Yaşlı səfirlər geri çağırılır: Növbədə kimlər var? - SİYAHI
Sosial
Oxunub: 803
14 avq 2021 | 23:39
Yaşlı səfirlər geri çağırılır: Növbədə kimlər var? - SİYAHI


Azərbaycan Respublikasının xarici ölkələrdəki təqaüd yaşına çatmış səfirləri bir-birinin ardınca geri çağırılırlar.

Bu il yanvarın 8-də Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov vəzifəsindən geri çağırılaraq, təqaüdə göndərilib.

Bir neçə gün öncə – 23 iyul 2021-ci il tarixində isə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev Prezidentin sərəncamı ilə bu ölkədən geri çağırılıb..

Qeyd edək ki, Həsən Həsənov 1992-ci ildən xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərirdi. O, 1992-1993-cü illərdə BMT-də (Nyu York) Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 1993–1998-ci illərdə Azərbaycanın Xarici işlər naziri vəzifəsində işləyib. Həmin illərdə BMT və YUNESKO, İKT-nın illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə rəhbərlik edib.

2004-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Macarıstandakı səfiri, 2010-cu il mart ayının 30-dan isə ölkəmizin Polşadakı səfiri təyin edilmişdi.

Həsən Həsənovun hazırda 81 yaşı var.

Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın Xarici İşlər naziri olub. 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri olan keçmiş nazir 2010-cu ildən ölkəmizin Macarıstandakı diplomatik korpusuna rəhbərlik edib. Vilayət Quliyevin hazırda 69 yaşı var.

KONKRET.az xəbər verir ki, diplomatik mənbələrdən modern.az-a daxil olan məlumata görə, təqaüd yaşına çatmış daha bir neçə səfirin daimi istirahətə göndərilməsi mümkündür.

Bəs həmin səfirlər kimlər ola bilər?

Hazırda ən yaşlı səfir Hidayət Orucovdur. 1944-cü il təvəllüdlü (77 yaş) Hidayət Orucov 1992-2006-cı illərdə Dövlət müşaviri işləyib. 2006-2012-ci illərdə ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutub. Ona 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Hazırda da Bişkekdə səfir olaraq çalışır.

Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev 69 yaşın içindədir.

1952-ci il təvəllüdlü Tamerlan Qarayev 1993-cü ildən diplomatik xidmətdədir. 1993-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi alan T.Qarayev elə həmin il Çinə göndərilib. O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki səfiri olub. 2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv Respublikasında) səfir işləyib.

2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.
13 dekabr 2018-ci il tarixində İndoneziya, Filippin, Sinqapur, Timor-Lestedəki səfir postundan geri çağırılaraq, Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın Özbəkistam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin 75 yaşı var.

1946-cı il təvəllüdlü Hüseyn Quliyev hələ sovet dövründən diplomat kimi çalışır. Belə ki, o, 1978-1982-ci illərdə keçmiş SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir, 1984-1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşavir vəzifəsində işləyib. 2007-2009-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2012-də isə İdarə rəisi olub. 2012-ci ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 76 yaşı var.

1945-ci il təvəllüdlü Polad Bülbüloğlu 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri vəzifəsində işləyib. 2006-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Həsən Zeynalov da yaşlı diplomatlar sırasına daxildir.

1951-ci il təvəllüdlü Həsən Zeynalovun 70 yaşı var. O, 1992-2004-cü illərdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi nümayəndəsi, 2004-2010-cu illərdə Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifələrini tutub. 2010-2015-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi işləyib. 2015-ci ildən indiyə kimi Azərbaycan Respublikasının Türkmənistanda, fövqəladə və səlahiyyətli səfiri postunu tutur.

Azərbaycanı Ukraynada təmsil edən səfir Elmira Axundovanın isə 68 yaşı var.

Elmira Axundova III, IV və V çağırış (2005-2020-ci illərdə) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2020-ci ildə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...