Dövlət televiziyasında AĞAYANA YEYİNTİ... - FAKTLAR
Sosial
Oxunub: 785
10 avq 2021 | 22:50
Dövlət televiziyasında AĞAYANA YEYİNTİ... - FAKTLAR


AzTV-də yeni qruplaşma yaranması və maliyyənin necə idarə olunması haqda məlumatlar meydana çıxıb. TİA.Az-ın xəbərinə görə, sosial mediada bu haqda Səidə Vəliyeva informasiyalar yayıb.
Bildirir ki, əvvəlcə AzTV-nin rəsmi www.aztv.az saytının “HAQQIMIZDA” hissəsində “TV VƏ RV İNFORMASİYA PROQRAMLARI BAŞ STUDİYASI” bölməsinə daxil olub baxmaq lazımdır.
Baş direktor, iki direktor, beş direktor müavini, dörd baş redaktordan ibarət bu strukturda bəzi məqamlar diqqəti cəlb edir.
Belə ki, AzTV sədri Rövşən Məmmədov iş həcmi təxminən 20-30 dəqiqəlik xəbər buraxılışından ibarət olan baş redaksiyalar yaradaraq büdcəni bir tərəfdən də bu cür talayıb.
– “Region xəbərləri” baş redaksiyası.
İşi gün ərzində bir dəfə-19:00-da efirə 20-23 dəqiqəlik xəbər buraxılışı hazırlayıb verməkdən ibarətdir;
– “İqtisadiyyat xəbərləri” baş redaksiyası.
İşi gün ərzində bir dəfə-19:30-da efirə 20-25 dəqiqəlik xəbər buraxılışı hazırlayıb verməkdən ibarətdir;
– “Rus dilində proqramlar” baş redaksiyası.
İşi gün ərzində bir dəfə-18:00-da efirə rusca 25-30 dəqiqəlik xəbər buraxılışı hazırlayıb verməkdən ibarətdir;
– “İngilis dilində proqramlar” baş redaksiyası.
İşi gün ərzində bir dəfə-02:00-da efirə ingiliscə 30-40 dəqiqəlik xəbər buraxılışı hazırlayıb verməkdir;
– ” Beynəlxalq müxbir postları və xarici xəbərlər” studiyası.
İşi xaricdəki müxbirlərlə əlaqə yaratmaq və gün ərzində xəbər buraxılışlarında xarici xəbərləri süjet şəklində təqdim etməkdən ibarətdir.
Sual yaranır, bir xəbər buraxılışı üzərində baş redaksiya, studiya yaratmağa nə ehtiyac var imiş? Bir veriliş də yox, bir xəbər buraxılışı hazırlayıb verməyə görə bu hoqqaya nə ad vermək olar?
Bəlkə Rövşən Məmmədov fikirləşib ki, Lider TV-dən gətirdiyi tələbə yoldaşı Elman Məmmədovu “Region xəbərləri”nə adi redaktor təyin etsə,inciyər,qoy baş redaktor olsun.
Yəqin Rövşən bəy düşünüb ki, Lider TV-dən gətirdiyi Xalid Əliyevə yalnız direktor olmaq yaraşar. Ona görə də hətta dostu Sərvər Bayramovun direktoru olduğu İctimai-siyasi proqramlar Studiyasından Xarici Xəbərləri çıxardıb Xalid üçün studiya içində studiya yaradıb…
Bəlkələr,yəqinlər çox ola bilər. Ancaq bir məsələ dəqiqdir. Bu adamlar üçün hər ay büdcədən necə deyərlər,babat pul ayrılır. Halbuki, Xəbərlərin çoxsaylı müxbir və redaktor komandası arasında düzgün bölgü apararaq redaksiyalar yaratmadan da bu işləri görmək olardı. Bax, bu olardı əsl qənaət.
Rövşən Məmmədov indi durub oyanıb ki, büdcəyə qənaət etmək lazımdı. Vaxtında sağa-sola xərcləyəndə bunu düşünmək lazım idi. Yoxsa indi cumub sıravi əməkdaşların puluna qənim kəsilib.
Bu yerdə internet resurslarında bir neçə ay əvvəl yayılmış məlumat yada düşür. Bildirilirdi ki, AzTV-nin İnformasiya Proqramları Studiyasının baş direktoru Mehriban Məmmədovanın illik maaşı 10 min, illik qonorarı isə 50 min AZN-dir…
Məlumatda deyilir ki, indi Rövşən Məmmədovdan soruşsaq, deyəcək ki Mehribanın işi çox olur, gecədən sübhədək çalışırlar və daha nələr…
Yaxşı, tutaq ki elədir. Xəbərlərdə həmişə gərgin iş olur. Amma bir məqam var- Mehriban Məmmədovanın tabeliyində iki studiya direktoru, onların müavinləri, baş redaktorlar və müavinləri, şef redaktorlar, redaktorlar, müxbirlər, rejissor qrupu var.
“News room”a baxanda bir toyun adamı gözə dəyir. Yəni, Mehriban Məmmədova işi az sayda adamla görsə idi, bəlkə də bu qədər maaş və qonorarı almasını anlamaq olardı.
Amma göründüyü kimi iş yükü çox sayda işçi arasında bölünüb. Buna görə də baş direktora bu cür məbləğ ödənilməsi absurddur.
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü