ƏƏSMN-nin əməkdaşları məhkəmələrdə qalıb: - “Nazir Prezidentə işlə təmin olunacağımızı məruzə etdi, ancaq…”
Sosial
Oxunub: 1 042
16 avq 2021 | 17:23
ƏƏSMN-nin əməkdaşları məhkəmələrdə qalıb: - “Nazir Prezidentə işlə təmin olunacağımızı məruzə etdi, ancaq…”


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzin bir qrup sabiq əməkdaşı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək əmək hüquqlarının pozulduğunu bildiriblər.
İsgəndərov İlqar, Tahirova Mahirə, Salmanova Aybəniz, Hüseynova Rəsmiyə, İbrahimova Sevinc, Mirzəyeva Zülfiyyə, Əhmədova Nərgiz, Məmmədova Fidan, Bəhmənli Nərminin müraciətində bildirilir ki, 18.01.2019-cu ildə ƏƏSMN-nin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı ETTM ləğv edilib. 1 ay sonra nazir müavini Anar Əliyev (O, həmçinin ETTM-in kuratoru olub) ETTM-ə gələrək işçilərlə görüşüb və yaradılacaq yeni qurumda hər birinin işlə təmin olunacağını bildirib.
Mart ayında pandemiyanın başlamasıyla əlaqədar Nazirlər Kabinetinin 20.03.2020 ci il tarixli Qərarına əsasən, 29.03.2020-ci ildən dövlət idarə və təşkilatlarının əməkdaşları əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndəriliblər. Bu siyahıda ETTM-in də adı vardı:
“Bu ərəfədə bizi -29 işçini idarədən çağırdılar və ərizə yazmalı olduğumuzu bildirdilər. İlk ərizə ödənişsiz məzuniyyətə buraxılmağımız barədə oldu. Daha sonra həmin məktubun səhv yazıldığını bildirdilər. Öz xahişimizlə işdən azad olunmağımız barədə ərizə yazmağımız tələb olunduqda, buna eitraz etdik. Çünki biz ləğv edilmiş idarədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə işdən azad edilməli idik.
Beləliklə, Əmək Məcəlləsinin 70 maddəsinin “a” bəndi ilə qorunan hüqüqlarımız pozuldu. Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü bəndinə əsasən, bizimlə müqavilə bağlanılmalı və müqavilənin 1 nüsxəsi möhürlü şəkildə bizə verilməli idi. Beləliklə, bizim ƏM-nin 44-cü maddəsinin 3-cü bəndi ilə qorunmuş əmək hüquqlarımız pozuldu.
Aprel ayında tam olaraq evdə olduq, may ayında da əmək fəliyyətimizi evdə davam etdirdik. İyun ayının əvvələrində işə getməyə başladıq. Həmin dövrdə 3 ay ərzində maaşımızın yarısını aldıq. Təqribən 20 gün işə getdikdən sonra yenə iş fəaliyyətimizi distant şəkildə yerinə yetirməli olduq.
29.06.2020-ci ildə idarənin İnsan resursları şöbəsinin mudiri Aytən Rzayeva hər kəsi 2 saatlıq SMS icazə ilə idarəyə çağırdı. Bildirildi ki, işə qəbul olmağımız barədə əmək müqaviləsini imzalamaq lazımdır. Pandemiya ilə əlaqədar kütləvi toplaşmaq qadağası olduğu üçün müaviləni qısa müddətdə oxumadan imzaladıq.
30.06.2020-ci ildə yenidən zəng vasitəsilə Observatoriyaya çağırıldıq. Burada isə 12 nəfərin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə işə götürülmədiyi bildirildi.
02.07.2020-ci ildə işdən azad olunan 12 nəfər nazir müavini Anar Əliyevin qəbuluna düşmək üçün nazirliyə getdik. Nümayəndəmiz nazirliyin Kadrlar şöbəsinin müdiri Nərmin Bayramova ilə görüşdü. Görüşdə N.Bayramova bildirdi ki, nazirlik Obseravtoriyadan 12 işçinin işdən azad edilməsindən xəbərdar deyil. Observatoriyanın sədr müavini E.Əsədovun işçini işə qəbul edib, işdən azad etmək hüququ var. Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyevaya, nazir Sahil Babayeva, Ombudsman Aparatına, Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə məktubla müraciət etdik.
1-ci vitse-prezidentə ünvanladığımız məktubu ƏƏSMN-nin Aparat rəhbəri Fuad Musayev cavablandıraraq bizə qarşı heç bir hüquq pozuntusunun olmadığını, bizim qanunla işdən azad olunduğumuzu, bizim işlə təmin olunmağımız üçün çağırıldığımızı və bizim bundan imtina etdiyimizi bildirdi. Halbuki bizi heç kim rəsmi qaydada işə dəvət etməyib”.

Şikayət müəllifləri bildiriblər ki, onlarnı işlə təmin olunacağına dair məqam əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ölkə başçısına məruzəsində də əksini tapıb. Belə ki, nazirin dövlət başçısına məruzəsində “Həmçinin məruzə edirəm ki, Sizin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 yanvar tarixli 480 nömrəli Fərmanınızın 2.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin (bundan sonra Mərkəz) ləğv edilməsi ilə bağlı tədbirlər görülməsi tapşırılmışdır. Bunula əlaqədar olaraq ləğv ediləcək Mərkəzin ixtisar olunan işçilərinin məşğulluğunun diqqət mərkəzində saxlanılmasının və sərbəstləşən işçilərin işlə təmin olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onların yeni yaradılacaq publik hüquqi şəxsdə işlə təmin olunması həyata keçiriləcəkdir”,-deyə vurğulanıb.

İşdən azad edilən 44 yaşlı İbrahimova Sevinc Elxan qızının bildirdiyinə görə, o, bu sistemdə 20 il əmək stajına malik olduğu halda heç bir səbəb göstərilmədən işlə təmin olunmayıb.
“Köhnə qurumun ləğv olunması səbəbi ilə yeni quruma transfer olunmuş 29 içşi idik. 20 il əmək stajım olmağına baxmayaraq, məni məqsədli şəkildə 3 aylıq müddətli müqavilə ilə işə götürüb, 3 ayın tamamında isə heç bir səbəb göstərmədən işdən çıxarıblar. Bununla bağlı bir çox aidiyyəti qurumlara şikayət etməyimizə baxmayaraq, heç kim üçün taleyimiz maraqlı olmayıb. Bundan sonra 9 nəfər məhkəməyə müraciət edib. Binəqədi Rayon Məhkəməsində hakim Səadət Səlimovanın rəhbərliyi ilə keçirilən məhkəmədə qərar işçilərin xeyrinə olub. Eyni zamanda, mənim məhkəməmə Dövlət Əmək Müfəttişliyindən nümayəndəsi dəvət olunub. Elə məhkəmə zalında işlə tanış olub və yekun qərarı yenə də mənim xeyrimə verib”.
Ancaq şikayətçinin sözlərinə görə, Bakı səhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 nömrəli, 02.04.2021-ci il tarixli qətnaməsinə əsasən işə bərpa olunmaq əvəzinə qarşı tərəf apelyasiya sikayəti verib.
İndi keçmiş əməkdaşlar əmək hüquqlarını hansı müstəvidə və necə müdafiə edəcəklərini bilməyərək çıxılmaz durumda qalıblar.

Reportyor.info
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO