Ramil Bayramlının fəaliyyəti RƏSMƏN YARITMAZ ELAN OLUNDU - Paytaxt TƏBİB-dən alındı...
Sosial
Oxunub: 518
31 avq 2021 | 18:20
Ramil Bayramlının fəaliyyəti RƏSMƏN YARITMAZ ELAN OLUNDU - Paytaxt TƏBİB-dən alındı...


Yoluxma sayının sürətlə artması, hər gün minlərlə insanın koronavirus infeksiyasına mübtəla olması, müraciət edən vətəndaşlardan günlərlə, bəzən həftələrlə test götürülməməsi və bütün bunların fonunda ortaya çıxan kütləvi narazılıqlar hökuməti hərəkətə gətirib.

Məlumata görə, ən çox yoluxma sayının olduğu Bakıda TƏBİB-in bütün səlahiyyətləri əlindən alınıb. Bundan sonra paytaxt səhiyyəsinə nəzarəti Səhiyyə Nazirliyi həyata keçirəcək. TƏBİB isə yalnız regionlarda fəaliyyət göstərəcək. Bununla bağlı Hokm.az-ın sualını TƏBİB-dən də təsdiqləyiblər.

TƏBİB niyə yarandı?

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) Prezidentin 2018-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmanda qeyd olunur ki, TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.

Tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, əhalinin sağlamlığının qorunması sahəsində əlverişli şərait yaratmaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaq, tibb müəssisələrində xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət etmək kimi missiya öz üzərinə götürən TƏBİB-in yaranması məmnunluqla qarşılandı. O səbəbdən ki, ona qədər ölkə səhiyyəsinin idarə edilməsinə tək məsul qurum olan Səhiyyə Nazirliyinin fəaliyyəti yarıtmaz idi. Digər yandan ölkəboyu həyata keçirilən kompleks islahatlar bu sahədə də ciddi dəyişiklərin olacağına böyük ümidlər aşılayırdı.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin 2019-cu ilin dekabr ayında imzaladığı sərəncamla Ramin Bayramlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edildi. Son təyinata qədər Talessemiya Mərkəzinin direktor müavini vəzifəsində çalışan R.Bayramlı bundan öncə ATU-nun Tədris Terapevtik Klinikasının baş həkimi postunu da tutmuşdu. Yəni, səhiyyə menecmenti sahəsində təcrübəsi az olmamalı idi. Lakin hələ o təyin olunan zaman onun Azərbaycan Azərbaycan Tibb Universitetinin sabiq rektoru, hazırda Milli Məclisin Səhiyyə Komitəsinə rəhbərlik edən, akademik Əhliman ƏImiraslanovla qohumluq əlaqəsi səbəbindən sürətli karyera inkişafı yolunu keçdiyini söyləyənlər də az deyildi.

Müasir menecment, yoxsa köhnə ənənələrin yeni üslubda davamı…

Ramin Bayramlının TƏBİB rəhbərliyinə gəlişi dünyada və ölkəmizdə koronavirus infeksiyasının vüsət aldığı dövrə təsadüf etdi. Mütəmadi olaraq Operativ Qərargahın brifinqlərində mətbuat nümayəndələrinin suallarını cavablandıran və ölkə səhiyyəsinin faktiki rəhbəri obrazında cəmiyyətə təqdim edilən R.Bayramlı az keçmədi ki, ciddi tənqid hədəfinə gəldi. Onu müxtəlif məsələlərdə ittiham etdilər. Öz şəxsi klinikasını yaradaraq COVİD testləri götürməsinə, bu sahədə monopoliya yaratmasına, dəbdəbəli villa tikdirməsinə, ictimai rəyi qulaqardına vurmasına, səhiyyə sahəsində heç bir yenilik edə bilməməsinə, onsuz da zəif durumda olan ölkə səhiyyəsinə aqoniya vəziyyətinə gətirməsinə qədər müxtəlif məsələlərdə ittiham olunurdu. Amma bütün bu narazılıqlar onun “dəmir iradəsini” sındıra bilmirdi. Sanki hansısa “qaranlıq əl” hər vəchlə onu qorumağa çalışır və buna nail olurdu. Ancaq bir yerə qədər…

Bir müddət sonra artıq yuxarı hökumət dairələrində də başa düşdülər ki, Bayramlı uğurlu kadr deyil. Düzdür, onu rəsmi olaraq vəzifədən azad etməyiblər. Hazırda nəinki sahiyyə cameəsinin, bütövlükdə cəmiyyətin ağrılı yeri olan koronavirus infeksiyası ilə bağlı bütün müzakirələrdən kənarda qoyulub. Brifinqlərdə Səhiyyə nazirinin səlahiyyətlərini icra edən şəxs görünsə də, bu qurumu ardıcıl olaraq şöbə müdiri səviyyəsində təmsil olunur. Və elə bir situasiya yaranıb ki, uzun illərdir ləğv edilməsi gözlənilən, səlahiyyətlərinin bir qismi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, bir hissəsi isə rəhbəri olduğu TƏBİB-ə veriləcəyi gözlənilən Səhiyyə Nazirliyi yenidən dominant quruma çevrilib. Bu gün üçün Səhiyyə Nazirliyi bütün paytaxt Bakıya nəzarəti götürürsə, qısa müddət sonra bütün ölkə səhiyyəsinə nəzarət edəcəyi qaçılmazdır. Bu məlum prosesin başlanğıcıdır və nə yazıqlar ki, biz irəliyə yox, geriyə, yenidən Səhiyyə Nazirliyi dövrünə qayıdırıq. Bu məsələdə isə Ramin Bayramlının səriştəsiz idarəçiliyinin də rolu az deyil.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycan səhiyyəsində dərin böhran hökm sürür. ADP sədri vəziyyətdən çıxış yolu olaraq ya TƏBİB-in, ya da Səhiyyə Nazirliyinin ləğv edilməsi təşəbbüsünü irəli sürür:

“Yoluxma sayı sürətlə artır. Vətəndaşlar evlərində oturub gözləyirlər ki, gəlib onlardan test götürsünlər. Lakin test götürən yoxdur. Günlərlə, bəzən həftələrlə gözləyirlər. İnsanların taleyinə bu qədər dırnaqarası yanaşmaq olmaz. TƏBİB tam mənasız qurum oldu. Ümumiyyətlə bu qurumu niyə yaratdılar ki?” – sualı ilə partiya sədri rəsmilərə müraciət etməyi də unutmur. //hokm.az//
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu