Tələbələri dini təhsil almaq üçün İrana hansı qurum göndərir? - “Qanunla qadağandır...”
Sosial
Oxunub: 273
25 sen 2021 | 19:22
Tələbələri dini təhsil almaq üçün İrana hansı qurum göndərir? - “Qanunla qadağandır...”


"Mən işlədiyim zaman – 2002-ci ildə İranda 250 nəfər azərbaycanlı dini təhsil alırdı və onların heç biri rəsmi yolla getməmişdi”.

Bunu Sfera.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.

O, bildirib ki, İranda dini təhsil alan tələbələrin pasportunu alıb, orada saxlayırlar:

"Müəyyən dərəcədə qorxudurlar ki, ölkəyə qayıtsanız, sizi narahat edəcəklər. Çalışırlar ki, həmin tələbələri orda evləndirsinlər. İranda dini təhsil alanların əksəriyyəti qayıtmaq istəsələr də, bunu edə bilmirlər. Xaricdə dini təhsil o vaxt bizdə demək olar ki, qadağan idi. Nəinki İranda, eyni zamanda Türkiyədə, Misirdə. O zaman biz belə şərt qoymuşduq, həmin qadağa indiyə qədər qalır. Tələbələrimiz məhz Azərbaycanda dini təhsil almalıdırlar. Onların İranda və ya başqa dövlətdə dini təhsil alması məqbul deyil”.

Müsahibimiz qeyd edib ki, hazırda rəsmi yolla İranda dini təhsil almaq mümkün deyil:

"Dini təhsil almaq üçün tələbələri ora ya Təhsil Nazirliyi, ya da Qafqaz Müsəlmanlar İdarəsi göndərməlidir. Bunların isə heç biri İrana dini təhsil almaq üçün tələbə göndərmir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadə isə saytımıza açıqlamasında deyib ki, Azərbaycanda dini kadrlar əsasən İlahiyyat İnstitutunda hazırlanır:

"Xaricdə təhsil almaq məsələsinin universitet tərəfindən mübadilə yolu ilə baş tutması mümkündür. Biz qonşu ölkələrə dini təhsil alması üçün tələbə göndərmirik. Təbii ki, qanunsuz şəkildə, öz istəklərilə gedən şəxslər də olur – məsələn, Səudiyyə Ərəbistanına, İrana. Dövlət və ya universitet tərəfindən göndərilməyənlər onsuz da burada işlə təmin olunmurlar”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu