"Paşa Holdinq"in adından istifadə edərək... - NARAZILIQ!
Sosial
Oxunub: 304
4 avq 2021 | 19:43
"Paşa Holdinq"in adından istifadə edərək... - NARAZILIQ!


Bakı şəhəri, Xətai rayon sakini Ramin Əsədzadə "Hürriyyət"ə müraciət edərək Mobil Həsənzadə tərəfindən ona qarşı dələduzluq edildiyini deyib. Özünü Paşa Holdinqin baş hüquqşünası kimi təqdim edən Mobil Həsənzadə Ramin Əsədzadədın ümumilikdə 20000 manat məbləğində pul vəsaiti alıb. O bununla yanaşı Ramin Əsədzadənin işlədiyi şirkətin direktoruna yalan məlumat verərək, Bəylər Əyyubovun qardaşı oğlunun Ramanıda yerləşən torpağını göstərərək ona məxsus olduğunu deyir. Mobil Həsənzadə bu şəxsdən də dələduzluq edərək ümumilikdə 130000 manat pul vəsaiti alıb. Xətai rayon Məhkəməsi tərəfindən Mobil Həsənzadəyə 2 ay 20 gün həbs qəti-imkan tədbiri seçir. Hazırda polis tərəfindən axtarışda olan bu şəxs 10 aydır ki, həbs edilmir:

"Paşa Holdinq"in adından istifadə edərək... - NARAZILIQ!


"Təxminən bir il əvvəl dostlarımın vasitəsilə Həsənzadə Mobil İsmiyəli oğlu ilə tanış oldum. Bu şəxs özünü Paşa Holdinqin baş hüquqşünası kimi təqdim edib. Həmin ərəflərdə evimlə bağlı məhkəmə prosesi keçirilməli və plenuma çıxmalı idi. Bildirdi ki, bu işi həll edəcəm. Məndən 20000 azn pul istədi. O əminliklə plenum məhkəməsində işin həll olacağını deyirdi. Atamdan və dostlarımdan borc pul alıb Mobil Həsənzadəyə təqdim etdim. Hətta, buna görə qardaşım da maşınını satmaq məcburiyyətində qaldı. Pulu verən anda yanımda şahidlərim də olub. Tikinti şirkətində işlədiyimə görə şirkətin direktoru ilə tanış olur. Bu şəxs işlədiyim şirkətin direktoruyla yaxınlıq etməyə başlayır. Daha sonra Mobil Həsənzadə yalan məlumat verərək, Bəylər Əyyubovun qardaşı oğlunun Ramanıda yerləşən torpağını göstərərək ona məxsus olduğunu deyir. Bu torpağı satacağını deyir. İşlədiyim şirkətin direktorundan 100000 manat istəyir. Ümumilikdə ondan 130000 manat pul alır. Mən bundan şübhələndikdən sonra Ramanı bələdiyyəsinə üz tutdum. Ordan bildirdilər ki, bizim balansımızda belə bir torpaq sahəsi yoxdur. Daha sonra plenumla maraqlandım. Məlum oldu ki, mənim işim də plenuma çıxarılmayıb. Paşa Holdinq də bu şəxsi tanımadığını dedi. Baş verənlərdən agah olduqdan sonra Xətai rayon Polis idarəsinə müraciət etdim. Müraciətimdən sonra Mobil Həsənzadə həbs edildi. Xətai rayon məhkəməsi ona 2 ay 20 gün həbs qəti-imkan tədbiri seçdi. Daha sonra ailəsi evimizə gəlib xahiş etdilər ki, şikayətimi geri götürüm. Onun torpaq sahəsinin olduğunu və satıb pulumu geri qaytaracaqlarını dedilər. Mobil Həsənzadənin bacısının Əşrəf adlı yoldaşı keçmiş DTX işçisi olub. Eyni zamanda qardaşı Habil Həsənzadə Pedoqoji Universitetin Tarix fakültəsinin dekanıdır. Ona da demişəm. Lakin, bu şəx ailəsi tərəfindən gizlədilir. Üstündən 10 ay keçməsinə baxmayaraq bu şəxs həbs edilmir. Hər gün "102 zəng" xidmətinə müraciət edirəm. Axtarışda olduqlarını deyib, ört-bastır etməyə çalışırlar. Xətai Rayon Polis İdarəsi 10 aydır ki, bu şəxsi həbs edə bilmir".

YƏHYA

QEYD: Mövzunu davam etdirəcəyik. //hurriyyet.az//
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?