Bakı-Astara yolundakı restoran yerlərini kim satıb? - İDDİA
Sosial
Oxunub: 393
4 avq 2021 | 19:00
Bakı-Astara yolundakı restoran yerlərini kim satıb? - İDDİA


Hələ bir müddət əvvəl Bakı-Astara magistral yolunun üzərində yerləşən istirahət məkanları və restoranların bağlandığı xəbərləri yayılmışdı. “Hacıoğlu”, “Masallı”, “Ulduz” restoranlarının bir müddətə bağlandığı, onlardan yalnız “Hacıoğlu” və “Masallı”nın açıldığı da təsdiqlənib. Lakin həmin prosesin hansı səbəbdən baş verdiyi barədə ictimaiyyətə heç bir məlumat verilmədi.

JAMAZ.İNFO məsələ ilə bağlı apardığı araşdırma zamanı maraqlı detallar üzə çıxıb. Məlum olub ki, Bakı-Astara yolunun üzərində ayrılmış istirahət sahələrinin hamısı hələ yolun inşası başlayan ərəfədə satılıb. Həmin vaxt yolun tikintisinə nəzarət edən Nəqliyyat Nazirliyi nəzdərdə tutulan yerlərin satışını da həyata keçirib.

Əldə etdiyimiz məlumata görə, bu staış işini ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahov rəhbərlik edib. Restoran, kafe, Yanacaq Doldurma Məntəqələri və digər sahələr üçün ayrılmış ərazilərin də hər birinin özünün qiyməti olub. Məlumatlı mənbələr qiymətlərin hər iş adamının cibinə uyğun olmadığını da qeyd edirlər.

Onlar bildirirlər ki, Musa Pənahov yalnız YDM-lər üçün ayrılmış ərazilərdən orta hesabla 20-50 min manatdan pul yığıb. Restoran və kafelər üçün bu rəqəm isə 15-30 min manata qədər müəyyən olunub. Bu qiymətlər də ərazinin hansı əlverişli imkana malik olması ilə dəyərləndirilib.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra bu məsələ bir müddət açıq qalıb. Musa Pənahov Nazirlər Kabinetinə şöbə müdiri təyin olunduqdan sonra da proses qismən davam edib. Daha doğrusu, həmin yerləri satan Pənahov onların işləməsinə də zəmanət verib. Lakin Ramiz Mehdiyev və ona bağlı komandanın vəzifədən getməsindən sonra bəzi araşdırmalara start verilib. Bu zaman məlum olub ki, Bakı-Astara yolunun üzərində işna edilmiş restoran və kafelərə Musa Pənahov himayədarlıq edib.

Məlumata görə, İqtisadiyyat Nazirliyi qısa zaman içində məsələni tam araşdıraraq, həmin kafe və restoranların bağlanması barədə qərar verib. Təkcə, bağlanma deyil, onları Musa Pənahovun himayəsindən də çıxarıblar. Bunun ardından isə sənədləşmə və yeni müqavilə bağlanılıb və onların işləməsinə icazə verilib.

Bağlanan restoranlardan yalnız “Ulduz”un açılmamasının dəqiq səbəbi isə məlum deyil. Güman edilir ki, onlar təklif olunan şərtləri qəbul etməyiblər.
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü