Fazil Məmmədovun sahibkarlardan yığdığı pullar Eldar Mahmudovun bankından çıxıb?
Sosial
Oxunub: 1 173
26 okt 2015 | 07:14
Fazil Məmmədovun sahibkarlardan yığdığı pullar Eldar Mahmudovun bankından çıxıb?










Yanmış binadan başlayan araşdırmaların izi Vergilər Nazirliyinə qədər uzanıb, sabiq nazirlə vergi naziri arasında mübhəm bank əməkdaşlığı hökuməti hərəkətə gətirib, ortada milyardlarla manatdan söhbət gedir

Azərbaycanda qəribə hadisələr baş verir. Ötən həftənin sonlarında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra, bu nazirlikdə 7 nəfər iri çinli zabitin həbs olunması, total şəkildə işçilərin işdən çıxarılması halları müşahidə olunmağa başladı. Redaksiyamız xəbər verir ki, həbslər və işdən çıxarılmaların əsalandırılması belədir ki, MTN-in rəhbərliyində duran şəxslər ölkə sahibkarlarını incidərək, onlardan xərac yığıblar, habelə seçki prosesinəı müdaxilə etməklə yanaşı, tutduqları mövqelərindən sui-istifadə ediblər.

Lakin bu qədər sərt şəkildə atılan addımın təkcə qeyd olunan səbəblərdən irəli gəldiyi cəmiyyətdə hakim fikir olduğu inandırıcı deyil. Sosial şəbəkələrdə aparılan müzakirələrdən də belə başa düşülür ki, əslində işin mahiyyəti tamam başqadır. Redaksiyamız xəbər verir ki, gələn xəbərlər, ümumi müşahidələr onu deməyə əsas verir ki, MTN-də bunlardan daha dəhşətli bir hadisə baş verib. Onun da əsasını dövlət başçısının məhz MTN-in rəhbərliyi və genraliteti tərəfindən dinlənilməsi olub.

Qeyd edək ki, son günlər daha bir proses Vergilər Nazirliyi ətrafında diqqəti çəkməyə başlayıb. Bir neçə gün əvvəl Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov vəzifəsindən azad olunaraq, saxlanılıb. Məlumatda iddia edilir ki, general V.Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından sayılırmış. O, faktiki olaraq MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı. Bildirlir ki, Vidadi Məmmədovun MTN-də işləyən oğlu və Vergilər Nazirliyində çalışan digər yaxın qohumları da artıq işdən çıxarılıblar.

Amma gələn yeni xəbərlərdə deyilir ki, generalın həbsi heç də təkcə Eldar Mahmudovla bağlı deyil. Redaksiyamıza daxil olan məluamata görə, hal hazırda Vergilər Nazirliyində, o cümlədən nazir Fazil Məmmədovla da ciddi araşdırmalar başlayıb. Bu araşdırmalara səbəb isə nazirliklə bağlı yoxlamalar zamanı bir neçə ildə külli miqdarda pulun büdcədən yayındırlması barədə əsaslə bilgilər olub. Və generalın həbsi prosesin başlanmasının siqnalıdır.

Məlumatda vurğulanır ki, proses Binəqədi rayonunda baş vermiş dəhşətli yanğından sonra başlayıb. İddia edilir ki, binanın yanmasının ardından Fazil Məmmədovun qohumu, icra başçısı Xaləddin İsgəndərovun ifadəsi alınıb və o zaman aydın olub ki, ümumilikdə Binəqədidə binaların üzlənməsinə büdcədən ayrılan vəsaitlə, xərclər arasında tərs mütənasibilik var. Belə ki, Xaləddin İsgəndərovun 151 milyon manat artıq pulun hesabını verə bilməyib. Elə araşdırmalar da bundan sonra başlayıb və bu yaxılarda işin ucu Vergilər Nazirliyinə qədər uzanıb.

Etibarlı mənbələrdən Redaksiyamıza daxil olan məlumata görə, Vergilər Nazirliyinə qədər uzanan şəbəkəni dərindən araşdıran mütəxəssislər müəyyən ediblər ki, Fazil Məmmədov və adamları indiyə qədər sahibkarlardan vergi yığmaqla yanaşı, həm də əlavə pullar alıblar. Bu pullar Bakıdakı bankalardan birinə köçürülüb və oradan da çox sayda adam tərəfindən götürülüb. Həmin bankın böyük ehtimalla AG Bank olduğu düşünülür. Mənbə bildirir ki, sabiq MTN şefi Eldar Mahmudovun qohumu olan Çingiz Əsədullayevə məxsus bankla Fazil Məmmədov arasındakı mübhəm əlaqələr hökumət dairələrini şübhələnməsinə səbəb olub. Ki, bu da araşdırmaların daha da dərinləşməsini zəruri edib.

Mənbələr qeyd edir ki, hazırda Vergilər Nazirliyinin əliylə yığılmış verginin tam həcmi, onun nə qədərinin büdcəyə, nə qədərinin isə şəxsi ciblərə getdiyi araşdırılır. Son 5 ilin araşdırmasından sonra frqin milyardlarla manat olduğu üzə çıxıb. Bunun daha böyük rəqəmlərlə ifadə olunacağı isə istisna edilmir.

Qeyd edək ki, hakimiyyət dairələri artıq ən kiçik məsələdən şübhələnərək, araşdırlmasını istəyirlər. Ekspertlərin qənaətinə görə, bu cür vəziyyətin yaranmasına səbəb ölkədə ciddi maliyyə və iqtisadi sıxıntının yaşanması, hökumətin daha sərt tədrbirlərdən başqa çıxış yolu görməməsidir. Onlar hesab edirlər ki, nazirlərin indiyə qədər külli miqdarda maliyyənin büdcədən yayındırması isə hakim elitanı hərəkətə gətirib və onlar həmin pulların geri toplanılmasına start veriblər.

Ekspertlər Fazil Məmmədovun hakimiyyətdəki önəmli fiqurlardan biri hesab edirlər. Onlar qeyd edir ki, vergilər naziri həm də varlı oliqarx-məmurlar sırasında öncüllərdən biri sayılır. Onun çökdürülməsi prosesinin yekunda büdcənin daha bir neçə milyard manat artması demək olacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü