Azər Bayramov klanı hələ də iş başındadır… - Samir Şərifov Zaur Aslanova niyə bata bilmir?
Sosial
Oxunub: 1 024
10 avq 2021 | 20:23
Azər Bayramov klanı hələ də iş başındadır… - Samir Şərifov Zaur Aslanova niyə bata bilmir?


Xatırladaq ki, bir ay əvvəl Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Beyləqanda yerləşən 18 saylı Regional xəzinədarlıq idarəsində baş verən qanunsuzluqlar, yersiz tələblər, eləcə də idarənin rəisi Zaur Aslanovun öz vəzifə və funksiyalarını yalnız büdcədən maliyyələşən yerli idarə, müəssisə və təşkilatlara “racon kəsməklə” apardığı haqda yazmışdıq. Hətta Zaur Aslanov özünü cəmiyyətə hər vəchlə məhz Azər Bayramovun yaxın adamı kimi təqdim etmək fürsətini də qaçırmadığını yazmışdıq. Düzdür, bu mpvzuda qələmə aldığımız yazımız Maliyyə Nazirliyində müəyyən söz-söhbətlərə səbəb olsa da, lakin yazıda qeyd etdiyimiz qanunsuzluqlar nazirlik tərəfindən qulaqardına vuruldu. Bu yerdə isə balıq başdan iylənər deyimi yerinə düşür. Haşiyyə: Zaur Aslanov bir müddət Füzuli rayon Maliyyə İdarəsinin rəisi işləyib. Beyləqan da daxil olmaqla 5 rayona (Füzuli, Ağcabədi, İmişli, Xocavənd) nəzarət etməklə vəzifələndirilmiş Zaur Aslanov daha əvvəl işlədiyi Füzuli rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində də yaxşı reputasiya qazanmayıb. Hələ o vaxtlar Füzulidə hər kəs onu Alı Alıyevin «vuran ürəyi» kimi xarakterizə edirdi. Çünki icra başçısı Alı Alıyev rayonda aparılan bütün korruptiv əməliyyatları Zaur Aslanovun əli ilə həyata keçirib. Necə deyərlər, icra başçısı İlanı Seyid əhməd əli ilə tuturmuş. İddialara görə, Zaur Aslanov gənc olsa da, insafən demək lazımdır ki, maliyyə sahəsində “ixtisaslaşmış” biridir. Pul silmə əməliyyatlarını ustalıqla bacarır. Məhz Alı Alıyev rayona ayrılan dövlət vəsaitlərini, bu gənc maliyyəçinin təcrübəsindən yararlanmaqla sənədlər üzərində yerbəyer edirmiş.
Görünür, elə yuxarılara da xərcləri sənəd üzərində yerbəyer etmək vacibdir. Ona görə də Z. Aslanova gözün üstə qaşın var deyən olmayıb. Əksinə, onu daha da yüksək posta təyin edib. Əslində rayonlarda baş verən bütün büdcə talanında yerli maliyyə idarələrinin xüsusi rolu var. Durub desək ki, icra başçısı bu pulları bir başa özü yerbəyer edir, haqsız danışmış olarıq. Və Allahı başımızın üzərində görməmiş olarıq.
Bu günlərdə bizə verilən məlumatlara görə, Zaur Aslanovun Azər Bayramovla yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq Z. Aslanov özünü cəmiyyətdə Azər Bayramovun yaxın adamı kimi qələmə verməklə “toxunulmazlıq” statusu qazanır. Hələ yaxşı ki, Ceyhun Bayramovun adını çəkmir.
Bu günləri eyni mövzuya yenidən qayıtmağımız ondan ibarətdir ki, aidiyyəti qurumların diqqətini yenidən bu məsələyə yönəltmək və ciddi şəkildə tədbirlər görülməsidir. Ələxüsusda Beyləqan rayonunda açıq aşkar baş verən büdcə talanı ilə bağlı. Məhz bu günlərdə də Zaur Aslanovun büdcə təşkilatları qarşısında qoyduğu korruptiv tələblər artıq bütün hədləri aşmaqla, davam edir. Zaur Aslanov 5 rayonun büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarına ayrılan pulu onlara faizlə satdığı bildirilir. Təmir-abadlıq işləri, ehtiyat hissələrinin, yanacaq və sürtgü materiallarının, inventar və avadanlıqların alınmasına, uşaq bağçalarına ayrılan pulları almaq üçün mütləq Zaur Aslanovun şərtlərinə tabe olmalısan. İş gördürən, xidmətlərdən istifadə edən büdcə təşkilatları elan etdikləri tender və kotirovka sorğularında qalib çıxan firmalara pul köçürmək üçün Zaur Aslanovun şərtlərinə mütləq boyun əyməlidirlər. Yoxsa, o, işi pozmaq üçün necə olur-olsun, “səbəb” tapacaq, “qırmızı xətt” qoya bilər. Görünür, belə səbəblər çoxdur ki, adları çəkilən rayonların icra başçıları belə bu oturuşmuş korrupsiya mexanizmini pozmağa cəsarət etmirlər. Çünki həm də çox vaxt qabaqcadan razılaşdırılmış tender sövdələşmələrinin əsas təşəbbüsçüləri məhz icra başçıları özləri olurlar. İş o yerə çatıb ki, büdcə vəsaitlərinin yönəldiləcəyi təyinatından kənarlaşdırılmasına, nəhayətdə mənimsənilməsinə hesablanmış bütün təşəbbüslər Zaur Aslanovla öncədən danışılır. Bu məsələni açıq alver predmetinə çevirən xəzinədar telefonda belə bazarlıq etməkdən çəkinmir. Fəaliyyəti ciddiliklə yoxlanılsa, məsuliyyətdən yaxa qurtara bilməyəcəyi, arxasında duran havadarlarının da nüfuzlarının laxlayacağı şəksizdir.
RealMedia.az
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ