Nazim İbrahimovun 20 illik dost xəyanəti – Cinayətin şok detalları
Sosial / Maraqli
Oxunub: 684
11 avq 2021 | 21:18
Nazim İbrahimovun 20 illik dost xəyanəti – Cinayətin şok detalları


Diaspor Komitəsinin sabiq rəhbəri, Azərbaycanın Ukraynada səfiri olmuş Nazim İbrahimovun sabiq korpus komandiri, general-leytenant, Milli Qəhrəman Rövşən Əkbərovla bağlı istintaqa verdiyi ifadə mediada tirajlanıb.

Nazim İbrahimov Ukraynada qətlə yetirilən iş adamı Elçin Əliyevlə yaxın dost olduğundan, onun xeyirxahlığından danışandan sonra bu şəxsi Rövşən Əkbərovun qətlə yetirdiyinə şahidlik edib. Onun bildirdiyinə görə, Rövşən Əkbərov E.Əliyevi qətlə yetirdiyini şəxsən onun özünə deyib, hətta yanında başqa şahidlər də olub.
Şokedici faktdır, heyrətlənməmək mümkün deyil.

Ukrayna hüquq-mühafizə orqanları 20 il bundan öncə hadisəni araşdırmışdı, bununla bağlı toplanan materiallar Azərbaycana göndərilmişdi, Azərbaycanda bu işin istintaqı aparılmışdı. Həmin istintaq sənədlərində də Nazim İbrahimovun ifadəsi var. O vaxt N.İbrahimov E.Əliyevi Rövşən Əkbərovun qətlə yetirməsi haqda heç bir məlumata sahib olmadığını bildirmişdi.

Üstündən 20 il keçəndən sonra isə həqiqəti demək qərarına gəlir?

Bunun hüquqi tərəfi, məsuliyyəti var. N.İbrahimov cinayəti bilə-bilə istintaqa yalan məlumat veribmiş və qatilin nəinki azadlıqda gəzməsinə, hətta yüksək vəzifə daşımasına illərlə şərait yaradıbmış.

Rövşən Əkbərov bu etirafı niyə ona edib? Rövşən Əkbərov xəstədirmi ki, öldürdüyü adamın yaxın dostu olan səfirlə görüşə can atır və gecə ilə gəlib “Elçini mən öldürdüm” deyir? Bu etirafın səbəbi nə imiş? Necə olub ki, bu etirafdan sonra Rövşən Əkbərov Ukraynanı tərk edə bilib? Onu sərhəddən kim və necə keçirib? Yoxsa bu etirafın ardınca Rövşən Əkbərov Ukraynadan çıxarılması üçün yardım istəyib?

N.İbrahimov mütləq bu suallara aydınlıq gətirməlidir, məhkəmə, yaxud istintaq bu faktları araşdırmalıdır.
Bu, hüquqi məsələ. Məni narahat edən məsələnin mənəvi tərəfidir. Nazim İbrahimov bildirir ki, Rövşən Əkbərovu həmin vaxt tanımırmış, sadəcə, adını eşidibmiş və onun Milli Qəhrəman olduğunu bilirmiş. Elçin Əliyevlə isə çörək kəsiblər, dost olublar, hətta Ukraynada Azərbaycan səfirliyi yarananda iş adamı buna aktiv şəkildə dəstək verib, eyni zamanda, onunla şərik olublar, iş qurub, birgə biznes yaradıblar və s.

Sənin çörək kəsdiyin, yaxından dostluq etdiyin, qardaş olduğun gənc iş adamını – həm də xeyirxah bir insanı – şəxsən tanımadığın bir şəxs qətlə yetirir. 20 il bu faktı necə gizlədə bilərsən? Necə istintaqa yalandan deyə bilərsən ki, dostumu kimin öldürdüyünü bilmirəm? Necə dostunun qatilini qoruya bilərsən? Sən necə dost, necə yoldaş, necə insansan?

Hanı sədaqət, dosta vəfa, çörəyə hörmət? Harda qaldı bu dəyərlər?

20 il – olduqca böyük bir müddətdir. 20 il ərzində heçmi vicdanın sızlamadı? 20 il ərzində yuxuların heçmi qarışmadı? 20 ildə necə rahat yaşaya bildin? Axı sənin dostun öldürülüb və onu öldürənin kimliyini nəinki bilirsən, hətta onu cəzadan qoruyursan. Yəni bu dəhşətlə rahat yaşamaq mümkündür?

İndi çıx ortaya, hər şeyə aydınlıq gətir: ictimaiyyəti, cəmiyyəti, dost-tanışı bir kənara at, vecə alma, öz vicdanın qarşısında hesabat ver: necə olub 20 ildə dostunun qatilini gizlətməsin? Səni vadar edən nə olub?
Bəlkə övladınla təhdid olunmusan? Bəlkə elə dəhşətli şey baş verib, elə hədə almısan ki, sən bu ağrı ilə yaşamağa məcbur olmusan?

Biz bilmirik nə baş verib, hər şeyi sən özün bilirsən. Ancaq heç olmasa indi, 20 ildən sonra Elçinlə kəsdiyin çörəyə xatir həqiqəti de: bu qədər yalan olmaz ki!

Biz hardan bilək ki, indi doğrunu deyirsən? Bəlkə o vaxt doğrunu demisən, indi yalan deyirsən?..

Bakupost.az
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?