Nazirlik və məktəbin “üzünü ağardan” repetitorlar: - Uşaqlar nə vaxtadək “kölgə təhsil”ə qaçacaq?
Sosial
Oxunub: 273
24 sen 2021 | 20:23
Nazirlik və məktəbin “üzünü ağardan” repetitorlar: - Uşaqlar nə vaxtadək “kölgə təhsil”ə qaçacaq?


Ali təhsil müəssisələrinə qəbul imtahanları ərəfəsində fəaliyyətini dayandıran repetitorlar və hazırlıq kursları yenidən öz işlərini bərpa ediblər.

Ümumtəhsil məktəblərində dərslərin başlamasını belə gözləmədən valideynlər övladlarını artıq repetitor yanında hazırlığa göndərməyə başlayıblar. Hazırda dərslər əyani formada keçilir və təhsilin səviyyəsinin aşağı olmasını distant təhsillə əlaqələndirməyə bəhanə qalmayacaq. Qeyd edək ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib ki, şagirdlərin hərtərəfli inkişafı məktəblərdə reallaşır:

“Tədris prosesi məktəblərdə aparılmalıdır. Onun effektivliyini heç nə ilə əvəz etmək olmaz. Repetitorların fəaliyyəti sadəcə "kölgə təhsilidir". Günəş isə məktəblərdir".

Tədris prosesi məktəblərdə normal səviyyədə aparılırsa, niyə şagirdlər repetitor yanına getməli olurlar? Niyə şagirdlər “kölgə təhsili”nin ümidinə qalıblar və Azərbaycan təhsilini repetitorluqdan xilas etmək mümkün olacaqmı?

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya mövcud problemlə bağlı bildirib ki, repetitorluğun yaranmasının səbəbləri çoxdur:

“Bu problemi yaradan səbəblərdən biri ümumtəhsil məktəblərində Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin ayrı-ayrı proqramlar üzrə işləməsidir. Yəni şagird nazirliyin təsdiqlədiyi proqramla təhsil alır, ali və ota ixtisas təhsili müəssisələrinə isə DİM-in qəbul proqramları ilə imtahan verir. İkincisi isə hazırkı vəziyyətdə təhsil proqramlarının lazımi səviyyədə olmamasıdır. Yəni şagirdin ali məktəbə hazırlığı təmin etməməsidir. Üçüncüsü, məktəblərdə müəllim peşəkarlığının lazım olan səviyyədə olmamasıdır. Təbii ki, şagird hazırlıqla bağlı digər müəllimlərin yanına getmək məcburiyyətindədir. Bundan başqa, məktəblərdə təhsil mühitinin itməsidir. Qiymətləndirmənin lazım olan səviyyədə olmaması, yəni günün tələblərinə cavab verməməsidir. Məktəblərin idarə edilməsində ciddi nöqsanlar var. O cümlədən, müəllimlərin əmək haqqının aşağı olmasıdır”.

Ekspert deyir ki, əgər bu gün valideyn 2 min manat xərc çəkib özəl sektora, repetitor və kurslara xərc çəkirsə, dövlətin bu qədər xərci nə üçündür:

“Repetitorluq bir-iki gündə yaranmayıb. İllərlə ciddi problemlərin yaranması və onların həll edilməməsi vəziyyəti bu səviyyəyə çatdırıb. Bu gün Təhsil Nazirliyinin özünün də marağındadır ki, repetitorluq, “kölgə təhsili”nin nəticələri ümumtəhsil məktəblərinin adına yazılır”.

Mövcud vəziyyətdən çıxış yoluna gəlincə, ekspertin fikrincə, bu sahədə bir sıra tədbirlər reallaşdırılmalıdır: “Birincisi, DİM-də məzmun və struktur dəyişiklikləri olmalıdır. DİM-in qrup imtahanları ixtisas imtahanları ilə əvəz olunmalıdır. İkincisi, orta ixtisas təhsili müəssisələri ləğv edilib ali təhsilə birləşdirilməlidir. Yəni ali təhsilin struktur bölməsi olmalı deyil. “Ali təhsil haqqında” Qanun Milli Məclisdə payız sessiyasında müzakirə ediləcək. Burada I və II kurslar subbakalavr dərəcəsidir, yəni ali təhsil üçün 4 mərhələdir, hazırda isə 3 mərhələdir, bakalavr, magistrura və doktoranturadır. Birinci mərhələdə subbakalavrdır, inkişaf etmiş ölkələrdə də belədir. İki ildən sonra yenidən imtahan verib bakalavr, sonra imtahan verib magistr təhsili alırlar, iki il də doktoranturadır. Burada eyni zamanda, keçid balları sənədlərini aradan qaldırırlar. Bu da “kölgə təhsili”nin aradan qaldırılmasında böyük dönüş edəcək.

Üçüncüsü, dərsliklərin və tədris proqramlarının qəbul imtahanları ilə eyniləşdirilməsidir. Dördüncüsü, test hazırlığının DİM-dən alınıb, ya Prezident yanında, ya da Nazirlər Kabinetində Testologiya İnstitutu yaradılmaldır. Yəni bu, TN və DİM-dən asılı qurum olmamalıdır. DİM imtahanları keçirən texniki bir orqana çevrilməlidir. Beşincisi, ali təhsil müəssisələrində kadr hazırlığının məzmununda ciddi dəyişiklik edilməlidir. Kadrlar hazırlanarkən ilk növbədə fikir verilməlidir ki, nəzəri və praktiki biliklərə yiyələnmiş kadrlar olsun. Müasir təlim metodları, əmək qanunvericiliyi, təhsilin idarə edilməsi birinci kursdan başlayaraq dördüncü kursa qədər tədris olunmalıdır. Altıncısı, diferansallaşdırılmış əməkhaqqı sistemi gətirilməlidir. İşləyənlə işləməyən, onların əməyi arasında fərq olmalı və onların əməyinin stimullaşdırılması üçün tədbirlər görülməldir”.

Təhsil eksperti Şahlar Əsgərov isə deyib ki, repetitorluq təhsil sisteminə arxadan vurulan zərbədir:

“Ancaq indi pandemiya şəraitində valideyn hiss edirsə ki, məktəb şagirdə lazım olan biliyi çatdıra bilmir, məcbur olub repetotora üz tuturlar. Onu da qeyd edim ki, son zamanlar mövcud vəziyyət pandemiya şəraitindən yaranıb. Ona görə də pandemiya dövründə əlavə təhsil verdiyinə görə bəlkə də valideynlərdə qüsur tapmağa ehtiyac yoxdur. Valideyn nə etsin? Uşaq gözünün qarşısında “daşlaşsın”? Əgər dərs deməyə hər cür şərait varsa, məktəb işləmirsə, o, başqa məsələdir. İndi pandemiya səviyyəsi gah yüksəlir, gah azalır. Ona görə də mürəkkəb məsələdir”.

Fakt odur ki, şagirdlər hər zaman olduğu kimi məktəbə sadəcə dərsə gəldiyini təsdiqləmək üçün gedirlər. Dərs bitdikdən sonra isə repetitor yanına tələsirlər. Bir vaxtlar yalnız ali məktəbə hazırlaşan şagirdlərin repetitor yanına getdiyini görmək mümkün idisə, bu gün 1-ci sinif şagirdləri belə “kölgə təhsili”ndən bəhrələnir. Eyni zamanda, əgər valideyn övladının yaxşı təhsil alması üçün yüksək məbləğdə xərc çəkib repetitor yanına göndərəcəksə, niyə məktəb geyimi, ləvazimatları almalıdır? Dövlət tərəfindən təhsilin inkişafı məqsədilə yeni məktəblər inşa edilir, maddi-texniki baza gücləndirilir.

Hazırda “kölgə təhsili” Günəşdən üstündürsə, demək, problem təhsil sistemindədir.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu