Bayramlının nəzarətsiz buraxdığı SƏHİYYƏ... - Yəqin XƏBƏRİ YOXDUR...
Sosial
Oxunub: 356
26 iy 2021 | 21:18
Bayramlının nəzarətsiz buraxdığı SƏHİYYƏ... - Yəqin XƏBƏRİ YOXDUR...


Son zamanlar respublikada fəaliyyətdə olan tibb müəssisələrindən şikayətlərin çoxalması heç kimə sirr deyil.Əhaliyə ürək sözlərini yazmağa geniş imkanlar açan sosial şəbəkələrdə bəzən dövlət xəstəxanaları, bəzən də özəl klinikalar vətəndaşların ittiham obyektinə çevrilir. Çox zaman da şikayətlər həkimlərin səhv diaqnoz qoyması, əməliyyatların düzgün aparılmaması və belə səhvlərin insanın həyatı bahasına başa gəlməsi ilə bağlı olur. Xəstəxanalarda həkim səhlənkarlıqlarından başqa “Hippokrat andı”içənlərin tez-tez rüşvət və korrupsiyaya bulaşması halları da günümüzün acı reallıqlarından biridir. Həkimlərin bu kimi əməllərini durdurmaq üçün məlum “Yeni klinika” və Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimlərinə qarşı keçirilən əməliyyatlar nə kimi nəticələr verdi? Xəstəxana və poliknikalarda baş verən özbaşınalıq hallarının qarşısı alındımı? Yaxud tibb müəssisələrinin rəsmiləri bu baş verənlərdən nəticə çıxardılarmı?

Bakı şəhəri Suraxanı rayonu,Bülbülə qəsəbəsi, Axundov küçəsi 4 saylı evin sakini Nağı Allahverdi Əli oğlunun redaksiyamıza ünvanladığı müraciətdə bu sualların hər birinə ayrı-ayrılıqda deyil,bütövlükdə cavab tapmaq mümkündür. Xeyr. Belə ki, bəzi baş həkimlər işlərinə laqeyd münasibət bəsləyərək vətəndaşlara pullu tibbi xidmət göstərirlər. Bu isə yekun nəticədə haqlı narazılıqların meydana çıxmasına səbəb olur.Necə ki,Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən 24 saylı poliklinikada belə narazılıqlar süni şəkildə,bilərəkdən yaradılır.Bu poliklinikada baş verən özbaşınalıq lap çoxdandan gündəmdədir. Faktiki olaraq bu poliklinikanın ayrı-ayrı məqsədlər üçün ödənişli arayış verməkdən özgə bir funksiyası da yoxdur. Bunu aylardır get-gələ salınan qəsəbə sakinin müracitindən də görmək mümkündür.

Bülbülə qəsəbə sakini yazır ki, həyat yoldaşım Nağıyeva Gülzar Hüseynbala qızı, bir neçə xəstəliyin daşıyıcısı olduğuna görə (təzyiq, diabet, zəhərli zob, ürəyin xroniki işemik xəstəliyi və stenddən sonrakı vəziyət) 2005-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin Tibbi –Sosial Ekspert Komissiyası tərəfindən ona 2-ci qrup əlillik təyin olunub. 25.12.2020-ci ildə növbəti dəfə komissiyadan keçmək üçün Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən 24 saylı poliklinikadan 88 saylı formanı almaqdan ötrü, oranın baş həkimi Bağırov Həciağa Müzəffər oğlu tərəfindən yaradılmış süni maneə və bürokratiya əməlinə görə aramızda mübahisə yaranmışdı. Bir neçə ay həyat yoldaşıma aid olan ambulator kartoçkasını öz otağında girov saxlamışdır. Mən bununla bağlı müəyyən orqanlara, deputatımıza və DİN-in 102 xidmətinə etdiyim müraciətlərdən sonra 67 yaşlı baş həkim forma 88-i elektron poçt vasitəsilə 0112003AAB06 nömrə ilə TSEK-ə göndərmişdir. Oradan bizə 25.12.2020-ci il taixində imtina cavabı verilmişdir. İmtinaya səbəb – əlavə müalicəyə ehtiyacın olması. Ətraflı- müxtəlif illərdə fasilələrlə müalicələr yazılıb, lakin göndərişlərin tarixçəsində öz əksini tapmır. Təkrar əlillik təsdiq etmək üçün kardioloji xəstəxanada müalicə və müayinə məsləhət görülür. Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonraki kardioskleroz, qeyri stabil stenokardiyası, stenddən sonraki vəziyyət. Ürək çatışmazlığı, xroniki ürək çatışmamazlığı, 2-ci əlavə risk qrupu dəqiqləşdirilməmiş hipotireoz, hipoterioz essen (1-cili) hipertenziya, hiportoniya xəstəliyi 3-cü dərəcə 4-cü əlavə risk grupu. İnsulindən asılı olmayan şəkərli diabet, insulin tələbli ağır gedişli.
Bu imtina cavabından sonra mən həyat yoldaşımı təkrar müalicə və müayinə üçün kardioloji xəstəxanaya apardım. Oradan bizi mərkəzi kliniki xəstəxanaya yönəltdilər. Çünki həyat yoldaşım həmin xəstəxanada ürəyindən əməliyyat olunmuş, ürəyinin 3 damarına stend qoyulmuşdu.Və ordaki yoxlamadan da məlum oldu ki, ürəyin daha bir damarı tutulduğu üçün daha bir stendin quraşdırılmasına ehtiyyac var. Yoldaşım təkrar əməliyyatdan imtina etti.Biz ordan əldə etdiyimiz cavablarla birgə təkrar 24 saylı poliklinakaya gələrək cavabları onlara təqdim etdik,və onlar təkrar 0112003AAB4R 88 saylı forma yazıb TSEK-ə göndərdilər.29.04.2021-ci ildə bizə imtina edildi.Bu dəfəki səbəb qısa oldu. Əlavə müalicəyə ehtiyacın olması, ətraflı müalicə yetərincə deyil, ixtisaslaşmış müalicə və müayinəyə davam etdirilsin.Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonraki kardioskleroz, qeyri stabil stenokardiyası, stenddən sonraki vəziyyət. Bu cavabdan sobra mən sahə həkimimizə zəng vurub bunun nə demək olduğu ilə maraqlandım. O bildirdi ki, burda bizim günahımız yoxdur, bütün günahlar Əmək Və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tibbi sosial komissiyasındadır. Buna görə də iradınızı bizə yox, DOST mərkəzinə bildirin.Mən də Koroğlu metostansiyasında yerləşən DOST məkəzinə getdim. Orda məni dinlədikdən sonra TSEK-in həkimi ilə görüşdürdülər. Həkim kompüterdə bazaya daxil oldu və kompüteri mənə tərəf çevirərək poliklinikanın göndərdiyi forma 88 göstərdi və bildirdi ki, burda bizim komissiyanın günahı yoxdur. Gördüyünüz kimi buradaki qrafalarda heç bir qeydiyyat aparılmadığına görə boşdur. Odur ki, siz öz poliklinikanıza gedin və forma 88- in surətini ordan tələb edin. Həmin 88 saylı fomanı aldıqdan sonra TƏBİB-ə və Səhiyyə Nazirliyinə müraciət edin, qoy onlar bilsin ki, tabeçiliyində olan işçilər necə fəaliyyət göstərir. Mən Sizdən xahiş edirəm təcili surətdə 24 saylı poliklinikada baş həkimin fəaliyyətinin yoxlanılması üçün göstəriş verəsiniz. Poliklinikada qaydaya əsasən xəstələrin ambulator kartoçkalarının xüsusi otaqda yerləşməsinə baxmayaraq , sənədlərin baş həkimin otağında girov qalmasının səbəbi 88 saylı formanın o vəziyətə salınması və mənə verilməməsinə bir aydınlıq gətirin.

Qəsəbə sakinin müraciətindən də göründüyü kimi poliklinakada özbaşınalıq baş alıb gedir. Xəstənin ambulator kartoçkasını girov saxlamaq nə deməkdir? TƏBİB rəsmisi Ramin Bayramlıya ünvanlayırıq bu sualı. Həmçinin Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayevə. Şikayətçinin yazdıqlarından da görsəndiyi kimi TSEK-in həkimi vətəndaşa forma 88-in düzgün yazılmadığını əyanı şəkildə bildirib.Bəs görəsən forma 88 nə üçün düzgün yazılmayıb? Bəlkə yeni texnologiyalardan 67 yaşlı baş həkim Hacıağa Bağırovun başı çıxmır? Yox,əgər başı çıxırsa niyə hər şeyi olduğu kimi qeyd etmir?Marağı nədir Hacıağa Bağırovun? Bu sualların cavabını isə Hacıağa Bağırovdan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları almalıdır. Həm də təcili.

Aktualinfo.org
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi