Cənab Əmrullayevin buralardan XƏBƏRİ VARMI? - İTTİHAM
Sosial
Oxunub: 414
23 iy 2021 | 23:45
Cənab Əmrullayevin buralardan XƏBƏRİ VARMI? - İTTİHAM


Xeyli müddətdir ki, Abşeron rayonunun təhsil sistemində baş verən həngamələrin, olmazın hoqqaların və s. varlığı, nəinki media qurumlarının, hətta geniş ictimaiyyətin də müzakirə etdiyi əsas mövzulardan birinə çevrilib. Bu sırada rayonun Güzdək qəsəbə orta məktəbinin direktoru Sevil Əliyevanın yarıtmaz idarəçiliyi ölkəmizin təhsil sisteminin “üzqarası”dır desək, heç də yanılmarıq. Qeyd edək ki, adı çəkilən bu xanım Abşeron RTŞ-də metodist işlədiyi vaxtlarda da hər cür qanunsuzluqlara imza atır və bu da nəticə etibarilə Sevil Əliyevanın hansı əməl və amal sahibi olduğunu ortaya qoymağa tam əsas verir.

Bir xatırlamanı yada salaq ki, xeyli müddət bundan öncə “Arxalı məktəb direktoru Sevil Əliyevanı kim saxlayır vəzifədə” başlıqlı məqalənin yayımlanması, yenidən adı çəkilən bu xanımın yarıtmaz idarəçiliyinin mahiyyətini hər kəsə bəyan etdi. Yəni, bəlli olan o oldu ki, Güzdək qəsəbə orta məktəbinin direktoru hər cür qanunsuzluğa, o cümlədən naşı kadrların önə çəkilməsinə, Azərbaycan təhsilin məhv edilməsinə, rəhbərlik etdiyi təhsil müəssisəsində əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına və s. kimi qeyri-qanuni addımların atılmasına ruh verən rəhbər şəxsdir. Yayımlanan yazıda adı ştat cədvəlində olan, amma özü iş üzü tanımayan, buna baxmayaraq adına əmək haqqı yazılan müəllimlərin və bir neçə texniki işçilərin varlığından da bəhs olunmuşdu. Belə bir faktlar əsasında yayımlanan yazıdan sonra, Nazirliyin Daxil Nəzarət Şöbəsinin və Sumqayıt Regional Təhsil Maliyyə İdarəsinin təftiş qrupu adı çəkilən təhsil ocağında olurlar və həmin vaxtlarda Sevil Əliyevanın bir çox “bic əməlləri” aşkara çıxarılır. Məsələn, Güzdək qəsəbə orta məktəbində Şəbnəm xanımın adı ştat cədvəlində tarix müəllimi olaraq getsə də, əslində o, ilin-günün daha çox hissəsini Türkiyədə keçirir. Təftiş qrupunun apardığı yoxlama zamanı Sevil Əliyeva özünü “sudan quru” çıxarmaq üçün müəyyən rol oynayır və guya ki, bir həftə əvvəl Şəbnəm xanımın öz hesabına məzuniyyətə çıxdığını “əmr kitabı”nın boş saxladığı hissəsində qeyd edir. Düzdür, o, bu cür addımı ilə özünü birtəhər sığortalaya bilsə də, texniki işçilər məsələsinə gəldikdə isə əməlli-başlıca “düyünə ilişir”. Yəni, direktor Sevil Əliyeva həmin vaxtlarda “ölü canlar” siyahısında yer alan texniki işçiləri “dirildə bilmir” və onların yerini müəyyən edib məktəbin tabel jurnalına qol çəkdirməyi də bacarmır. Bu da onu subut edir ki, Güzdək qəsəbə orta məktəbinin direktoru ölkəmizin təhsil sisteminə zərbələrini belə bir yolla vurur və təhsilimizin “bel sütunu”nu məhv etməklə məşğul olur. Nazirliyin Daxil Nəzarət Şöbəsinin və Sumqayıt Regional Təhsil Maliyyə İdarəsinin təftiş qrupunun apardığı birgə yoxlamalar zamanı Sevil Əliyevanın digər “bic əməlləri də üzə çıxarılır. Yəni, bəlli olur ki, daşıdığı vəzifəsinin imkanlarından yararlanmağa çalışan direktor “evdə təhsil” adı ilə çoxsaylı maxinasiyalara qol qoyur və bu cür yollarla da büdcə vəsaitlərini “tarmar edir”.

Redaksiyamıza daxil olan ilginc məlumatlara görə, xeyli vaxtdır ki, Güzdək qəsəbə orta məktəbinin direktoru Xırdalan şəhər 2 saylı tam orta məktəbinin direktoru Ədalət Camalova ilə işbirliyi qurub və o, hansısa məkrli planını həyata keçirməkdə israrlı görünür. Diqqəti cəlb edən hal oldur ki, Sevil Əliyeva belə bir qərara gəlməzdən öncə o, müəyyən amillərin varlığını nəzərə alır və az sonra müəyyən addımlarını atır. Yəni, bilib dərk edir ki, direktor Ədalət Camalova bu və digər yollarla Abşeron RİH-nin başçısı İradə Gülməmmədovaya bağlı olan şəxsdir. Ona görə də o, özü üçün müttəfiq axtarışına çıxarkən, məhz seçimini Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktorunun üzərində qurur. Sən demə Sevil Əliyevanın belə bir məkrli planının kökündə Nazilə Məmmədovanı (hərçənd- Nazilə Məmmədova xeyli vaxtdır ki, daşıdığı vəzifəsindən uzaqlaşdırılıb) şöbə müdiri vəzifəsindən uzaqlaşdırmaq və Ədalət Camalovanın həmin vəzifəyə təyin olunmasına nail olmaq, özünü isə ya Xırdalan şəhər 2 saylı, ya da ki, Mehdiabad qəsəbə 5 saylı tam orta məktəbin direktoru “post”unda görmək imiş.

Onu da yada salaq ki, bir müddət öncə Mehdiabad məktəbinin direktoru Samirə Əkbərova barəsində cinayət işinin açılması, müavininin işdən qovulması və məlum qalmaqallı video-materialların yayılması və s. məhz Sevil Əliyeva -Ədalət Camalova planı əsasında baş tutur və belə bir olaylar hər iki direktora yaxın şəxslər tərəfindən sosial mediada yayımlanır. Yəni, bu planda əsas məqsəd Nazilə Məmmədovanı “vurmaq olur”. Yayımlanan materiallarda göstərilir ki, Samirə Əkbərova hansısa şəxsləri məktəbə laborant və digər vəzifələrə işə götürəcəyini vəd edir və həmin şəxslərdən rüşvət alır. Aldığı rüşvətləri Nazilə Məmmədovaya çatdıracağını vəd versə də, sonda o, sözünə xilaf çıxır. Başqa bir məlumata görə, Sevil Əliyeva -Ədalət Camalova planına güc verilməsində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Yalçın müəllim də müəyyən qədər rola malik olur. Yəni, Sevil Əliyevanın həyat yoldaşı olan bu şəxs polis mayoru rütbəsini daşımaqla, hazırda Sumqayıt Şəhər Polis İdarəsində çalışır və o, Yalçın müəllimlə möhkəm dostdur. Onu da bildirək ki, bir müddət bundan öncə Abşeron RTŞ-nin müdiri vəzifəsinə “layiqli” namizəd olaraq Ədalət Camalova ilə bağlı göndərilmiş təqdimat Təhsil Nazirliyində təsdiqlənmir və buna da əsas səbəb, adı çəkilən bu xanım direktorun mətbuatda ifşaedici informasiyaları yayması haqda Nazirliyin məlumatlı olması olur.

Media üzərindən apardığımız müəyyən araşdırmalara görə, Ədalət Camalova çox zaman “ədalət” anlayışına mikraskopla baxır və o, məşğul olduğu pedoqoji sahədəki göstəricilərindən çox, biznes sahəsində daha peşəkar şəxs olaraq tanınır. Belə bir səbəbdən də, ona İradə Gülməmmədovaya məxsus obyektlərin haqq-hesabını aparmaq səlahiyyətinin verildiyi bildirilir. Düzdür, belə bir məlumatlarla bağlı bəzi KİV-də müəyyən informasiyalar yayılsa da, qarşı tərəfin yayılanları təkzib etməməsi və s. bu yöndə şübhələri daha da artırır.

Son olaraq onu bildirmək istəyirik ki, Sevil Əliyeva -Ədalət Camalova cütlüyü Abşeron təhsilinin başı üzərində dolaşan bir “qara kabus” olaraq, hazırda ölkəmizin təhsil sistemində böyük bir bəlaya çevrilib. Ona görə belə bir qənaətə gəlmişik ki, istər Təhsil Nazirliyi, istərsə də ölkəmizin hüquq-mühafizə orqanları bu cütlüyün fəaliyyəti ilə bağlı lazımi araşdırmalar aparıb, hər iki direktorun hüquqi məsuliyyətinin müəyyən olunmasına nail olacaqlar.

Bu yöndə araşdırmamızı davam etdirəcəyik.

Nyus.Az
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi