2 nömrəli Bakı Baza Tibb Kollecində NARAZILIQ - Kimə güvənirlər?
Sosial
Oxunub: 886
5 avq 2021 | 23:39
2 nömrəli Bakı Baza Tibb Kollecində NARAZILIQ - Kimə güvənirlər?


"2 nömrəli Bakı Baza Tibb Kollecində müəllimlərin məzuniyyət pulu verilməyib, kabinet və şöbə müdirlərinin əmək haqları hələ də ödənilməyib. Belə anlaşılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil Nazirliklərinin xətti ilə on minlərlə insanın narazı salınması “prossesinə” səhiyyə sistemi adından hələ ki bu tibb kolleci qoşulub. Çünki kabinetlərdə əyləşən şəxsi istəklərini dövlət mənafeyindən üstün tutan belə vəzifəlilər bəlkə də anlaya bilmirlər - siyasi hakimiyyət və vətəndaş arasında münasibətləri yox etmək “budağında oturulan ağacın gövdəsinə balta vurmağ”a bənzəyir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Fəhləyə, müəllimə, həkimə kimliyindən və partiya mənsubiyyətindən asılı olmayaraq, istənilən şəxsə pis münasibət, onu incitmək, get-gələ salmaq, əsassız yerdən işdən çıxarmaq həmin şəxsi potensial narazılar cərgəsinə qoşmaqdır.

Belə narazılıqların sayı 2 nömrəli Bakı Baza Tibb Kollecində də kifayət qədərdir. Diplomunu ala bilməyən tələbələrin, məvacibi verilməyən və işdən çıxarılma təhdidi ilə üz-üzə qalan müəllimlərin kollecin direktoru Dilarə Məmmədəliyevanın əməllərindən bezdikləri əsassız deyil.

Azərbaycan Səhiyyə nazirinin müavini Nigar Əliyeva tərəfindən himayə olunan Dilarə Məmmədəliyeva uzun illərdir ki, kollecdə başlatdığı “mənəm-mənəmlik”dən nəticə çıxarmaq əvəzinə o, hər yerdə daşıdığı soyadla öyünür. Himayəçisi nazir müavini Nigar Əliyeva olan Dilarə Məmmədəliyevanın 2 nömrəli Bakı Baza Tibb Kollecində bütün “işlərinə” Aytəkin Vəkilova rəhbərlik edir. İllər əvvəl “Semaşka” xəstəxanasında həkim işləyən, orada yol verdiyi ciddi nöqsanlar səbəbindən işdən qovulan Aytəkin Vəkilova, bu gün Dilarə Məmmədəliyevaya “çiyindaş”lıq edirsə, “qarşılığı” kollecdə narazılıq yaratmaqla da nəticələnir.

Tibb kollecində sessiya imtahanlarının, dövlət imtahanının, hətta tələbələrin praktikasının yekununda 4 fənndən ümumilikdə verdikləri zaçot üçün 200 manata qədər hər bir “əməliyyata” Aytəkin Vəkilova rəhbərlik edir. 2 nömrəli Bakı Baza Tibb Kollecində 6 şöbə Aytəkin Vəkilovaya təqdim etdikləri “hesabatları” o, da saf-çürük edib Dilarə Məmmədəliyevaya təqdim edir. Beləcə, boyunduruğa çevrilən tələbələr hesabına kollecdən milyon manatlar qazanılıb, rüşvət Səhiyyə Nazirliyinə qədər ayaq açıb.

Qanunsuzluqlar bununla da yekunlaşmır. Ora ödənilən, bir həftə sonra isə geri istənilən pulun aylarla “davası” aparılır. Belə ki, 2 nömrəli Bakı Baza Tibb Kollecində baş verən narazılıq, özbaşınalıq və qanun pozuntularına o həddə qədər göz yumulub ki, borc alınıb ora ödənilən 600 manatı tələbə geri ala bilməyib.

Jamaz.info saytının xəbərinə görə, tibb kollecinə daxil olmuş, ailənin maddi durumunun çətin olması səbəbindən Dərgahova Lamiyyə Fuad qızı kollecdə oxumaqdan imtina edib, ora ödədiyi 600 manatı geri istəyib. Amma Lamiyyə Dərgahovanın 2 nömrəli Bakı Baza Tibb Kollecinə ödədiyi 600 AZN vəsaiti Dilarə

Məmmədəliyeva verməyib. Tələbəyə israrlı olacağı təqdirdə, 600 manatını Səhiyyə Nazirliyindən alacağını bildirib.

Bu vəziyyət isə vətəndaşın iradəsini heçə saymaq, onu aldatmaqdır. Necə yəni nazirlik verməlidir, ödəməlidir? Tələbəyə başa salına bilərdi ki, hətta pulu nazirlik versə belə, kollecin bank hesabına geri ödəniləndən 3 iş günü müddətində özünə qaytarılacaqdır. Tələbənin saytlara məlumat göndərməsinə, aidiyyatı yerlərə şikayət etməsinə ehtiyac yoxdur. Qanun bunu tələb edir, tələbə kollecdə oxumaq istəmirsə, onu heç kim buna məcbur edə bilməz və kollecin hesabına mədaxil etdiyi 600 AZN geri verilməli idi.

Önəmli olan digər məsələ isə 2 nömrəli Bakı Baza Tibb Kollecinin saxlanması üçün ora ayrılan dövlət vəsaitinin xərclənməsidir. Kollecə ayrılan onlarla istiqamət üzrə dövlət vəsaitlərinin, ödənişli tələbələr hesabına formalaşan yüz minlərlə manatın hara, necə israf olunmasına isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müfəttişləri, Hesablama Palatasının auditləri aydınlıq gətirsə, yaxşı olar.

Aktualinfo.org saytının məlumatına görə, 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən katirovka sorğularında qanun pozuntularına yol verilmişdir. Burada maraqlı olan isə odur ki, satınalma müqavilələri müxtəlif təyinatlı mallar üçün olsa da, iki istiqamət üzrə “MODRENTİ-2020” MMC-dən alınıb. 13.11.2020-ci il tarixində dəftərxana və təsərrüfat mallarının satın alınması üçün 22310,20 manat satın alma müqaviləsi bağlanıb. Saytın yazdığına görə, kollecin direktoru və Tender Kommissiyası bir neçə ay fərq ilə oxşar malları almaqla, ümumilikdə- “DİMETRAL” MMC ilə 2310 AZN, yenə həmin MMC ilə 31152,55 AZN, “MODRENTİ-2020” MMC üzərindən 17370 AZN, “FONTİN” MMC ilə 9645 AZN, “KOKARDİN HONDİNQ” MMC ilə 7725 AZN dəyərində müqavilələr imzalamışdır. Bir ay fərq ilə jurnal və kitabların alınmasına əlavə 7665 AZN məbləğində vəsait ayrılıb. Xərclənməsi şübhə doğuran bu tip müqavilələrin araşdırılması maliyyə müfəttişlərinin vəzifəsi olsa da, müqavilələrin bağlandığı MMC-lərin eyni ünvanda yerləşməsi, bir nəfərə məxsus olması bu işlərin şəffaflığını şübhə altına salır - deyə, sayt bildirir.

Üzərində çox dayanmadığımız digər onlarla məsələ bir həqiqəti ifadə etməyi özündə ehtiva edir. Səhiyyənin nüfuzunu həkimlər və tibbi personal yüksəldir. Həkimlər və tibbi personal isə ali və orta ixtisas tibb müəssisələrində hazırlanır.

Azərbaycan Respubilkasının Prezidentinin etimad göstərdiyi nazir əvəzi, birinci müavin Teymur Mustafayev səhiyyənin nüfuzunu qismən də olsa qaldırmaq istəyirsə, islahatlara tibb müəissələrindən başlamalıdır".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...