Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib... - QALMAQAL
Sosial
Oxunub: 900
5 avq 2021 | 21:44
Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib... - QALMAQAL


Xəbər verdiyimiz kimi, Bilgəh qəsəbə sakinləri Seymur Quliyev və Nurid Əliyev də daxil olmaqla ümumilikdə 35 vətəndaş iddia edir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Q.Salahzadənin yolda maneələr yaratdığını deyən vətəndaşlar həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülməsini xahiş etsələr də, bir neçə ildir ki, müraciətə cavab yoxdur.

Sözügedən əmlakın əsl sahibi Seymur Quliyevə və Qalib Salahzadənin oğlunun həyat yoldaşı Xatirə Salahzadəyə vaxtilə eyni mülkə aid çıxarış təqdim edilib. Məhkəmənin qərarı ilə, Xatirə Salahzadəyə məxsus çıxarışın qeyri-qanuni olduğu aydın olub. 2018-ci ilin aprelində şikayətçi Seymur Quliyev və Nurid Əliyevin əmlaklarının dağıdılması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib.

Pravda.az-a məsələ ilə bağlı danışan Seymur Quliyevin sözlərinə görə, Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. Şahidlər Seymur Quliyevin dediklərini təsdiq edib.

Şikayətçi Seymur Quliyev məsələ ilə bağlı Xatirə Salahzadənin atası, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə ilə 2018-ci ildə iki dəfə görüşməyə cəhd göstərsə də, görüş baş tutmayıb. O, cari ilin iyul ayında yenidən Allahşükür Paşazadə ilə görüşmək üçün cəhd edib. Əvvəlcə şikayətçini Şeyxin qəbul edəcəyi bildirilsə də, daha sonra QMİ-nin mətbuat xidmətinin əməkdaşı Etibar Cəbrayıloğlu qarşılayıb. E.Cəbrayıloğlu Seymur Quliyevin şikayətini dinləyib və sənədlərə baxaraq məsələni Şeyxə məruzə edəcəyini bildirib.

Məsələdən xəbərdar olduğunu və tədbir görəcəyini bildirən Allahşükür Paşazadə avqustun 2-də Seymur Quliyevi qəbul edəcəyini bildirsə də, fikrini dəyişib.

Seymur Quliyev deyir ki, əgər Şeyx qudası Qalib Salahzadənin onun qızının adından istifadə edərək cinayət törətdiyini bilib heç bir tədbir görmürsə, şübhəlidir: “Belə nəticəyə gəlmək olur ki, bu məsələdə elə Allahşükür Paşazadənin də marağı var. Qafqaz Müsəlmanları İdarəsinin sədridir, sıravi adam deyil. Yəni istəsə, Respublikanın Baş Prokuroru Kamran Əliyevə və yaxud da daxili işlər naziri Vilayət Eyvazova zəng edərək, Qalib Salahzadənin Bilgəhdə qanunsuz əməllər törətdiyini deyə və əməli tədbir görə bilər.

Şikayətçi bildirib ki, bu gün də ona məxsus olan, lakin cavabdehlər tərəfindən talan edilərək zəbt edilmiş torpaq sahəsi Bilgəh qəsəbəsində “Şəbəkə” restoranının avtodayanacağı kimi istifadə edilir: “Öz ərazimə keçmək üçün ödənişli parkinq xidmətindən istifadə edirəm. Avtomobilimin orada saxlanılmasına görə bilet alıram”. İddiaçı deyib ki, ərazidə qonşusu Nurid Əliyevin 10 il əvvəl zəbt olunan torpağı da onun torpağına birləşdirilərək avtodayanacaq kimi istifadə edilir. Həmçinin əlavə edib ki, Nurid Əliyevə məxsus mülk 1970-ci illərdə onun babası Sovet dövründə Mülki Aviasiyanın rəhbəri Ümid Əliyevə ümumilli lider Heydər Əliyev tərəfindən hədiyyə edilib".

Qeyd: Q.Salahzadənin oğlu Əliabbas Salahzadə Milli Məclisin deputatıdır....
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO