Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Sosial
Oxunub: 528
24 sen 2021 | 22:22
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!


"Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin (MTK) Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etidyi binadan mənzil alan vətəndaşlar İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib.

Qaynarinfo xəbər verir ki, vətəndaşların iddiasına görə, MTK-nın rəhbəri Taley Allahverdiyev vergidən yayınıb. Şikayətçilər deyir ki, payçıları aldatmaqla yanaşı, vergidən də yayınan şirkət rəhbərinin bu əməlinin ciddi şəkildə təftiş olunmasına zərurət var. Sakinlər Mikayıl Cabbarovdan Dövlət Vergi Xidmətinə "Sahil-S İnşaat” MTK-nın vergi fırıldağını araşdırmaq üçün göstəriş verməyi xahiş edib.

"Bu zaman əksər mənzillər satıldığı halda, MTK-nın vergidən necə yayındığı aşkar olunacaq. Təbii ki, bunun da cərimə sanksiyası az deyil. Bu baxımdan "Sahil-S İnşaat” MTK-nın və rəhbərinin fəaliyyətinin vergi xidməti tərəfindən araşdırılması tələb olunur" deyə müraciətdə bildirilib.

Sakinlər deyir ki, şirkət onlarla imzaladığı müqaviləni qanunsuzluq edərək pozur, xitam verir, yeni müqavilə tərtib edir və mənzillərin qiymətini qaldırır. Bununla razılaşmayanlar isə şirkət tərəfindən məhkəmə ilə hədələnir və evinin əlindən alınacağı bildirilir. Paralel olaraq isə vergidən yayınmaya yol verilir: "Əgər vergidən yayınma faktı aşkarlanarsa, Taley Allahverdiyevə vergi cinayəti ilə bağlı açıla bilər".

Sakinlər qeyd edirlər ki, mənzillərin 97 faizi satıldığı halda şirkət rəhbəri bunu gizlədir və bu minvalla külli miqdarda vəsaiti vergidən yayındırıraraq, mənimsəyir:

"Halbuki binanın sonuncu mərtəbəsinin tikintisi yarımçıq qalıb. Şirkət ən azı tikintini yekunlaşdıra bilərdi. Amma nə sakinlərə hesabat verilir, nə tikintinin dayanmasının səbəbi izah olunur, nə də normal söhbət aparılır. Bəs bu işi təhvil verə bilməyəcəkdilərsə, yüzlərlə ailənin niyə hissləri ilə oynanılıb və verdikləri pullar hara gedib? Şirkət bir neçə il qabaq telekanallarda və internet mediasında özünü reklam edir, vətəndaşları bu binadan mənzil almağa çağırırdı. Bu da nəticəsi... Ona görə də İqtisadiyyat naziri Mikayıl Cabbarovdan xahiş edirik ki, "Sahil-S İnşaat” MTK-nın vergidən yayınmasının araşdırılması haqda tapşırıq versin".
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu