa Məhkəməsindən əbəs yerə sitat gətirmədik.
Belə davam edərsə, bir gün sizin klinikanın qeyri-insani fəaliyyətinə, Avropa məhkəməsində baxılacaq.gundelik baki.com



Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi