Rafiq Aslanov 39 ildir SU-dan doymur...- ASC-nin yeni sədri Zaur Mikayılov hara baxır ?
Sosial
Oxunub: 901
11 avq 2021 | 20:23
Rafiq Aslanov 39 ildir SU-dan doymur...- ASC-nin yeni sədri Zaur Mikayılov hara baxır ?


Su Meliorasiya, yoxsa Rafiq Aslanovla bacısı oğlunun şəxsi obyekti ?

Su haqqında çox sözlər deyilib.
“Su həyat mənbəyidir..”
“Su aydınlıqdır...”
“Su kimi ucuz..”
Dahi Nizami də su haqqında deyib: “Artıq içiləndə dərd verir su da..”
Ancaq reallıqda su ucuz-filan deyil. Əgər su ucuz olsaydı, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini Rafiq Aslanov sudan milyonlar qazanmazdı. Deməli, su çox bahalı, hətta milyonlar qazandıran nemətdir.
Su aydınlıq da deyil. Əgər su aydınlıq olsaydı, qurumun sədr müavini Rafiq Aslanov Allahın gözəl neməti olan suyu qaranlıq və çirkli korrupsiya əməllərinə bulaşdırmazdı.
Əgər Nizami demişkən, su dərd verəndisə, Rafiqə niyə dərd vermir ?
Rafiq 1984-cü ildən, yəni 39 ildir bu sudan doymur, əksinə sudan milyonlar qazanıb, yenə doymaq bilmir.
Bəli, Rafiq Aslanov yüzlərlə sahibkarın, fermerin süni balıq göllərinə su verir və milyonlar qazanır. Yazıq kəndli isə bağını suvarmağa su tapmır.
Bu təkcə rüşvət və korrupsuya deyil e, həm də dinimizdə olan kimi Yezidlikdir.
Sən milyonlar qazanassan, sahibkarlar balıq satıb qazanacaq, binəva kənd sakinləri isə su üzünə həsrət qalacaq.
Problem o dərəcədə kəskinləşdi ki, hətta cənab Prezident İlham Əliyev ötən ay su təsərrüfatının vəziyyətinə dair keçirdiyi videokonfransda bunları qeyd etmişdi: “Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.
Bəli, cənab Prezident !
Rafiq Aslanov kimilər deyir ki, su itkiləri 40-50 faizə çatır.
Rafiq Aslanovlar yalan deyir, 40-50 faiz su itkisi yoxdur, həmən sular sahibkarlara, fermerlərə satılıb. Və Rafiq Aslanovlar milyonlar qazanıb.
Buyurun, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyasına baxaq:
Avtomobillərin nömrələri də ASLANOV soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb.
Sədr müavininin oğlunun avtomobil kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla onlarla avtomobil var.
Cənab Prezident !
Bu avtomobillərin ikisini satmaqla bir rayonu 1 il su ilə təmin etmək olar.
Cənab Prezident!
Əgər bu su itibsə, yox olubsa, bu dəyəri milyonlar olan avtomobil kolleksiyası hansı pulla alınıb ?
Deməli, su itməyib, heç hara buxarlanmayıb, milyonlara çevrilib və Rafiq Aslanovun cibinə axıb.
Rafiq Aslanovun Londona qədər uzanan biznesi bəlkə dədəsindən, babasından qalıb ?
Rafiq Aslanov qohum-əqrəbasını başına yığıb Meliorasiyanı şəxsi biznesinə çevirib.
Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir.
İlqar Əliyev üçün qanun anlayışı yoxdur, kim çox pul verirsə, suyu ona verir və deyir ki, pulun yoxdursa, canın çıxsın.
Yeri gəlmişkən, Rafiq Aslanov ASC sədrinin MALİYYƏ məsələləri üzrə müavinidir, hər şey onun qələmindən asılıdır.
Təsəvüvr edirsiniz, Rafiq Aslanova güvənən bacısı oğlu İlqar Əliyev dövlət vəsaiti hesabına, özünə təzə kabinet, hətta işdə hamam düzəltdirir, istirahət otağı-filan. Bircə saunası çatışmır.
Adam idarəyə öz şəxsi təsərrürfatı kimi baxır, kimi istəyir işdən qovur, kimi istəyir qapısında işlədir.
Təsəvvür edirsiniz, İlqar Əliyev dəyəri 1 milyon olan kranı yararsız kimi sənədləşdirib və satıb.
İlqar Əliyev öz kabinetinə 40 min manat dəyərində mebel alıb.
Cənab Rafiq Aslanovun paytaxtda-Nəsib Bəy Yusifbəyli küçəsi 100 ünvanda-yüksəkmərtəbəli yeni binasının dəyəri neçə milyondur ?
Hələ Qubanın Qəçrəş kəndində böyük istirahət mərkəzi və daha nələr...
Əlavə nəsə yazmağa ehtiyac varmı ?
Bir sözlə, dayı Rafiq Aslanovla bacıoğlu İlqar Əliyev Su Meliorasiyanı şəxsi obyekt kimi işlədirlər.
Bəs ASC-nin yeni sədri Zaur Mikayılov hara baxır ?
Bu artıq başqa mövzudur.
Bizi izləyin.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu