“Korrupsioner məmurları ömürlük azadlıqdan məhrum etmək lazımdır” - TƏLƏB!
Sosial
Oxunub: 500
11 avq 2021 | 23:39
“Korrupsioner məmurları ömürlük azadlıqdan məhrum etmək lazımdır” - TƏLƏB!


Avqustun 7-də Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi Ağstafa rayonunun keçmiş icra hakimiyyəti başçısı Nizaməddin Quliyevi 9 il, onun müavini Ramiz Tatarovu 8,5 il həbsə məhkum edib. Məhkəmə onları korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, pul tələb etməkdə təqsirli bilib. Hökmə əsasən, qeyd olunub ki, məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib.

Həbsdəki sabiq icra başçıları haqda ilk hökm onu deməyə əsas verdi ki, onların dövlətə dəyən zərəri və ya qanunsuz yolla əldə etdikləri əmlakları geri verməklə çox da ağır olmayan cəza alacaqları və 2-3 ilə azadlığa çıxa biləcəkləri haqda iddialar puç oldu. İlk hökm ağırlığı ilə diqqət çəkdi. Bu isə o deməkdir ki, məhkəmələrini gözləyən həbsdəki icra başçılarının tezliklə azadlığa buraxılacağı haqda gözləntiləri əbəsdir. Bu hökm həm də o anlama gəlir ki, hakimiyyət onların qanunsuz yolla əldə etdikləri əmlakları dövlət nəfinə müsadirə etsə də, özlərinin cəzalarını yüngülləşdirmək niyyətində deyil.

Bunun səbəbini izah edən hüquqşünas Əkrəm Həsənov qeyd edir ki, cəzaların ən sərt şəkildə verilməsi doğrudur: “Həbs olunan icra başçıları heç də dövlətdən mənimsədikləri əmlakın və vəsaitlərin hamısını geri qaytarmırlar. Məhkəmə icra başçısı və müavininin əmlakını müsadirə edib, ancaq söhbət onun adında olan əmlakdan gedir. Biz isə bilirik ki, Azərbaycanda heç bir məmur, hətta heç bir iri sahibkar belə əmlaklarını, obyektlərini öz adlarına sənədləşdirmirdilər. Məmurlar qorxduğu kimi iri sahibkarlar da qorxur ki, sabah hər hansı bir problem yarana bilər. Mən məmurları tanıyıram və deyə bilərəm ki, onların Azərbaycandakı əmlaklarının xeyli hissəsi öz adlarına deyil. Nəinki yüksək rütbəli məmurlar, icra başçıları, aşağı səviyyəli xırda məmurlar belə bunu edirlər. Qohum, tanış, dost və digərlərinin adına rəsmiləşdirirdilər. Xaricdə isə bir qayda olaraq ofşor şirkətlər yaradırlar və onları da müəyyən etmək çox çətindir. Hətta xaricdə də əmlaklarını başqa şəxslərin adına yerləşdirirlər. Bu məsələnin ən çətin tərəfi ilə ondan ibarətdir ki, müsadirə olunan əmlak həmin məmurun mənimsədiklərinin heç də hamısı deyil, məmurların adına bu gün nə var ki? Mənim şəxsi gözləntim ondan ibarətdir ki, həbs olunan məmurlara xoşluqla başqalarının adına rəsmiləşdirdiyi bütün əmlakların qaytarılması təklif olunur. İndiki halda böyük ehtimalla yəqin ki, bu baş tutmayıb”.

Cəzanın 9 il olmasına gəlincə, Ə.Həsənov bildirdi ki, icra başçısını orada cəza yox, komfortlu bir həbsxana şəraiti gözləyir: “Biz hüquqşünaslar bilirik ki, belə iri məmurlar həbs olunanda cəzaçəkmə müəssisələrində çalışanlar necə sevinirlər. Yüksək rütbəli dövlət məmurlarını həbs edəndə onlar üçün fərqli şərtlər ”yaradılır". Adi insanın həbsxanadakı həyatı ilə məmurun, oliqarxın həyatı eyni olmur. Onlar orada heç cür pis yaşamırlar, pul qarşılığında onlar üçün çox gözəl şərait qururlar. Əlbəttə, azadlıqdan gözəl nemət yoxdur. Ancaq həbsdə bütün hüquqları məhdudlaşdırılsa da, öz həyatlarını sürürlər. İstənilən şəxs yanlarına gedə bilir, telefonları da olur, danışa bilirlər. Hazırkı vəziyyətdə isə hətta o məmurların vaxtından əvvəl azad olunması da mümkündür. Onların doqquz il orada qalacağı məlum deyil, daha əvvəl də amnistiyaya düşə, azad oluna bilərlər. Bu baxımdan Azərbaycanda son illərin təyinatları, gənc kadrlar istisna olmaqla, əvvəlki məmurların, xüsusən də icra hakimiyyəti başçılarının əksəriyyəti bunu gözə alıb. Biz bunu onların fəaliyyətindən görürük. Son vaxtlar ictimaiyyət arasında belə bir söhbət var ki, xeyli məmur özü vəzifədən getmək istəyir, amma gedə bilmirlər. Onlardan tələb olunur ki, gəl və bu günə qədər yığdıqlarını qaytar. İndi onlar nə qədər qaytarır, nə qədər qaytarmır, bu başqa məsələdir. Ona görə də mən bundan əvvəlki müsahibələrimdə də demişəm ki, korrupsiyaya görə ölüm hökmünə qədər sərt cəzanın verilməsinin tərəfdarıyam. Ancaq bizim beynəlxalq hüquqlar, Avropa Şurası ilə əməkdaşlıq və sair buna icazə vermir. Ona görə ömürlük azadlıqdan məhrum etmək lazımdır. Onlar heç bir əfv və amnistiyaya düşməməlidirlər, biz belə sərt qanunlar qəbul etməliyik. Amma belə bir şərt də qoyula bilər ki, öz adına və başqalarının adına olan bütün əmlakı gətir qaytar və ondan sonra bu cür 7-8 il cəza verilsin. Indiki halda doqquz il əlindəki bütün sərvətini qaytarması üçün elə də böyük rəqəm deyil. Nə qədərini dövlət müsadirə edəcək, bunları hüquq- mühafizə orqanları daha dəqiq bilir. Biz çox şey bilmirik. Hesab edirəm ki, ömürlük həbs cəzası verilməlidir və bu gün üçün qanunvericiliyimizdə bu yoxdur".
“Yeni Müsavat”
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu