1-ci sinfə qəbul: Təhsildə rüşvətin TƏMƏL MƏRHƏLƏSİ... - FAKT BUDUR!
Sosial
Oxunub: 360
23 iy 2021 | 19:30
1-ci sinfə qəbul: Təhsildə rüşvətin TƏMƏL MƏRHƏLƏSİ... - FAKT BUDUR!


Bakıda fəaliyyət göstərən özəl orta məktəblərin qiymətləri təkcə maraq deyil, həm də heyrət doğurur. Bəzi prestijli ali məktəblərdən illiyi bir neçə dəfə baha (50-60 min manata qədər) olan özəl liseylər var.

Aydın məsələdir ki, özəl təhsil müəssisələri təhsil haqlarını müəyyənləşdirməkdə müstəqildirlər və hələ ki, bu müstəvidə qiymət tənzimləyici mexanizm yoxdur. Lakin məsələ burasındadır ki, indi bir çox nüfuzlu dövlət orta məktəb və liseylərinə qəbul üçün tələb olunan rüşvət də kəlləçarxa çıxıb.

Məlum olduğu kimi, növbəti tədris ili üçün ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına və məktəb seçimi prosesinə hələ aprel ayının sonundan başlanılır. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi dərslərin başlanmasına bir gün qalmış (14 sentyabr tarixdə) başa çatır. Növbəti tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə Azərbaycan Respublikası Təhsil naziri əmr verir. Sonra isə həmin əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri verilir. Bu əmrlə müsahibələrin keçirilməsinə dair Təlimat; müsahibə apellyasiya komissiyalarının tərkibi; birinci siniflərinə şagird qəbulu üçün elektron sistem vasitəsilə qeydiyyat məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə onlayn formada fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzlərinin üzvlərinin siyahısı təsdiq edilir və s.

Valideynlər uşaqlarını oxudacağları məktəbi istədikləri ərazi üzrə seçərkən bir sıra çətinliklərlə rastlaşırlar. I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu bəzi üstünlük hüququ əsasında aparılır. Valideyni (qanuni nümayəndə) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşamalı; yaxud, həmin məktəbdə işləməli; uşağın bacısı və ya qardaşı həmin məktəbdə təhsil almalıdır. Problem budur ki, bir çox hallarda bu şərtlər doğrulanda belə məktəb direktorları “yer dolub” deyib valideynə imtina cavabı verirlər. Narazı valideynlər bildirirlər ki, bütün bunlar rüşvət tələsidir. Çünki sonradan konkret məktəbə qəbul olunanlarla imtina cavabı verilənlərin yuxarıda sadalanan kriterilərə uyğun olub-olmamasını müqayisəli şəkildə yoxlayan olmur. Tələb olunan rüşvət isə məktəbin yerləşdiyi ərazidən və prestijindən asılı olaraq 1000 manatdan 5000 manatadək dəyişir. Şikayətçilərin sözlərinə görə, kim deyirsə ki, uşağımı heç bir sövdələşmə olmadan, yəni, yalnız onlayn qeydiyyat prosedurlarını kompüterin düymələrini basmaqla birinci sinfə qəbul etdirmişəm, yalan danışır.

Bu sətirlərin müəllifi bu ərəfələrdə övladını Bakı şəhəri Xətai rayonunda yerləşən “Zəkalar” liseyinə birinci sinfə qəbul etdirmək istəyən valideyni müşayiət edərək iki dəfə həmin məktəbə getmiş, lakin direktor Aygün müəlliməylə görüşə bilməmişdir. Təmasda olduğumuz direktor müavini isə açıq etiraf etmişdir ki, məsələnin rüşvətsiz həll olunması qeyri-mümkündür və bu işlər Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın bacısı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın birbaşa nəzarətindədir. Başqa sözlə, belə çıxır ki, birinci sinfə qəbul üçün alınan rüşvətin əhəmiyyətli hissəsi ona çatır. //Deryaz.az//
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı