Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
Sosial / Video
Oxunub: 410
25 avq 2021 | 11:44
Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO


DogruXeber.az informasiya agentliyinin daimi izləyiciləri yəqin xatırlamış olarlar.

Bir neçə ay bundan öncə redaksiyamızda Beyləqan şəhəri Ş.H.X.Ç.D.X - nin Beyləqan şəhər şöbəsinin rəisi Məmmədov Əlsafa Musa oğlunun "əsgər biznesi" barəsində məlumat dərc edilmişdi.

Məlumat dərc edilmədən öncə qarşı tərəf olaraq mövqe bildirməkdən kobudcasına imtina edən, əməkdaşlarımıza qarşı hörmətsizlik edərək, üzlərinə telefonu söndürən Əlsafa Məmmədovun barəsində redaksiyamıza şikayət edən rayon sakinləri bildirirdilər ki: "Əlsafa Məmmədov hər kəsin yanında Arzu Rəhimovun qohumu olması ilə öyünür".

Doğrusu ilk eşitdiyimizdə biz də inanmaqda tərəddüd etmişdik. Çünki, adımızdan da göründüyü kimi biz "DogruXeber.az" redaksiyası olaraq, doğruluğuna əmin olduğumuz xəbərləri paylaşırıq. Lakin, Əlsafa Məmmədovun sərbəst özbaşınalığı, "maneəsiz inkişaf edən əsgər biznes"inin şahidləri olan Beyləqan rayon sakinlərini dinlədikcə və Ə.Məmmədovun da "mənlik deyil, mənim rəhbərliyimdən mövqe öyrənin" deməsinin özü də əslində bizə bir etiraf idi.



Məlumatlar redaksiyamızda yayımlandıqdan sonra Əlsafa Məmmədov "dərhal hərəkətə keçdi". Şəxsi əlaqələrindən istifadə edərək, məlumatları silməyimiz üçün bizə minnətçilər göndərməyə başladı.

Bu oxu da daşa dəyən Ə.Məmmədov və "day-dayı"sı deyəsən keçdilər "B planı"na.

Ötən həftə aldığımız məlumata görə Əlsafa Məmmədov Beyləqan rayon Hərbi Komissarlığında tutduğu vəzifədən azad edilib və eyni vəzifə üzrə, yəni Sabirabad rayon Hərbi Komissarlığına rəis təyin edilib.

Bu da onu düşünməyə əsas verir ki, Əlsafa Məmmədovun fəxrlə hər kəsə barəsində bəhs etdiyi "day-dayı" söhbətinin həqiqət olmasının işarəsi, yaxud da bir sübutudur.

Yoxsa, korrupsioner olması barəsində bütöv bir rayonun əksər sakinlərinin şahidliyi və narazılığı olan məmuru, üzərində əyləşib, hər kəsə "meydan oxuduğu" kürsüsündən endirmək yerinə, o kürsünü başqa bir rayona evakuasiya etmək nə deməkdir?

Yəqin, işindən azad etməyə "adamları" qıymayıb, ya da onun bu cür çalışması kimlərinsə də işinə yarayır.

Artıq, bu yerdəyişmədən sonra düşünməyə başqa heç nə qalmır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR